Reper Elşad Xosenin bu gün paylaşdığı fotosu qalmaqala səbəb olub.
Hovuzda çəkilmiş şəklini İnstaqram səhifəsində yerləşdirən və “Çim-çim” yazan Xose izləyicilərin sərt tənqidi ilə qarşılaşıb.
Belə ki, Azərbaycan ordusunun verdiyi itkilərlə əlaqədar belə bir gündə həmin fotonun paylaşılmasının düzgün olmadığını deyən ziyarətçilər reperin kobud reaksiyası ilə qarşılaşıblar. Elşad Xose qaçqın və məcburi köçkünlərin ünvanına ağır sözlər səsləndirərək, üstəlik bu gün Nabranda keçiriləcək əyləncəyə də qatılacağını deyib:
“Camaat istirahət etməsin ki, matəmdir? Axı matəm deyil. Bayrağı salanda biz də matəm edərik. Bu gün Nabranda əyləncə də keçirəcəyik. Mən işimdən qalan deyiləm. Əsgərlər ölüblər, Allah rəhmət eləsin. Onlar nə üçündür bəs? Əsgər ölməyə gedib də... Qaçqınlar indi “xod gedir”. Yaxşı oğlanlar idiniz, orada axıradək dayanardınız. Mən sənin yerinə gedib torpaq alacam?”.
Qeyd edək ki, Axsam.az saytının əməkdaşı məsələylə bağlı E.Xose ilə əlaqə saxlayıb. Reper şərhləri özünün yazdığını etiraf edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?