GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Zəhmətkeş məktublarının görünməyən imzaları

Zəhmətkeş məktublarının görünməyən imzaları

Tarix: 24-01-2013, 10:16 Bölmə :Maraqlı Baxış: 828
Zəhmətkeş məktublarının görünməyən imzaları

Beynəlxalq dəyərləndirmələrin bu cür üst-üstə
düşməsini nəzərə almamaq dəvəquşu davranışı olardı


«Sizin son «Dünyada Azadlıq -2013» hesabatınızdan ciddi narahat oldum. Bu hesabat mənim ölkəmə qarşı qərəzli və qeyri-obyektivdir. Hesabat Azərbaycanda insan haqları və demokratiyanın durumunu düzgün göstərmir, bizim bu sahələrdəki mühüm uğurlarımız nəzərə alınmayıb». İngiliscə yazılmış bu məktub AzadlıqRadiosunun elektron poçtuna Pərvin Mirzəzadə imzası ilə gəlib. Məktub «Freedom House» təşkilatının elektron poçt ünvanlarına da göndərilib.
Bu qurum ötən həftə açıqladığı hesabatda Azərbaycanı «qeyri-azad ölkə» adlandırıb. Əslində Azərbaycanın illərdir oturuşmuş reytinqində dəyişiklik olmasa da, ölkə rəsmilərinin «Freedom House»a soyuq yanaşması daha da soyuyub. Rəsmilər özəlliklə də qurumun tanınmamış Dağlıq Qarabağ rejimini «qismən-azad» adlandırması ilə barışmadıqlarını dilə gətirirlər.
YAP sədrinin müavini Əli Əhmədov yanvarın 17-də yap.org.az saytına deyib ki, «separatçı bir rejimi azadlıq şkalası üzrə necə qiymətləndirməsindən asılı olmayaraq, təkcə bu faktın özü kifayətdir ki, bu təşkilatın mahiyyəti haqqında insanda bitkin fikir formalaşsın». Əli Əhmədov onu da əlavə edib ki, Azərbaycan ictimaiyyəti həmişə haqlı olaraq qərəzli beynəlxalq təşkilatların qeyri-obyektiv dəyərləndirmələrinə etirazını bildirib: «İnanıram ki, «Freedom House»un son hesabatı xalqımızın qəti etirazı üçün daha ciddi əsas verir». Düşünmək olar ki, Pərvin Mirzəzadə imzalı oxucumuzu yuxarıdakı məktubu yazmağa həmin açıqlama həvəsləndirib. Amma həmin müsahibədən öncə də – yanvarın 15-dən AzadlıqRadiosunun veb-saytına bənzər məzmunlu şərhlər gəlib. Bu şərhlərdə daha çox Prezident İlham Əliyevin korrupsiya üzrə «İlin adamı» seçilməsinə irad bildirilir. Şərhlərdə eləcə də «düşmən dəyirmanına su tökən bəzi qüvvələr» pislənir.
Bənzər məktublar korrupsiyadan yazan jurnalistləri birləşdirən OCCRP-yə – həmin dəyərləndirməni aparan quruma da göndərilib. Qurumun redaktoru Drew Sullivan «BBC Azərbaycanca»ya deyib ki, ona 4200 etiraz məktubu gəlib. Onun fikrincə, bəzi məktubların saxta ünvanlardan göndərildiyini düşünməyə əsas verən əlamətlər var, əksəriyyəti, görünür ki, şəxsi elektron poçt ünvanlarından gəlib. «Bizim təhlilimizə görə, məktublar sadəcə kampaniyadır və kütləvi poçt deyil», – deyə o, fikrini açıqlayıb.
«Turan» informasiya agentliyi yanvarın 15-də məktəblərə «zəhmətkeş məktubları»nın təşkili üçün göndərilən təlimatdan yazıb. Sosial şəbəkələrdə yayılmış məktubda ölkədə gedən abadlıq və quruculuq işlərindən razılıq ifadə olunur, «bu cür səhv və reallığı əks etdirməyən məlumatların yayılması»nda məqsədin «ictimaiyyəti ancaq çaşdırmaq» olduğu vurğulanır.
