Bu günlərdə Türkiyədə “qanuni oğru”ların “sxodka”sı keçirilib.
gundemxeber.az interpress.az-a istinadən xəbər verir ki, “sxodka”da Ded Xasan tərəfdarı olan və daha sonra iki yerə parçalanan klan bütün mübahisəli məsələləri həll edərək birləşdiklərini elan ediblər. Ded Xasan öldükdən sonra iki cəbhəyə ayrılan slavyan və gürcü klanlarına müvafiq olaraq Voskres, Piquça və Kardava qardaşları rəhbərlik edib. Məlumata görə, Türkiyədəki “sxodka”da slavyan qruplaşmasını Piquça təmsil edib. Bu klanın məşhur nümayəndəsi Mirab xarici pasportla bağlı problem yaşadığından toplantıya qatılmayıb. Gürcü qruplaşmasının tərkibində isə Kostya Konski, Kolya Tomski, Vova Puxliy kimi slavyanlar da olub. “Sxodka”da həmçinin Merab Mzarelua, Roland Geqoçkori də iştirak edib. Ancaq gürcü klanının rəhbərləri olan Kardava qardaşları, onların yaxın adamı Zarandiya “sxodka”da iştirak etməyib. Onların iştirak etməməsinin bir səbəbi kimi azərbaycanlı “qanuni oğru” Albert Rıjıyla bağlı yaranmış fikir ayrılığı göstərilir. G.Kardava Alberti oğru hesab etsə də, bəziləri buna qarşı çıxır. “Sxodka”da tərəflər birləşmə qərara alaraq konsensus elan ediblər. 42 yaşlı Zaur Qvadzabiyanını titulu özünə qaytarılıb. Rusiya mətbuatını yazdığına görə, Türkiyədə keçrilən bu “konsensus sxodkası” xüsusilə Ded Xasanın düşməni olan azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskiyə qarşı yönəlib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?