GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ölkədən çıxışlarına qadağa qoyulan jurnalistlər…

Ölkədən çıxışlarına qadağa qoyulan jurnalistlər…

Tarix: 8-12-2015, 23:26 Bölmə :Ölkə Baxış: 0
 Ölkədən çıxışlarına qadağa qoyulan jurnalistlər…

Bu günlərdə müstəqil jurnalist Aynur Elgünəşin ölkədən çıxmasına qadağa qoyulması ilə bağlı xəbər yayıldı.

Jurnalistin Azadlıq Radiosuna verdiyi açıqlmaya görə o, dekabrın 5-də səhər Ukraynaya yollanmaq istəyərkən hava limanında sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılıb, ölkəni tərk etməsinə mane olunub. Bunun səbəbini soruşduqda isə bildirilib ki, ölkəni tərk etməsinə rəsmi qaydada qadağa olmasa da, o, ölkədən gedə bilməz.

Jurnalistin dediyinə görə, o, bir neçə ay əvvəl “Mingəçevr işi”nə görə Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırılıb, daha çox Meydan TV ilə bağlı suallarla üzləşib. Və son aylarda hər dəfə xaricə gedib-gələndə xüsusi yoxlamaya məruz qalıb. Bununla bağlı bir ay öncə Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Dövlət Sərhəd Xidmətinə yazılı sorğu göndərsə də, cavab ala bilməyib.

Qeyd edək ki, son illər bir sıra jurnalistin və siyasətçilərin, tanınmış simaların ölkədən çıxışına qadağa qoyulması artıq adi hala çevrilib. Bəs görəsən hansı hallarda vətəndaşa ölkəni tərk etmək qadağası qoyula bilər?

Hüquq müdafiəçisi Müzəffər Baxış sualımza aydınlıq gətirməyə çalışıb. Onun sözlərinə görə, qeyd edilən məsələ ilə bağlı olan qanunlar Azərbyacan Respublikası Miqrasiya Məcəlləsindən çıxarılıb və bu yaxınlarda “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanun adlandırılıb: “Lakin indiki halda ölkədən çıxma və ölkəyə gəlmə məsələləri ilə bağlı məhdudiyyətlər Azəbaycan Respublikası Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Yəni, məcəllənin 29-cu maddəsinə görə konkret bildirilir ki, Azərbaycan vətəndaşının hansı hallarda Azərbaycan Respublikasının əraizisindən kənara çıxması qadağan edilə bilər.

Miqrasiya Məcəlləsinin digər 11-cü müddəasına görə isə heç bir şəxsin, xüsusən də Azərbaycan vətəndaşının Azərbaycan ərzisindən kənara çıxmasına Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən məhdudiyyət qoyula bilməz.

Lakin çox təəssüflər olsun ki, ölkəmizdə hüquq-mühafizə orqanları, xüsusən də, milli təhlükəsizlik orqanları, Daxili İşlər Nazirliyinin müəyyən strukturları, prokurorluğun özü bu və ya digər şəxslərin ölkədən kənara çıxmasına “STOP” qoyurlar.

Bütün bunlar Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsi, Miqrasiyası Məcəlləsində göstərilən müddəaları ilə ziddiyyət təşkil edir. Bu, bir daha onu sübut edir ki, Azərbaycanda hüquq-mühafizə orqanları öz vəzifələrindən sui-istifadə edir, istənilən şəxsin ölkədən çıxaması və yaxud ölkəyə daxil olmasına qanunsuz məhdudiyyətlər tətbiq edə bilir”.

Müzəffər Baxış adıçəkilən jurnalistin üzləşdiyi qadağanın qanunsuz olduğunu deyib: “Həmin xanım jurnalist hansısa cinayət məsuliyyətinə cəlb edilməyib. Qanuna görə, şəxs barəsində cinayət işi başlananda ölkədən çıxışına qadağa qoyula bilər. Əgər şəxsin hər hansı bir öhdəlikləri varsa, belə hallarda da qadağa qoyula bilər. Lakin həmin jurnalist barəsində heç bir iddia və öhdəlik yoxdur. Bu baxımdan bu qadağa qanunsuzdur. Düşünürəm ki, hakimiyyət tərəfindən ona qarşı tətbiq edilən hüquq vasitəsidir”.

“Bu cür hallarla rastlaşan şəxs dərhal hara müraciət etməlidir” sualımızı isə hüquq müdafiəçisi bu cür cavablandırdı: “Azərbaycanda müdafiə mexanizmi yoxdur. Belə hallarla rastlaşan şəxslər inzibati-iqtisad məhkəmələrinə müraciət etməlidir. Qoyulan qadağalar əslində, inzibati akt deyil, sadəcə şifahi göstərişdir”.

Vətəndaşları daha çox narahat edən suallardan biri də budur ki, ölkədən çıxış və yaxud ölkəyə daxil olmaq qadağası barədə vətəndaşa əvvəlcədən məlumat verilməlidirmi? Bəzən səhhətində yaranan problemlə əlqədar təcili ölkəni tərk etmək istəyən vətəndaş barəsində çıxarılan qadağanı elə sərhəddəcə öyrənir. Bu isə bir çox hallarda vətəndaşların haqlı narazılığına səbəb olur.

Hüquq müdafiəçiləri bildirirlər ki, hələlik qadağa ilə bağlı vətəndaşların məlumatlandırılması qanunda öz əksini tapmayıb. Daha çox narahatlıq doğuran məsələlərdən biri isə vətəndaşa qoyulan qadağanın götürülməsi barədə sərhəd məntəqələrinə operativ məlumatın verilməməsidir.

Xatırladaq ki, bundan öncə də bir neçə jurnalistin ölkədən çıxışına qadağa qoyulmuşdu. Buna misal olaraq ötən aylarda Meydan TV-nin 4 əməkdaşının Gürcüstan sərhəddində saxlanıldığını göstərmək olar.

Belə ki, Meydan TV-nin əməkdaşları Aytən Ələkbərova (Fərhadova), Şirin Abbasov, Elnur Muxtarov və Natiq Cavadlı Gürcüstana gedərkən Böyük Kəsik stansiyasında saxlanılaraq bildirilmişdi ki, onların ölkədən çıxışlarına qadağa qoyulub. Dövlət Sərhəd Xidmətinin (DSX) rəsmiləri jurnalistlərə qadağanın Daxili İşlər Nazirliyi (DİN) tərəfindən qoyulduğunu və heç bir izahat verməyəcəklərini bildirmişdilər və bununla bağlı olaraq DİN-ə müraciət etmələri tövsiyə olunmuşdu.

Xalidə Gəray,
Musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Dörd jurnalistin ölkədən çıxışına qadağa aradan qaldırılıb

    Dörd jurnalistin ölkədən çıxışına qadağa aradan ...

    6-05-2019, 14:13

  • 
  • Jurnalistin şikayəti təmin olunmadı

    Jurnalistin şikayəti təmin olunmadı ...

    5-08-2016, 01:13

  • 
  • Jurnalistə qoyulan qadağa götürüldü

    Jurnalistə qoyulan qadağa götürüldü ...

    2-04-2016, 01:37

  • 
  • ABŞ vətəndaşı olan azərbaycanlının ölkədən çıxmasına qadağa

    ABŞ vətəndaşı olan azərbaycanlının ölkədən ...

    4-09-2014, 13:18

  • 
  • Ölkədən çıxışına “stop” qoyulan jurnalist məhkəmə yolunda

    Ölkədən çıxışına “stop” qoyulan jurnalist məhkəmə ...

    7-09-2018, 12:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu