Tədbirdə 300-dən çox “qanuni oğru”nun iştirakı gözlənilir
Moskvada qətlə yetirilən məşhur avtoritet Aslan Usoyanın (Ded Xasan) tərəfdarları bir neçə yüz qanqsterin iştirakı ilə Birləşmiş Ərəb Əmirliyində kütləvi “sxodka” keçirməyi qərara alıblar. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, hüquq mühafizə orqanlarından olan mənbə bildirib ki, ötən həftə Usoyanın klanın nümayəndələri turizm şirkətlərindən birinə BƏƏ-yə yüzdən artıq “qanuni oğru”nun səfər edə bilməsi üçün xarici pasportların qeydiyyatdan keçməsini xahiş etmək üçün müraciət ediblər. Mafiya üzvləri, həmçinin səfər üçün onlara ayrıca təyyarənin icarəyə verilməsini istəyiblər. Mənbənin sözlərinə görə, tədbirdə 300-dən çox oğrunun iştirakı gözlənilir. Toplantını Usoyanın klanının liderləri Dmitri Çanturiya (Miron), Temur Mirzoyev (Timur Sverdlovskiy) , Vasili Xristoforov (Vasya Voskres), Qadi Kaloyan (Onik), Valeri Farizov (Valera Kurd) təşkil edib. Mənbənin məlumatına əsasən, toplantının keçirilməsində iki məqsəd var. Klanın yeganə və güclü olduğunu, həmçinin on nəfərin “tacqoyma” mərasimini keçirməkdir. Eyni zamanda Aslan Usoyanın qohumu Timur Arxangelskiyə “qanuni oğru” statusunu vermək nəzərədə tutulub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?