GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "3 günə erməninin dizini qoyaram yerə” - əfsanəvi komandir

"3 günə erməninin dizini qoyaram yerə” - əfsanəvi komandir

Tarix: 13-08-2014, 01:40 Bölmə :Ölkə Baxış: 0
"3 günə erməninin dizini qoyaram yerə” - əfsanəvi komandir


Etibar Əmiraslanov: “”Bizim ordumuz güclüdür.; ən son texnikalar bizdədir, ancaq...”
Əfsanəvi batalyon komandiri, Birinci Qarabağ müharibəsi veteranı Etibar Əmiraslanov musavat.com-a son günlərdə baş verən intensiv atışmalar, əsasən də Tovuzun Əlibəyli kəndindəki son durumla bağlı öz fikirlərini bölüşüb.

Etibar Əmiraslanovun sözlərinə görə, orduya köhnə döyüşçülər lazımdır: “Cəbhə xəttində olanlar cavan uşaqlardır. Onlar lap iki il qulluq etsinlər. Axı döyüş görməyiblər?! Mütləq köhnə döyüşçüləri onların yanına qoymaq lazımdır. Hər 10-15 əsgərə bir təcrübəli döyüşçü ayırmaq lazımdır. Bizim təcrübəmizin sayəsində yeni gəlmiş əsgərlər qısa müddət ərzində əsl döyüşçüyə çevrilə bilər. Bundan əlavə komandirlərin böyük hissəsi başqa rayonlardan olanlardır. Ərazini yaxşı tanımırlar. Bilmirlər ki, təpənin o biri tərəfində onları nə gözləyir. Amma yerli sakinlər, əsasən də 21-22 yaşlı cavan uşaqlar bunları yaxşı bilirlər. Uşaqlıqları oralarda keçib. Güllədən qorxan deyillər. Çünki balaca vaxtlarında məktəbə gedəndə onların yaxınlığından güllələr keçib. Hamısı atışma səsləri ilə böyüyən uşaqlardır”.

“Atışma vaxtı camaat saatlarla evin bir küncündə qısılıb qalır”

Keçmiş döyüşçü deyir ki, atışma zamanı camaat evlərin bir küncündə gizlənməli olur: “Evlərin divarları güllə atəşinə tuş gəlməkdən darmadağın olub. İstənilən evdə güllə izi var. Atışma vaxtı camaat saatlarla evin bir küncündə qısılıb qalır. Bu nə qədər davam edə bilər? Yalandan çəkilişlər aparırlar ki, kənddə hər şey əladır. Siz sakitcə, rayon rəhbərliyinin xəbəri olmadan o kəndə getsəniz hər şeyi daha yaxşı öyrənə bilərsiniz. Camaat arasında sorğu keçirin görün onların nə qədər problemləri var. Amma bunlar xəbər tutsalar ki, siz kəndə çəkiliş üçün gəlirsiniz, o dəqiqə öz adamlarını yığacaqlar oraya. Hamısı da sizə deyəcək ki, hər şey əladır. Bu yolla camaatı aldadırlar”.

“Mənə imkan yaratsalar 3 günə erməninin dizini qoyaram yerə”

“Bizim ordumuz güclüdür. Ən son texnikalar bizdədir. Amma ermənilərə yaxşı cavab vermirlər. Ermənilərin kəndə atəş açmasına gərək imkan verməsinlər. Onlar 10 dəfə güllə atanda bunlar 20 dəfə atıb düşməni susdurmalıdırlar. Kəndi qorumalıdırlar. Kənd boşalmamalıdır. Mənə imkan yaratsalar 3 günə erməninin dizini qoyaram yerə” - deyərək sözlərinə əlavə etdi.

“Bəziləri Bakıda oturub sərhəd zonasındakı insanlar haqqında boş-boş danışırlar”
Əmiraslanov bildirdi ki, Əlibəyli camaatı hər an döyüşməyə hazırdır: “Bəziləri Bakıda oturub sərhəd zonasındakı insanlar haqqında boş-boş danışırlar. Əlibəyli camaatı qeyrətli camaatdır. Hər an da döyüşməyə hazırdılar. Həmin insanlar gəlib 2 saat güllə atəşinin altında yatmağa çalışsınlar, sonra danışarlar. Kənddə güllə atılmayan yer qalmayıb. Üstəlik atışma başlayan kimi rayon mərkəzindən kəndin işıqları söndürülür. Səbəb olaraq da, ermənilərin işığa daha çox güllə atdığını göstərirlər. Amma fikirləşmirlər ki, camaat qaranlıqda çarəsiz qalır. Bütün bunlara baxmayaraq kənd camaatı öz həyatlarına davam edirlər. Heç kəsdən qorxmurlar”.

