Ağdamda şəhid olan əsgərimiz Tərlanlı Sahil Yaşar oğlu avqust ayının 6-sı Ağsu rayonunda izdihamla dəfn edilib.
Rayon sakinləri və rayonun içtimai siyasi qüvvələrinin nümayəndələri şəhidin dəfn mərasimində kütləvi şəkildə iştirak ediblər. 100 –lərlə insanın iştirak etdiyi mərasimdə şəhidimizin cənazəsi “ Şəhidlər Ölməz, Vətən bölünməz!” şüarları ilə qarşılanıb. Şəhidin cənazəsini Şəhidlər Xiyabanına qədər çiyinlərində aparan Ağsu rayon sakinləri yol boyu təkbir gətirərək, şüarlar səsləndiriblər.
Avqustun 8- i isə bir qrup Ağsulu gənc könüllü olaraq cəbhə bölgəsinə döyüşə getmək üçün Ağsu Rayon Hərbi Komisarlığına gedərək müraciət ediblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?