Abdulla İbrahimov: "Mənim iştirakımla bələdiyyə ərazisində aparılan qanunsuz işlər və saxta sənədləşmələr yoxlanılarsa, bütün qanunsuzluqlar aşkar edilər"
Təəssüf ki, yerlərdəki əksər məmurlar tutduqları vəzifəyə özlərinin var-dövlət toplaması prizmasından yanaşmaqda davam edirlər. Onlar xalqa, dövlətə xidmət etmək əvəzinə, hər vəclə çalışırlar ki, vəzifədə olduqları müddətdə daha çox həcmdə şəxsi gəlir toplasınlar. Bunun nəticəsidir ki, əksər yerli məmurlardan xalqın narazılığı günü-gündən artır. Gündəm Xəbər saytına İmişli rayonu Xubiyarlı kənd sakini Abdulla İbrahimov tərəfindən şikayət ərizəsi daxil olub. Burada o, İmişli rayon Məzrəli bələdiyyəsi sədrinin qanunsuz əməllərini qeyd edərək, bu məsələ barədə müvafiq qurumlar tərəfindən ölçü götürülməsini xahiş edir: "Dövlətimizdən və prezident İlham Əliyevin siyasi kursundan razı olan şəxslərdən biriyəm. Lakin bəzən elə üzdəniraq, xırda məmur özbaşınalığına rast gəlinir ki, bu hal insanda məmura və onun oturduğu idarəyə qarşı inamsızlıq yaradır. 2009-cu ilin son bələdiyyə seçkilərində bələdiyyələrin birləşdirilməsi ilə bağlı olaraq, Xubiyarlı, Çaxırlı və Məzrəli bələdiyyəsi Mərzəli bələdiyyəsində birləşdi. Buna qədər, 2004-2009-cu illərdə Xubiyarlı bələdiyyəsinin sədri olmuş Seyidov Mirzağa Mirhüseyn oğlu birləşmiş bələdiyyənin də sədri seçildi. Onu da qeyd bələdiyyə ərazisində 50-dən çox qum və çınqıl karxanası fəaliyyət göstərir ki, bunların da demək olar yarısı qeyri-qanunidir. Bələdiyyə sədri bu obyektlərdən aldığı rüşvət müqabilində onların ödəməli olduqları vergiləri ödəməməsinə göz yumur. Nəticədə dövlətə və bələdiyyə sakinlərinə külli miqdarda ziyan vururlar. Bələdiyyə sədri digər qanunları da kobud şəkildə pozaraq, seçicilər qarşısında hesabat vermir, iclar keçirmir, tətbiq edilən iclas protokolları isə sadəcə formal xarakter daşıyır. Yurd yerləri və qanunsuz örüş, otlaq yerlərinin icarə haqqı da bələdiyyə sədri tərəfindən qanunsuz olaraq mənimsənilir. Mənim iştirakımla bələdiyyə ərazisində aparılan qanunsuz işlər və saxta sənədləşmələr yoxlanılarsa, bütün qanunsuzluqlar aşkar edilər". Yuxarıda qeyd edilənləri əsas tutaraq, şikayətçi Baş Prokurorluq Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş üzrə İdarəsi, İmişli Rayon İcra Hakimiyyəti və Ədliyyə Nazirliyinin İmişli Regional Şöbəsinə ünvanladığı ərizədə İmişli rayon Məzrəli bələdiyyəsi sədri Mirzağa Seyidov barəsində qanunamüvafiq ölçü götürülməsi, onun qanunsuz, korrupsioner hərəkətlərinə hüquqi qiymət verilməsini xahiş edir. Həsən
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?