Azərbaycanda hava şəraiti dəyişəcək, Bakıda havanın temperaturu 8, rayonlarda isə 10 dərəcəyə kimi enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva "Trend"-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 16-dan 17-nə keçən gecədən başlayaraq, sentyabrın 19-dək Bakıda və Abşeron yarımadasında şimal küləyinin güclənəcəyi ehtimalı var.
Sentyabrın 17-19-da ötən günlərlə müqayisədə havanın temperaturu tədricən 5-8 dərəcə enəcək. Əsas hava dəyişikliyi sentyabrın 17-də müşahidə ediləcək. Sentyabrın 18-də günorta saatlarında havanın temperaturu Bakıda 20-24 dərəcə isti olacaq. Paytaxtda yağış yağacağı ehtimalı var.
Sentyabrın 16-sı axşamdan Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq, sentyabrın II ongünlüyünün sonuna kimi hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, bəzi rayonlarda, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların leysan xarakterli, intensiv olacağı gözlənilir. Proses qərb küləyinin güclənməsi ilə müşayiət olunacaq.
Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcəyədək enəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?