Atasının səhhətində yaranan problemlə bağlı Bakıya səfər edən ABŞ vətəndaşı Səid Nuri bu səhər Bakıdan Kiyevə getmək üçün Heydər Əliyev adına beynəlxalq hava limanına gedib. Avropa.info-nun verdiyi xəbərə görə, hava limanında Səid Nuriyə bildirilib ki, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğunun İstintaq İdarəsi onun ölkədən çıxışına qadağa qoyub. Bu barədə informasiyanı facebook səhifəsindən yayımlayan Səid Nurinin sözlərinə görə, o, bir müddət öncə ABŞ səfirliyində olub, səfirlikdən ona bu qadağanı araşdırıldığını bildiriblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?