Türkiyə və Gürcüstan Rusiya hərbi təyyarələrinin öz hava məkanlarından uçaraq Ermənistandakı Gümrü hərbi bazasına getməyə icazə vermir.
ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın "Çorrord işxanutyun" qəzeyi məlumat yayıb. Məlumata görə, rus təyyarələri iyul ayından bəri Ermənistan hava məkanına girə bilmir. Gümrüdəki hərbi baza iki ay əvvəl yeni əsgərlərlə komplektləşdirilsə də, lazımi hərbi inventar və xüsusi avadanlıqla təchiz edilməyib.
Hərbi yük artıq iki aydır Rostov aeroportunda uçuş əmri gözləyir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?