GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mağarada yaşayan 700 ailə hökuməti axtarır –heyrətamiz reportaj - FOTOLAR

Mağarada yaşayan 700 ailə hökuməti axtarır –heyrətamiz reportaj - FOTOLAR

Tarix: 18-08-2014, 02:25 Bölmə :Ölkə Baxış: 0
“BBC” radiosunun Əfqanıstandan hazırladığı reportajda mağaralara sığınan evsiz-eşiksiz ailələrdən söhbət açılır. Bu barədə müsavat.com-un Avropadakı müxbiri yazır.
Mağarada yaşayan 700 ailə hökuməti axtarır –heyrətamiz reportaj - FOTOLAR
Bamiyan vilayəti daha çox 6-cı əsrdə Buddaya ucaldılmış nəhəng abidə ilə tanınır. Həmin abidə 2001-ci ildə Taliban tərəfindən partladılmışdı.
Reportajda deyilir ki, Buddist rahiblər tərəfindən bu qayalıqlar arasında süni mağaralar da salınıb. Qədimlərdə rahiblər bu mağaralarda müxtəlif dini ayinləri yerinə yetirərdilər. Ancaq indi həmin mağaralarda 700-ə yaxın əfqan ailəsi sığınacaq tapıb. Bu ailələrin şəxsi torpağı yoxdur, onlar özlərinə münasib ev də almaq iqtidarında deyillər.

Ramazan və onun xanımı Zəhra artıq 8 ildir ki, bu mağaraların birində yaşayırlar. Onların bir oğlu və iki qızı bu mağarada dünyaya gəlib. O uşaqlar da buradakı həmyaşıdları kimi məktəbə getmirlər.
“Əgər sən burada yaşayırsansa, deməli sənin oxumuş adam olmaq şansın yoxdur”, Ramazan jurnalistə bildirib. Yaxınlıqda məktəb yoxdur, həm də bu yoxsul ailələrin uşaqları işləməklə dolanışığa kömək etməlidirlər.

Ramazan arzu edir ki, hardasa başqa bir yerdə daha münasib bir ev tapaydı və daha yaxşı yaşayaydı. Ancaq o, başqa yerdə özünə evə tuta bilmir, çünki kirayə haqqı ödəmək imkanında deyil.

TALİBANLA GƏLƏN BƏLA
Mağarada yaşayan 700 ailə hökuməti axtarır –heyrətamiz reportaj - FOTOLAR
“BBC” bildirir ki, buradakı mağaralara sığınan insanların çoxu fəlakətlərdən keçib. Bamiyan vilayəti 1990-cı ildə Taliban tərəfindən işğal olunanda, bir çoxları ev-eşiyini qoyub qaçmalı oldu. Çünki sünni hərəkat olan Taliban şiə xəzərlərin evlərini oda verdi.

Bir müddət sonra geri dönən insanlar qoyub getdikləri evlərin yerində xarabalıqla qarşılaşdılar.
Əri Taliban tərəfindən öldürülən 47 yaşlı Həlimənin həyatı elə o vaxtdan tamamilə dəyişdi. Hazırda o, mağarada özü oğlu, gəlini və 3 nəvəsi ilə birlikdə yaşayır.


Mağaranın kələ-kötür ağ divarına əskidən qalma ailə fotoları yapışdırılıb. “Ev”in daş döşəməsinin üstünə isə xalça sərilib. “Burada yaşamaq heç vaxt asan olmadı”, Həlimə deyib.
Həlimə və onun gəlini güclə evə çörəkpulu qazana bilirlər. Bunun üçün onlar bütün günü toxuculuqla məşğul olurlar.

UNUDULMUŞLAR

Mağarada yaşayan 700 ailə hökuməti axtarır –heyrətamiz reportaj - FOTOLAR
Ailənin ən böyük var-dövləti tək uzunqulaq və bir neçə toyuqdan ibarətdir.
Bir neçə il öncə yerli məmurlar mağarada yaşayanlara torpaq sahəsi ayırmaq istəyiblər. Ancaq bu plan sonra nədənsə həyata keçməyib.

Mağara sakinləri deyiblər ki, təklif edilən torpaq uzaq və susuz bir yerdə olub. Həm də insanların ev tikməyə pulu belə yoxdur. Burada məskunlaşanlar deyirlər ki, onlar çoxdandır ki, hökumətin və hər kəsin yadından çıxıblar.

“Son 10 ildə buralarda biz hökumət nümayəndəsi görməmişik”, mağara sakinlərindən olan Əli Hüseyn deyir.

