Bakıda Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsinin meyitinin tapılması ilə bağlı məlumat yayılıb. Bu barədə "Azərbaycanın kriminal həyatı” adlı facebook səhifəsində məlumat yazılıb.
Məlumatda qeyd olunur ki, MTN-in İmişli rayon şöbəsinin rəis müavini 48 yaşlı Qalib Qulamovun meyiti Ələt qəsəbəsi ərazisində Xəzər dənizi sahilində şakar edilib. Q.Qulamov çimərlik geyimində olub. Avtomobili və paltarları isə meyitdən xeyli aralıda olub.
Hadisədən əvvəl Bakıda yaşayan ailə üzvləri ilə danışıb və onların yanına gəldiyini deyib. Sonra isə ailə üzvlərinə onun ölüm xəbərini çatdırıblar.
Daha sonra məlumatda qeyd olunur ki, Q.Qulamov bir müdət əvvəl isə MTN-in Hacıqabul rayon şöbəsinin rəisi olub.
Məsələ ilə bağlı "Qafqazinfo” Nazirliyin İctimaiyyətlə Əlaqələr Sektorunun rəisi Arif Babayevlə əlaqə saxlayıb. A. Babayev bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətinin sıralarında belə bir əməkdaş yoxdur: "O nə İmişlinin rəis müavini, nə də Hacıqabulun rəisidir. 2014- cü ilin fevral ayında yaşa görə ehtiyata buraxılıb. Onun MTN-nin əməkdaşı olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.”
Bu barədə "Azərbaycanın kriminal həyatı” adlı facebook səhifəsində məlumat yazılıb. Məlumatda qeyd olunur ki, MTN-in İmişli rayon şöbəsinin rəis müavini 48 yaşlı Qalib Qulamovun meyiti Ələt qəsəbəsi ərazisində Xəzər dənizi sahilində şakar edilib. Q.Qulamov çimərlik geyimində olub. Avtomobili və paltarları isə meyitdən xeyli aralıda olub.
Hadisədən əvvəl Bakıda yaşayan ailə üzvləri ilə danışıb və onların yanına gəldiyini deyib. Sonra isə ailə üzvlərinə onun ölüm xəbərini çatdırıblar.
Daha sonra məlumatda qeyd olunur ki, Q.Qulamov bir müdət əvvəl isə MTN-in Hacıqabul rayon şöbəsinin rəisi olub.
Məsələ ilə bağlı "Qafqazinfo” Nazirliyin İctimaiyyətlə Əlaqələr Sektorunun rəisi Arif Babayevlə əlaqə saxlayıb. A. Babayev bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətinin sıralarında belə bir əməkdaş yoxdur: "O nə İmişlinin rəis müavini, nə də Hacıqabulun rəisidir. 2014- cü ilin fevral ayında yaşa görə ehtiyata buraxılıb. Onun MTN-nin əməkdaşı olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?