GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İctimai Palatada “kriminal hakimiyyət” müzakirəsi

İctimai Palatada “kriminal hakimiyyət” müzakirəsi

Tarix: 18-01-2013, 11:07 Bölmə :Ölkə Baxış: 609
İctimai Palatada “kriminal hakimiyyət” müzakirəsi

“Bütün ləyaqətli insanlar həbsə alınır,
oğru-quldurlar isə dövlət strukturlarına yerləşib”


İctimai Palatanın İctimai Təhqiqat Komissiyası dünən keçmiş rektor Elşad Abdullayevin yaydığı videolar və siyasi qətllərlə bağlı dinləmələr keçirib. Müsavat Partiyası başqanı İsa Qəmbər mövzuya yenidən qayıtmağı onun aktual olması ilə əlaqələndirib. Yayılan videomateriallardan sonra qətl törədilməsinə toxunub. Mövcud rejim 20 il ərzində silsilə qətllər törətməkdə ittiham edilib. Akademik Ziya Bünyadov, Afiyəddin Cəlilov, Şəmsi Rəhimov, Elmar Hüseynov, Rafiq Tağı və s. məhz rejimin qurbanları kimi dəyərləndirilib. E.Abdullayevin yaydığı videolarda vasitəçi kimi adı keçən Sevinc Babayevanın ölümü qətl adlandırılıb.
Şahidlərin aradan götürülməsi “çox şey bilmələri”lə əlqələndirilib. Keçmiş rektorun yaydığı videolarda adları cinayət törətməkdə çəkilən şəxslərin cinayətlərinin Hacı Məmmədovun quldur dəstəsinin törətdiyi cinayətlərdən daha ağır olduğu nəzərə çatdırılıb. İ.Qəmbər keçmiş rektorun yaydığı videomaterialların ölkədəki iqtidarın mahiyyətini ortaya qoyduğunu qeyd edib. “Bu videomaterialalr xalqın təhlükə ilə üzbəüz qaldığını sübut edir və bu təhlükə inidiki hakimiyyətin özüdür və buna görə bu məsələnin üstünə gedirik”, - deyə Müsavat lideri dinləmələrin mahiyətinə toxunub.
Keçmiş siyasi məhbus Vidadi İsgəndərli bu videosənədlərdə əksini tapan cinayətləri ayrı-ayrı vəzifəli şəxslərin yox, rejimin qəsdən xalqa qarşı törətdiyi cinayət kimi şərh edib. Bu cinayətin motivinin iqtidarın xalqı əzmək yolu ilə daha çox var-dövlət, sərvət toplamaq istəməsi olduğu vurğulanıb. Belə cinayət şəbəkələrinin cinayətləri ifşa olunduqca çökdüyü deyilib. Keçmiş rektorun yaydığı videosənədlər məhz ifşa mərhələsi adlandırılıb. Amma keçmiş siyasi məhbus hüquq-mühafizə orqanlarının özlərinin də bu cinayətlərdə iştirakçı olduğu üçün cinayətlərə görə rejimi mühakimə etməyin mümkünsüz olduğunu deyib. Hakimiyyətin kriminallığı daha çox ifşa edildikcə, xalqın etirazlarının rejimə son verəcəyi nəzərə çatdırılıb.
“Bu iqtidar qarşısında duran problemləri qətllər törətməklə həll etmək təcrübəsi yaradıb və indi ömrünü uzatmaq üçün insanları öldürmək yolundan gedir”, - deyə AXCP sədrinin müavini Nurəddin Məmmədli qeyd edib. Onun fikrincə, bütün ləyaqətli insanlar həbsə alınır, oğru-quldurlar isə dövlət strukturlarına yerləşib. Bu məsələnin hüquqi həlli olmadığını, hakimiyyətin islaholunmazlığını deyən natiq xilas yolunun rejimi dəyişməkdən keçdiyini söyləyib.
“Azadlıq” qəzetinin redaktoru Rahim Hacılı adı çəkilən videolara 100 minlərlə insanın baxdığını deyərək, ictimai marağa səbəb olmasına toxunub. Bu videomateriallarla bağlı İctimai Palatanın Avropa məhkəməsinə müraciət olunması təklifi səsləndirib. “İctimai Palata bu məsələdə uğur qazana bilməsə, seçkilərdə də uğur qazana bilməyəcək”, - deyə R.Hacılı yekun rəyini ifadə edib.
AXCP sədri Əili Kərimli S.Babayevanın ölümünü videosənədlərin yayımından sonra “şahidlərin aradan götürülməsi kimi faciəvi mərhələnin başlanması” kimi dəyərləndirib. Cəmiyyətin buna “yox” deməsinin vaxtı çatdığı söylənilib. Eyni zamanda, Ə.Kərimli şahidlərin aradan götürülməsinin video-sənədlərdə adları cinayətdə hallanan şəxsləri “sübut yoxdur” deyə ittihamdan azad edə bilməyəcəyini xüsusi nəzərə çatdırıb.
Şamil
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sevinc Babayevanın meyiti tapıldı

    Sevinc Babayevanın meyiti tapıldı ...

    28-12-2012, 12:41

  • 
  • Sevinc Babayevanın oğlu arvadını bıçaqlayıb

    Sevinc Babayevanın oğlu arvadını bıçaqlayıb ...

    4-02-2016, 20:52

  • 
  • Ramiz Mehdiyev çıxılmaz durumda

    Ramiz Mehdiyev çıxılmaz durumda ...

    17-12-2012, 22:38

  • 
  • Ramiz Mehdiyev çıxılmaz durumda

    Ramiz Mehdiyev çıxılmaz durumda ...

    17-12-2012, 23:32

  • 
  • Sevinc Babayeva adi kitabxanaçı deyilmiş

    Sevinc Babayeva adi kitabxanaçı deyilmiş ...

    17-12-2012, 23:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu