GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Müstəntiq it damına bağlanan qadını əri ilə barışdırmaq istəyir - Hüquq müdafiəçisi

Müstəntiq it damına bağlanan qadını əri ilə barışdırmaq istəyir - Hüquq müdafiəçisi

Tarix: 20-05-2020, 15:18 Bölmə :Cəmiyyət Baxış: 587
Müstəntiq it damına bağlanan qadını əri ilə barışdırmaq istəyir - Hüquq müdafiəçisi


Əri tərəfindən it damına zəncirlə bağlanan, işgəncələrə məruz qalan və bir həftə əvvəl "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinə yerləşdirilən qadının əri cinayət məsuliyyətinə cəlb olunmayacaq.

Zorakılıq qurbanı olan Xəzər rayon sakini, 36 yaşlı qadın həyat yoldaşı tərəfindən övladları ilə birlikdə işgəncələrə məruz qalıb. Bir neçə dəfə həbsdə olan həyat yoldaşı onu zəncirə vurub, övladları ilə şantaj edib. İşgəncələrdən yorulan qadın dayısının evinə, oradan isə Daxili İşlər Nazirliyi tərəfindən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib.

Birlik tərəfindən isə məsələ ilə bağlı Xəzər Rayonu Polis İdarəsinə müraciət edilib.

Bu barədə Cebhe.info-ya danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Meriban Zeynalova deyib ki, işə baxan əməliyyatçı Anar İsayev məsələyə çox peşəkar yanaşıb:

“Dünən həmin idarənin digər müstəntiqi Tural müəllim 5 saatlıq görüşdə zərərçəkmiş xanıma "ərinlə barış, onsuz da tutulmayacaq" deyə təhrik edib. Müstəntiqin davranışı anlaşılan deyil. Mentalitetdən, ya kişi həmrəyliyindən irəli gəlir? Belə çıxır ki, zorakılıq edən şəxsə qarşı cinayət işi açılmayacaq. Bu qadının əri 10 il həbsdə olub. Hamilə və 5 aylıq övladı ilə ərinin həbsdən çıxmasını gözləyib. Əri həbsdən çıxandan sonra isə qadına olmazın işgəncələr verib və bu 2 il mütəmadi davam edib. Boynuna zəncir salıb sürüyüb, it damına bağlayıb, bədəninə qaynar su tökərək yandırıb, lüt soyundurub küçədə saxlayıb. Ata oğul övladına da eyni işgəncələri verib. Bu səbəbdən uşaq çox aqressivdir. Evində gördüyü vərdişləri sığınacaqda digər uşaqlara qarşı təkrarlayır. Uşaqları döyür, boğur və daim psixoloji gərginlik içindədir. Bu işgəncələrdən sonra qadın dayısının evində qalıb. Bizə məlumat daxil oldu ki, dayısı qadını ərinə təhvil vermək istəyir. Dərhal müdaxilə edilib və bura gətirilib”.

Hüquq müdafiəçisinin sözlərinə görə məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Daxili İşlər Nazirliyinə müraciət edilib. “Qadına vəkil ayırmağımıza baxmayaraq, Xəzər Rayon Polis İdarəsinin müstəntiqi qadını təhrik edir ki, əri ilə barışsın. Qadının mobil telefonu və ya hər hansı artıq hərəkəti belə olmayıb. Sadəcə əri necə istəyirsə, o şəkildə də davranıb. Qadının ölüm təhlükəsi var. Baxmayaraq ki, valideynləri qadına dəstək durur, qorxur deyə hələ ki, sığınacaqda saxlayırıq. Çünki təhlükə böyükdür”,- deyə Mehriban Zeynalova əlavə edib.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Jurnalist qadını ölümlə hədələyirlər - Bakıda

    Jurnalist qadını ölümlə hədələyirlər - Bakıda ...

    14-08-2014, 15:32

  • 
  • Hamilə məktəbli Mehriban Zeynalovanın sığınacağına yerləşdirilib

    Hamilə məktəbli Mehriban Zeynalovanın ...

    8-04-2020, 16:05

  • 
  • Bakıda sosial şəbəkədə biabırçılıq: Bədənini görmək istəyirəm – 500 AZN-lik şantaj (VİDEO)

    Bakıda sosial şəbəkədə biabırçılıq: Bədənini ...

    26-09-2016, 12:18

  • 
  • Birlik rəhbərinin həyatı təhlükədə - Qeyri-rəsmi ər...

    Birlik rəhbərinin həyatı təhlükədə - Qeyri-rəsmi ...

    10-05-2017, 23:32

  • 
  • “Təmiz Dünya”nın Sumqayıtda yeni Mərkəzi fəaliyyətə başladı

    “Təmiz Dünya”nın Sumqayıtda yeni Mərkəzi ...

    18-07-2013, 15:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
ganhe bônus no BetBoom cassino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu