62 saylı Saatlı seşki dairəsindən Milli Məclis üzvlüyünə namizəd, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə dktoru Kamil Seyidov 20 Yanvar şəhidlərinin 30-cu ildönümü ilə əlaqədar rayonda şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib, onların ruhuna dualar oxuyub.
O, kompleks önündə toplaşan saatlılar qarşısında çıxış edərək 20 Yanvar şəhidlərinin millətimiz üçün möhtəşəm tarix yazdığını, onların öz qanları ilə Azərbaycanın müstəqilliyinə və xalqımızın azadlq salnaməsinə imza atdıqlarını bildirib. Kamil Seyidov ölümün gözünün içinə dik baxan 20 yanvar şəhidlərinin xatirəsinin heç vaxt unudulmayacağını, onların qəhrəmanlığının nəsillərdən -nəsillərə keçəcəyini, onları daim vətənpərvərlik və yurdsevərliyə ruhlandıracağını bildirib. Deputatlığa namizəd 20 Yanvar şəhidlərinin anım günündə bütün təbliğat-təşviqat işlərini dayandırıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?