«gundemxeber.az» saytında 20.07.2014 tarixində dərc edilmiş “Səbail rayon icra başçısı kirvəsini məsuliyyətdən necə yayındırıb?” yazısına Səbail RİH cavab məktubu yollayıb.
“KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU”nun 45-ci maddəsini rəhbər tutaraq həmin məktubun məzmununu yayımlamağı özümüzə borc bilirik.
Sabail RİH Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri Pərvanə Kazımzadənin imzası ilə redaksiyamıza daxil olan məktubda bildirilir ki, sözügedən yazı heç bir əsası olmayan məlumatlardan ibarətdir. Məktubda daha sonra qeyd edilir ki, güya 10 may 2014-cü il tarixdə Səbail rayonu, 20-ci yaşayış sahəsində baş verən avtomobil qəzası zamanı RİH-nin başçısının müavini Yavər Alahverdiyev avtomobili özü idarə edirmiş. “Halbuki hadisə baş verən zaman avtomobili idarə edən şəxs vətəndaş Sabir Hacıkərimov olmuşdur. Bu hüquq-mühafizə orqanlarının apardıqları istintaq araşdırmaları ilə də təsdiqlənmişdir. Hadisə ilə bağlı RİH-nin rəsmi mövqeyinin, Bakı şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsinin rəsmi məlumatının 30-dan çox informasiya vasitələrində dərc olunmasına baxmayaraq, hadisədən xeyli sonra - iyulun 20-də saytınızda təsdiqini tapmayan materialın yerləşdirilməsi təəssüf hissi doğurur. Yayımladığınız qeyri dəqiq və əsassız məlumatda RİH-nin Başçısı cənab Asif Əsgərovun adı hallandırılaraq, hadisə ilə bağlı içtimaiyyətə doğruluğu təsdiq edilməyən məlumat çatdırılmışdır”.
Sorğu
Yeni dizaynımız necədir?