Bakı şəhər Baş Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Zəminə Əliqızı AzadlıqRadiosuna deyir ki, bu təlimat barədə eşitməyib: «Heç kimə belə bir tapşırıq verilməyib. Müəllimlər arasında da belə bir narahatlıq yoxdur».
Politoloq Zəfər Quliyevin fikrincə, prezident seçkiləri yaxınlaşdıqca, hakimiyyət mümkün tənqidlərdən özünü sığortalamağa, tənqidi fikirlərin dəyərini azaltmağa çalışa bilər. Bu hərəkat seçki ərəfəsi güclənərsə, bunu əminliklə siyasi kampaniya saymaq olar.
–Beynəlxalq qurumların əvvəlki hesabatlarında da Azərbaycanın yeri ürəkaçan olmayıb. Niyə hakimiyyət indi daha çox əndişələnib?
–Bu, daha çox prezident seçkisi ilə bağlıdır, çünki bu, adi seçki deyil. Hakimiyyət bu seçkinin əhəmiyyətini, özü üçün riskli olduğunu gözəl başa düşür. Əvvəlki illərdə Qərb ölkələri, beynəlxalq qurumlara qarşı kampaniya aparanda, hakimiyyət bunu elə də pərdələmirdi, televiziyalarda, Milli Məclisdə bu, açıq-aşkar edilirdi. Çox vaxt bu kampaniya geosiyasi maraqlarla bağlı olurdu, məsələn, Azərbaycan Qərb və Rusiya arasında manevr edirdi. İndiki seçkidə daxili vəziyyət də dəyişib, cəmiyyət fəallaşıb. Hakimiyyət hiss edir ki, kənardan da ölkə daxilindəki proseslərə təsir göstərən qüvvələr var. Eyni zamanda, aparıcı Qərb ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana qarşı daha sərt kampaniya aparsalar, seçki vəziyyəti dəyişə bilər. Hakimiyyətin bütün resurslarına, maliyyə və təsir imkanlarına, saxtalaşdırma üzrə peşəkarlıqlarına baxmayaraq, bu seçki onun üçün ciddi problemə çevrilə bilər.
«Freedom House»un hesabatlarına ABŞ-da və bütün dünyada etibar edirlər. Bunu AzadlıqRadiosuna müsahibəsində ABŞ Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini, əvvəl həmin qurumda icraçı direktorun müavini çalışmış Thomas Melia da deyib: «Beynəlxalq dəyərləndirmələrin bu cür üst-üstə düşməsini nəzərə almamaq dəvəquşu davranışı olardı... Yaxşı olar ki, Azərbaycan rəsmiləri bu dəyərləndirmələrə daha ciddi yanaşaraq, ölkənin nüfuzunu yüksəltmək yollarını arasın və bu işdə ciddiyyət göstərsinlər».
Arifə Kazımova
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Freedom House”dən yeni hesabat

    “Freedom House”dən yeni hesabat ...

    16-01-2013, 10:44

  • 
  • “Digər siyasi məhbuslar da dərhal azad edilməlidir” – “Freedom House” bəyanat verdi

    “Digər siyasi məhbuslar da dərhal azad ...

    26-05-2016, 22:10

  • 
  • "Freedom House" Azərbaycana qarşı həmişə qərəzli olub"

    "Freedom House" Azərbaycana qarşı ...

    8-11-2014, 01:06

  • 
  • “Freedom House”un Azərbaycanla bağlı - Hesabatı

    “Freedom House”un Azərbaycanla bağlı - Hesabatı ...

    3-10-2013, 11:39

  • 
  • “Freedom House” təşkilatının prezidenti hakimiyyəti tənqid etdi

    “Freedom House” təşkilatının prezidenti ...

    5-12-2013, 21:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu