“NATO Şərqi Avropada mövqeini gücləndirməklə Rusiya ilə qarşıdurmaya getmək fikrində deyil”.
Bunu təşkilatın baş katibi Jens Stoltenberg iyunun 2-də Berlində Almaniyanın kansleri Angela Merkellə keçirdiyi mətbuat konfransında bəyan edib.
O, qeyd edib ki, biz bununla münaqişə salmaq istəmirik, əksinə münaqişəyə yol verilməməsi üçün kollektiv müdafiəmizi gücləndiririk .
Stoltenberq bildirib ki, NATO Rusiya ilə yeni soyuq müharibə yox, daha əməli münasibətlər qurmaq istəyir.
Qeyd edək ki, Rusiyanın 2014-cü ildə Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki münaqişəyə görə, Avropa Birliyi ilə Rusiya arasında münasibətlər pisləşib.
Stoltenberq mayın 30-da bildirib ki, Varşavada keçiriləcək sammitində təşkilatın Polşa və digər Şərq cəbhəsi ölkələrində iştirakının gücləndirilməsi müzakirə olunacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?