Uşaq qidaları bazarında rəqib olan şirkətlər bir-birlərini sıradan çıxarmaq üçün yeni vasitəyə əl atıb
gundemxeber.az Azərbaycanda uşaq qidaları sektorunda fəaliyyət göstərən iki aparıcı şirkət arasında mübarizə gedir. Bu barədə verilən məlumatda vurğulanır ki, HİP uşaq yeməklərinin satışını həyata keçirən şirkət bazara hakim olmaq üçün yeni vasitələrə əl atmağa başlayıb. Belə ki, HİP-i idarə edənlər bazarda özünəməxsus yeri olan «Humana» şirkəti haqqında mətbuatda mənfi rəy yaradan məlumatlar ötürülür. Mənbənin iddiasına görə, bir müddətdir davam edən bu prosesdən dolayı, «Humana» rəhbərliyi də narahatdır. Çünki şirkətin bazara çıxardığı uşaq qidalarının satışında ciddi geriləmələr müşahidə olunur. Lakin bu prosesin qarşısını almaq üçün lazım olan addımların atılmasında da tərəddüd edirlər. Və bunun səbəblərinin nə ilə bağlı olduğu hələlik məlum deyil. Məlumatda vurğulanır ki, HİP rəhbərliyi bu hücumlarının nəticəli olduğunu görərək, yeni kampaniyaya başlamaq fikrindədir. Qəzetimizə çatan bilgilərdə qeyd olunur ki, yaxın vaxtlarda HİP rəhbərliyi bir qrup şəxsi «zərərçəkmiş» qismində «Humana»nın üzərinə qaldıracaq. Hətta bu şirkətlə bağlı Baş Prokurorluğa şikayət edilməsi məsələsi də gündəmdədir. Məsələ ilə bağlı adıkeçən şirkətlərin mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?