“Döyüşə nə vaxt gedirik?”

Əmiraslanov onu da qeyd etdi ki, ona keçmiş döyüşçülər tez-tez zəng edirlər: “Mən və mənim kimi könüllü olaraq döyüşməyə hazır olan insanlar var. Bizdən istifadə etmirlər. Bizə imkan yaratsalar ermənilərin başına oyun açarıq. Mənə hər gün keçmiş könüllülərdən yüzlərlə zəng gəlir. Çoxlarını heç tanımıram. Hamısı da bir sözü deyir, ”Döyüşə nə vaxt gedirik ?". Amma bəzi məmurlar məni yuxarılara pis qələmə veriblər. Bilirlər ki, ermənilərin yüksəkliklərinə bayrağımızı sanca-sanca gedəcəyəm, prezident də bu məsələdə diqqətlidir. O halda məmurlar pis vəziyyətdə qalacaqlar. Ona görə məni yuxarılara pis təqdim edirlər; məni dəli, başdan xarab, savadsız kimi qələmə verirlər, istəmirlər döyüşlərə gedim. Təki Qarabağdakılar da başdan xarab olaydı, amma torpaqlarımız alınmayaydı. Mənə imkan yaratsalar 1 aya erməniləri elə yerlərə qovaram ki, Əlibəyliyə ancaq kilometrlərlə uzaq məsafədən baxa bilərlər".

“Hazırda elə bir texnikamız var ki, biz o silahlarla Yerevana qədər gedib çıxa bilərik”

“İndi deyillər ki, ermənilərdən filan qədər könüllü orduya qoşulanlar var və ya qoşulmaq istəyənlər var. Amma bizim üçün bunun heç bir fərqi yoxdur. Onların hamısını qısa müddətdə məhv edərik. Hazırda elə bir texnikamız var ki, biz o silahlarla Yerevana qədər gedib çıxa bilərik. 95-ci illərdə mən Əlibəylidə batalyon komandiri olanda ermənilərə hərəkət eləməyə imkan vermirdim. O zamanlarda ermənilər səngər qazmağa çalışanda onları gülləyə tuturdum. Bir nəfərə belə imkan vermirdim ki, səngər qazsın. Səfər Əbiyev mənə deyirdi ki ”Sən atəşkəsi pozursan". Deyirdim ki, bunlara bu məsafədə səngər qazmağa imkan vermək olmaz. Bu günün sabahı da var. Onlar başımızı ağrıdacaqlar. Elə də oldu. İndi həmin səngərlərdən bizim kəndləri atəşə tuturlar. O vaxtlarda erməni bizə 1 kilometr məsafədən atırdılar. İndi 100 metrdən atırlar" - deyərək sözlərinə davam etdi.

“Bu, oğurluq kimi çıxır”

“Bir həftədən sonra erməni bir dənə də güllə ata bilməz. Onları yarandıqlarına peşman edərəm. Əgər Əlibəyli camaatı görsə ki, məndə bu səlahiyyət var, onlardan biri də kənddən çıxmaz. Mən o qədər döyüşmüşəm, indi də dediyim kimi döyüşməyə hazıram. Hərənin əlindən bir iş gəlir. Mənim də əlimdən ancaq döyüşmək gəlir. Amma hazırda sürücülüklə məşğulam. Avtovağzalın yaxınlığında dayanıb rayonlara sərnişin daşıyıram. Bu oğurluq kimi çıxır. Bunu özümə yaraşdıra bilmirəm”.

Məhəmməd TÜRKMƏN



"3 günə erməninin dizini qoyaram yerə” - əfsanəvi komandir
"3 günə erməninin dizini qoyaram yerə” - əfsanəvi komandir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Etibar bəy həmin Etibar bəydir ki..."

    "Etibar bəy həmin Etibar bəydir ki..." ...

    2-12-2014, 00:42

  • 
  • Əfsanəvi futbolçu ölüm ayağında

    Əfsanəvi futbolçu ölüm ayağında ...

    27-11-2014, 21:28

  • 
  • Tovuzun Əlibəyli kəndində ermənilərin gülləsinə tuş gələn dinc sakin Fərid Məmmədovdan son xəbər

    Tovuzun Əlibəyli kəndində ermənilərin gülləsinə ...

    26-07-2014, 20:02

  • 
  • Şübhəli əsgər ölümləri

    Şübhəli əsgər ölümləri ...

    28-12-2012, 12:17

  • 
  • Bakıdan cəbhəyə ağır döyüş texnikası daşınır

    Bakıdan cəbhəyə ağır döyüş texnikası daşınır ...

    31-01-2014, 10:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu