Qobustan həbsxanasında 6 nəfər intihar məqsədilə özünü doğrayıb
Məlumata görə, həbsxananın yeni rəisinin sərt davranışlarına etiraz edənlər əsasən qarın və qol nahiyələrini kəsici alətlərlə kəsib və doğrayıblar.
Onlardan birinin vəziyyətinin ağır olduğun bildirilir. Özlərinə qəsd edənlərdən yalnız ikisinin adı məlumdur. Bunlar Mirzə Əliyev və Şahin Məlikovdur.
Qeyd edək ki, Qobustan həbsxanasının rəisi keçən ay dəyişdirilib. Məhbus yaxınlarının bildirdiyinə görə, yeni rəis Rövşən Niyazov məhbuslarla sərt şəkildə davranır. Onun hətta məhbusların üstünə tez-tez itləri qısqırtdığı da deyilir.
R. Niyazov bundan əvvəl 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini vəzifəsində işləyib.(qafqazinfo)
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?