Otelə partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub
Sentyabrın 17-nə keçən gecə Bakının məşhur otellərindən olan və Səbail rayonu, Neftçilər prospektində yerləşən "Hilton" otelinə partlayıcı qurğu yerləşdirilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Lent.az-ın məlumatına görə, informasiyanın yoxlanılması üçün müvafiq tədbirlər görülüb. Otelə əməliyyat qrupları və xilasedicilər cəlb edilib. Saat 01:20 radələrində başlayan axtarışlar nəticəsində oteldə hər hansı partlayıcı aşkarlanmayıb.
Hazırda yalan məlumat verən şəxsin kimliyinin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?