Mağarada yaşayan 700 ailə hökuməti axtarır –heyrətamiz reportaj - FOTOLAR
Mağaralar tutulandan sonra burada müəyyən işlər görülüb, bu tarixi yerin əvvəlki görkəmi süni şəkildə dəyişdirilib. Kimi tutduğu yerə qapı salıb, kimi “ev”inin üstünə çanaq antenası qoyub. Hətta günəş enerjisindən istifadə etmək üçün panellər də quraşdırılıb.

“Bu mağaralar bizə babalarımızdan miras qalıb, mağaralar boş olmalıdır və turistlər gəlib bu tarixi yerləri ziyarət etməlidir”, Bamiyan vilayətinin rəhbəri Qulam Əli Vəhdət deyib.


Qulam Əli Vəhdət bildirib ki, Kabulla danışıqlar aparır: “İstəyirik ki, mağaraya sığınan bu insanları daha münasib yerə köçürək”.

İTMİŞ MİRAS

Ancaq mağarada yaşayan insanlar Bamiyan vilayətinin yeganə problem deyil. Ramazan və Həlimənin evindən 5 dəqiqəlik məsafədə dağın içərisində böyük bir boşluq var. Əvvəllər orada Buddanın heykəli olub.

Taliban Buddanın bu nəhəng abidəsini dağıtmaq üçün qırıcı təyyarələri vurmaq məqsədi ilə istifadə olunan raketlərdən istifadə edib, daha sonra tanklardan abidəyə atəş açılıb. Sonra dinamitə əl atıblar. Ona görə də heykəlin əhatəsində uçma təhlükəsi əmələ gəlib. Və dağdan iri hissələr qopub hər an yerə düşə bilər.

BU FOTO 1997-Cİ İLDƏ, DAĞIDILMAMIŞDAN ƏVVƏL ÇƏKİLİB
Mağarada yaşayan 700 ailə hökuməti axtarır –heyrətamiz reportaj - FOTOLAR
“Biz kiçik Budda abidəsi olan yerdə stabilliyə nail olmuşuq, indi isə nəhəng Budda abidəsi olan yerdə bu işləri görürük. Dağdan hər hansı qopmanın qarşısını almağa çalışırıq”, UNESCO-nun Kabul üzrə rəhbəri Sara Naşadi BBC-yə belə deyib.
Mağarada yaşayan 700 ailə hökuməti axtarır –heyrətamiz reportaj - FOTOLAR
Əfqanıstanın UNESC-da olan təmsilçisi Qasım Fəzali BBC-yə deyib ki, Budda abidəsindən qalanları qorumaq bizim üçün son dərəcə vacib işdir: “Təəssüf ki, nəhəng Budda abidəsini əvvəlki kimi bərpa etmək mümkün deyil. Ancaq Buddanın kiçik abidəsini bərpa etməyə imkan var”.

Gələn ay mağara sakinləri ilə yerli hakimiyyət nümayəndələrinin görüşü nəzərdə tutulub. Bamiyan vilayəti 2015-ci il üçün Cənubi Asiyanın mədəniyyət mərkəzi elan olunub.

Vilayət sakinləri ümid edirlər ki, Bamiyan yenidən yerli və əcnəbi qonaqlar üçün cəlbedici ziyarət mərkəzlərindən biri ola bilər.

Mağara sakinləri arasında da gələcəyə inamla baxanların sayı artıb. Onlar da inanırlar ki, tezliklə onlara torpaq sahəsi ayıracaqlar, ev tikməyə pul verəcəklər.

Elbəyi Həsənli,Sürix
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • BBC: «Suriya erməniləri Dağlıq Qarabağa yerləşdirilir»

    BBC: «Suriya erməniləri Dağlıq Qarabağa ...

    27-04-2015, 21:13

  • 
  • Bu ölkədə müsəlmanların qətliamı necə başladı... - Şok tarixcə ( Fotolar 18+ )

    Bu ölkədə müsəlmanların qətliamı necə başladı... ...

    26-11-2014, 00:24

  • 
  • BBC Gəncədən reportaj hazırladı: Bu, açıq-aşkar mülki əhalinin hədəfə alınmasıdır

    BBC Gəncədən reportaj hazırladı: Bu, açıq-aşkar ...

    13-10-2020, 16:17

  • 
  • Azərbaycanlı oliqarxların nəhəng bazarı moskvalıları boğaza yığıb

    Azərbaycanlı oliqarxların nəhəng bazarı ...

    25-11-2015, 14:45

  • 
  • Kamil Seyidov 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib

    Kamil Seyidov 20 Yanvar şəhidlərinin xatirəsinə ...

    21-01-2020, 11:34


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu