gundemxeber.az Sonolay.org-a istinadən bildirir ki, ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə işindnən azad edilən və barəsində cinayət işi açılan Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı Məharət Mustafa oğlu Mustafayev ölkədən ailə üzvüləri ilə birlikdə çıxmaq istəyib. Mənbə bildirir ki, M.Mustafayev hava limanında ailə üzvülərini Istanbul hava reyisi ilə uçan təyyarəyə mindirə bilsə də, özü ölkədən qaçmağa nail ola bilməyib. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onun ölkədən çıxmasının qarşısını alıblar. Məlumata görə, M.Mustafayevin Goranboydakı evinə hər gün onlarla adam gələrək pulunu tələb edir və sabiq icra başçısı da alacaqlıların əlindən canını qurtarmaq üçün belə bir yola əl atıb. Çalışırıq ki, məlumatla bağlı hüquq-mühafizə orqanlarının mövqeyini öyrəndikdə, oxucularımıza təqdim olunacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?