Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçmiş deputat Gültəkin Hacıbəylinin Yasamal Rayon Məhkəməsinin qərarından şikayətinə baxılıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, Gültəkin Hacıbəyli keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.
Məhkəmə iclasında G.Hacıbəylinin işə yeni sübutların əlavə edilməsi haqqında verdiyi vəsatət rədd edilib. Bu isə G.Hacıbəylini qəzəbləndirib.
Keçmiş deputat hakimi hədələyərək “2-3 ildən sonra baxarıq” deyib.
Məhkəmə yanvarın 29-na təyin edilib.
Qeyd edək ki, G.Hacıbəyli Mahmud Mehdiyevi ötən il mayın 17-də keçirdiyi mətbuat konfransında ona qarşı təhqiramiz ifadələr işlətməkdə günahlandırıb və M.Mehdiyevin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. Yasamal Rayon Məhkəməsi isə iddianı təmin etməyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?