İlham Əliyevi "İlin korrupsiya adamı" seçənə 4200 zəhmətkeş məktubu gəlib
Ayın əvvəlində İlham Əliyevi "İlin korrupsiya adamı" seçən təşkilatın redaktoruna 4200 etiraz məktubu gəlib. Drew Sullivan BBC Azərbaycancaya deyib ki, ölkə başçısı İlham Əliyevin bu "mükafata" layiq görülməsinə qarşı olanlar ona çoxsaylı məktublar göndəriblər. "Mənə təxminən 4200 (elektron məktub) gəlib. Bəzilərinin saxta ünvanlarından göndərilməsinin əlaməti var, amma əksəriyyəti, görünür ki, şəxsi elektron poçt ünvanlarından gəlib". "Bizim təhlilimizə görə məktublar sadəcə kampaniyadır. Kütləvi poçt deyil", o izah edib. "Güman ki, sadəcə bəzi adamlar hökümətin dediyini edirlər və ya adamlar həqiqətən düşünürlər ki, biz ölkələrinə hücum edirik", Drew Sullivan deyir. Organized Crime and Corruption Reporting Project (Mütəşəkkil Cinayətkarlıq və Korrupsya Hesabatı Layihəsi - OCCRP) jurnalistlər şəbəkəsi İlham Əliyevi "ilin adamı" seçib. Azərbaycanda iqtidar partiyası hesabatda yazılanları rədd edib. Səyavuş Novruzov hesabat yayılandan sonra APA-ya açıqlamasında deyib ki, layihə rəhbərlərindən biri "milliyyətcə erməni olduğundan" belə bir hesabat hazırlanıb. "Bəziləri eyni mətndir, bəziləri isə şəxsiləşdirilmiş məzmunlu məktublardır", cənab Sullivan BBC Azərbaycancaya məktublardan bir neçə nümunə göndərib: "Mən sizin fikrinizə qarşıyam. Prezidentimiz respublikamızın inkişafı üçün çalışır. Mən sizə belə bir atalar sözü xatırlada bilərəm: İt hürər, karvan keçər". "Korrupsiya - bütün ölkələrdə mövcud olan və eyni zamanda bütün ölkələri nigaran edən bir xarakteristikadır. Korrupsiya ilə mübarizə aparmaq - bütün dövlətlər və cəmiyyətlərin əsas işlərindən biridir. Azərbaycan dövlətinin məqsədi - iqtisadi və ictimai inkişafa nail olmaq və yaşayış səviyyəsini qaldırmaqdır. Son beş il ərzində ölkəmiz yaxşı iqtisadi və ictimai inkişaf əldə edib. Cəmiyyətdə inkişafa stimul yaradan faktorlardan biri - korrupsiyaya qarşı geniş mübarizədir. Bu yaxınlarda ölkədə beynəlxalq standartlara uyğun olan qanuni və institusional islahatlar edilib, Dövlət Proqramı icra olunub." Həmin bu məktub bir neçə fərqli ünvandan şirkətin bir neçə işçisinə gəlib. "Ünvan" hissəsində qeyd olunan digər şəxslər - RFE/RL-in (AzadlıqRadiosu) rabitə direktorunun müavinləri olub. "Cənab Drew Sullivan, mən aşağıdakı məqaləni şiddətlə qınayıram!! Agitasiyalı məlumat paylaşmağı dayandırın!!" "Azərbaycan vətəndaşı olaraq mən sizin prezidentimiz haqqında sözlərinizə qarşıyam. Gözlərinizi açın! Sizə onun proqressiv diplomatiyasını görməyi tövsiyə edirəm." Cənab Sullivan həmçinin bir çox boş məktub aldığını da bildirib. “Xəbər xidməti”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?