Cinayətkar qruplaşmaya faktiki rəhbərliyi “Miron” ləqəbli “qanuni oğru” Dmitriy Çanturiya həyata keçirir
Rusiya mətbuatının verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinə hazırda cinayətkar qruplaşmaya faktiki rəhbərliyin “Miron” ləqəbli “qanuni oğru” Dmitriy Çanturiya tərəfindən həyata keçirildiyi barədə informasiya daxil olub. “Ded Xasan” hələ sağlığında onu müavini kimi qruplaşmanın idarə edilməsinə cəlb edib. Yəni, ölümündən sonra kimin rəhbər olacağını əvvəlcədən müəyyənləşib. Rusiya Daxili İşlər Nazirliyində hesab edirlər ki, “Ded Xasan”ın ideoloji varisi hazırda İspaniyada həbsxanada olan Zaxari Kalaşovdur. Qeyd edək ki, “Ded Xasan” yanvarın 16-da saat 14:30 radələrində, Kremlin yaxınlığındakı “Karetnıy dvor” restoranının girişində güllələnib. Ded Xasan xəstəxanaya aparılıb reanimasiya şöbəsinə yerləşdirilsə də, tezliklə ölüb.
Sorğu
Yeni dizaynımız necədir?