GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakıdakı 23 nömrəli poliklinikada özbaşınalıq

Bakıdakı 23 nömrəli poliklinikada özbaşınalıq

Tarix: 22-09-2014, 12:32 Bölmə :Ölkə Baxış: 870
Pasiyentlər bunun səbəbini Şərəbanı Yusifzadənin fəaliyyətində görürlər Respublikamızda vətəndaşlara tibbi xidmətin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülsə də, təəssüf ki, səhiyyəmiz 'özbaşınalıq epidemiyasından' xilas ola bilmir.
Bakıdakı 23 nömrəli poliklinikada özbaşınalıq

Dövlət səhiyyə ocaqlarında tibbi xidmətin çoxdan ödəniş edilməsinə baxmayaraq, bəzi xəstəxanalarda, poliklinikalarda bu sərəncama quru sözdən o yana keçməyən göstəriş kimi yanaşırlar. Sanki Hippokrat andı bəzi tibb işçiləri üçün çoxdan funksionallığını itirib. Təəssüf ki, dövlət səviyyəsində səhiyyə sektorunun inkişaf etdirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilsə də, bəzi problemlər hələ də həll olunmamış qalır. Məsələn, bu gün büdcədən maliyyələşən xəstəxanaların yetərli hissəsində vətəndaşlara pulsuz tibbi xidmət göstərilmir. Qeyd edək ki, Suraxanı rayonunda '2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı'na uyğun olaraq səhiyyə obyektlərinin tikintisi sahəsində müəyyən tədbirlər həyata keçirilib. Həmin çərçivədə 23 nömrəli şəhər poliklinikasının əsaslı təmiri artıq başa çatdırılıb. Lakin vətəndaşları, xüsusən 23 nömrəli şəhər poliklinikasına üz tutan xəstələri təkcə bu tibb ocağının binasının çölündə həyata keçirilən təmir, yenidənqurma işləri deyil, həm də onun daxilində yüksək səviyyəli tibbi xidimətin göstərilməsi maraqlandırır. Lakin təəssüflər olsun ki, bura üz tutanlar bir sıra hallarda gözləntilərdən fərqli olaraq başqa mənzərələrin şahidi olurlar. Xəstələr bildirirlər ki, Şərəbanı Yusifzadənin baş həkimi olduğu 23 nömrəli şəhər poliklinikasında bəzi həkimlər şəxsi maraqlarını ortaya qoyaraq müayinə və müalicə müqabilində xəstələrdən nəysə umurlar. Səhiyyə Nazirliyi tərəfindən vətəndaşlara pulsuz verilən dərman preparatlarının taleyi isə məlum deyil. Əfsuslar olsun ki, belə olan təqdirdə səhiyyə sisteminin inkişafı bir kənarda qalır və maddi məsələlər ön planda durur. Səhiyyə Nazirliyi rəhbərliyinin vəzifəsinə uyğun olmayan işlərə qol qoyan həkimlərə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bəziləri bundan nəticə çıxarmır ki, çıxarmır. Xəstələr bildirirlər ki, bu dövlət tibb müəssisəsinə ayağını poliklinikanın qapısına oradan liftə, liftdən həkim otağına basanda səndən nəsə umur, tələb edirlər. Halbuki nəzərə almaq lazımdır ki, maddi baxımdan imkansız vətəndaşlarımız müayinə və müalicə üçün ölkədən kənara çıxa bilmir. Elə təbəqə var ki, hətta yerli özəl klinikalarda da müayinəyə maddi durumları imkan vermir. Bu səbəbdən yalnız dövlət tibb müəssisəsinə, o cümlədən 23 nömrəli şəhər poliklinikasına üz tuturlar. Lakin bu dövlət poliklinikasında da müxtəlif tibbi aparatlardan, müayinələrdən keçməyin adı pulsuz olsa da, heç kim hansısa həkimi lazımi səviyyədə 'görməsə' ona yüksək səviyyəli tibbi xidmət göstərilmir. Birbaşa qəbz şəklində olmasa da, vətəndaşlardan istər ultrasəs müayinə, istər laboratoriya və s. xidmətlərə görə üstüörtülü şəkildə nələrsə tələb olunur. Hətta istənilən şeylər də açıq şəkildə deyilir. Belə olan halda, ortaya sual çıxır: dövlət poliklinikasındakı texniki avadanlıqlar dövlət vəsaiti hesabına alınırsa, işçilər dövlət büdcəsindən maaş alırsa, bəs o zaman niyə vətəndaşlara başqa cür tibbi xidmət göstərilir? Yaxud avadanlıqlardan istifadəyə görə vətəndaşlardan alınanlar kimlərə gedir? Nəzərə almaq lazımdır ki, bu gün ölkə vətəndaşlarının tibbi sığortası yoxdur ki, əməliyyata ehtiyac olanda rahatlıqla hər hansı poliklinikaya getsinlər. Vətəndaş öz qazancı hesabına həkim qəbulu, müayinələr, dərmanlar, bəzi cərrahi əməliyyatların xərcini ödəyir. Lakin bahalı, bəzən xaricdə əməliyyat tələb edən xəstəliklər, aztəminatlılar, pensiyaçılar, tələbələr üçün həkim qəbulunun, müayinələrin ödənişi böyük problemə çevrilir. Xəstələr bildirirlər ki, qeyri-rəsmi şəkildə də olsa, onlardan tələb olunanlar yerinə yetirilməsə, 23 nömrəli şəhər poliklinikasında hər hansı yüksək tibbi xidmət gözləməyə dəyməz: 'Buranın bəzi həkimləri işə səhər saat 10-a qalmış, bəziləri hətta 10-a gəlirlər. Ona görə də qapı dalında gözləməyə məcbursan. Bütün bunlan bir yana, tibbi xidmətin keyfiyyəti də aşağıdır'. Pasiyentlər deyirlər ki, bütün bunların səbəblərindən biri də Şərəbanı Yusifzadənin işçilərinə lazımi diqqət göstərməməsidir. Baş həkim poliklinikada baş verənlərə yetərincə diqqət ayırsa, vətəndaşlar bu səhiyyə ocağının xidmətlərindən razı qalarlar.gundelik-baku
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səhiyyə Nazirliyində «pulsuz dərman maxinasiyası»

    Səhiyyə Nazirliyində «pulsuz dərman maxinasiyası» ...

    18-04-2013, 10:33

  • 
  • Dövlət xəstəxanası “rüşvət epidemiyası”na yoluxub

    Dövlət xəstəxanası “rüşvət epidemiyası”na yoluxub ...

    21-12-2013, 11:49

  • 
  • Azərbaycanda xəstələrə pulsuz verilməli olan dərmanlar - (Siyahı)

    Azərbaycanda xəstələrə pulsuz verilməli olan ...

    8-04-2015, 16:35

  • 
  • Səhiyyə Nazirliyi özünü yandıran Qarabağ əlilinin vəziyyətini açıqlayıb

    Səhiyyə Nazirliyi özünü yandıran Qarabağ əlilinin ...

    28-12-2013, 13:07

  • 
  • Bakı rayonlarının icra başçıları üçün "rahat-hülqum" siyasəti - Nazirlərin gördükləri işləri öz adlarına çıxırlar...

    Bakı rayonlarının icra başçıları üçün ...

    16-12-2014, 21:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu