Avtomobilin vurduğu piyada 15-20 metr aralıya düşüb
Sentyabrın 14-nə keçən gecə, saat 02 radələrində Bakının Səbail rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, "Azadlıq" meydanında naməlum avtomobil Neftçilər prospektini qaça-qaça keçməyə çalışan 40-45 yaşlı piyadanı vurub. Zərbənin gücündən piyada 15-20 metr aralıya düşüb və hadisə yerindəcə keçinib. Qəzanı törədən avtomobilin sürücüsü nəqliyyat vasitəsi ilə birlikdə ərazidən uzaqlaşıb.
Qeyd edək ki, qəzanın baş verdiyi ərazidə təhlükəsizlik kameraları sıx yerləşdirilib. Hazırda piyadanı vurub öldürən sürücünün və avtomobilinin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?