GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Dövlət xəstəxanası “rüşvət epidemiyası”na yoluxub

Dövlət xəstəxanası “rüşvət epidemiyası”na yoluxub

Tarix: 21-12-2013, 11:49 Bölmə :Ölkə Baxış: 810
 Dövlət xəstəxanası “rüşvət epidemiyası”na yoluxub
Dövlət xəstəxanası “rüşvət epidemiyası”na yoluxub, vətəndaşları soğan qabığı kimi soyurlar; facebook-da xəstəxana haqda nələr yazıldığı və əməkdaşımızın gördükləri bu reportajda...
Azərbaycan vətəndaşlarının ən çox şikayət etdiyi sahələrdən biri də səhiyyə sistemidir. Ölkə səhiyyəsi “rüşvət və özbaşınalıq epidemiyası”ndan qurtula bilmir. Dövlət xəstəxanaları “balıq başdan iylənər” şüarını əldə bayraq tutaraq vətəndaşları soyurlar.
Baxmayaraq ki, dövlət səhiyyə ocaqlarında tibbi xidmət çoxdan ödənişsizdir, amma bu sərəncam quru sözdən o yana keçməyib və Hippokrat andı çoxdan funksionallığını itirib. Ölkənin istənilən dövlət tibb müəssisəsinə ayağını bas, qapıdan liftə, liftdən həkim otağına, həkimdən sıravi təmizlik xidmətçisinə qədər pul tələb edirlər. Əyani sübut olaraq həftənin əvvəlində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gedərkən gördüklərimizi qeyd edə bilərik.

El arasında “Respublikanski” adlanan bu səhiyyə ocağında vətəndaşları soğan kimi soyurlar. Doğrudur, bu xəstəxanadakı şəraitsizlik, bir neçə ildir ləng gedən təmir işləri və rüşvətin tüğyan etməsi mətbuatda ictimailəşdirilib. Yazılan tənqidlər isə nəticəsiz qalıb, ölkənin ən böyük tibb müəssisələrindən biri rüşvət yuvası kimi fəaliyyətini davam etdirir.
Reanimasiya otağında xəstəyə yaxşı nəzarət olunmağın yolu var; həkimə gündəlik azı 20 manat verməlisən. Tibb bacıları da şəbəkəyə daxildir. Onlara da 5-10, sanitara 3-4 manat verilməlidir. Bütün bu “kriteriyalar” çərçivəsində işləyən Respublika Kliniki Xəstəxanada insanların vəziyyəti həqiqətən də klinikdir.

Bu pulu verməsən, xəstənizə yaxşı nəzarət olunmayacaq. Buranın özəl xəstəxanalardan pul baxımdan heç bir fərqi yoxdur. Fərq sadəcə özəl klinikaların daha yüksək şəraitinin olması və buranın dövlət xəstəxanası adlanmasıdır.

Xəstəxananın qapısından içəri girməzdən öncə başa çatmayan əbədi təmir işləri diqqəti çəkir. Xəstəxana neçə vaxtdır ki, korpus-korpus təmir edilir. Ona görə də şəraitsizlik və darısqallıq yaranıb. Xəstəxananın divarları az qala adamın üstünə gəlir. Köhnə, baxımsız və soyuq divarlar, köhnəlmiş tavan və döşəmə, hər yerdə elanlar və s.
Ultrasəs müayinəsi otağının qarşısında növbə yaranmışdı. Müayinəyə gələnlərin ardı-arası kəsilmir. Nəzarətçi bir-bir qeydiyyata alır, adla çağırır. Bu kabinetdə müayinənin konkret tarifləri müəyyənləşdirilib.

Məsələn, kim zobdan müayinə olunmaq istəyirsə 20 manat ödəməlidir. Qadınlarda daxili orqanların kompleks müayinəsi isə 100 manata başa gəlir. Bundan başqa burada qanın ümumi analizi 10 manatdır. Qanda qlükozanın müəyyən olunması 5, sidiyin ümumi analizi 10, böyrək analizləri 35, QİÇS analizi 10, adi həkim müayinəsi 25, professor müayinəsi 70, ginekoloji yoxlanma 50 manata başa gəlir.

Deyirlər ki, döş qəfəsinin rentgeni üçün 15-25 manat ödəmək lazımdır. Daxili orqanların ümumi müayinəsi isə 160 manatdır. Doğum şöbəsinin təyin etdiyi qiymət cədvəli isə vətəndaşlarda sancılanma yaradır. Qeysəriyyə əməliyyatına hazırlaşanlar 800 manat ödəməlidir. Bu hesaba xəstəxanadakı digər xərclər daxil deyil. Əməliyyata girmədən öncə xəstənin yaxınlarına lazım olan preparatların böyük bir siyahısı verilir.

Aptekə üz tutan vətəndaş cibindəki bütün pulları verib, soyulur. Bunları almaq üçün də aptekdə orta hesabla 50-80 manat xərclənir. Belə prosedurları keçənlər isə bildirirlər ki, verilən siyahıda yoddan tutmuş həkim üçün rezin əlcəklərə qədər hər şey nəzərdə tutulur. Hərçənd, xəstələrə pulsuz verilməlidir. Deyilənləri təkcə doğum şöbəsinə şamil etmək olmaz. Ümumilikdə, xəstə yaxınını görmək üçün gələn vətəndaşlardan 5 manat istənilir. Çox qəribədir ki, bu xəstəxananın adı ilə bağlı facebook-da səhifə açılıb. Bu səhifədə vətəndaşların şikayətləri, rüşvət verilməsi barədə narazılıqlardan bəhs olunur. İnsanlar xəstəxanada nələr baş verdiyi haqda yazırlar.

Məsələn, Fəxrəndə İmran adlı profil sahibi yazır: “Orada rüşvət və özbaşınalıq baş alıb gedir. Prezident dövlət xəstəxanalarında pulsuz tibbi xidmət göstərildiyini deyir. Ancaq orada qapıçıdan baş həkimə qədər biznes açıblar. Xəstələri diri-diri soyurlar”. Digər şəxslər də bu sayaq fikirləri bölüşüblər. Amma xəstəxananın tibbi personalı qeyri-rəsmi söhbətdə narazılıq edirlər.

Onlar yuxarının tələblərini yerinə yetirdiklərini deyirlər. Tibb işçiləri əmək haqlarının azlığından və nazir Oqtay Şirəliyevin fəaliyyətindən gileylənirlər. Təbii ki, işlərini itirmək qorxusuna görə açıq şəkildə mətbuata danışmırlar. Reallıqda isə rüşvətin yığılmasında təkcə özlərini günahkar bilmirlər.

Biz xəstəxananı tərk edəndə müayinə və müalicə üçün gələnlərin sayı artmaqda idi. İnsanlar rüşvət istənməsindən, apteklərdə dərmanların bahalığından, həkimlərin onları get-gələ salmasından. yanlış diaqnozlardan, şəraitsizlikdən şikayətlənirdilər. Onların üzündən ümidsizlik yağırdı. Bilmirdilər kimə dərdlərini desinlər. Tək çarə pulunu verib, xəstəni sözün hər iki mənasından xilas etməkdir - həm xəstəlikdən, həm də xəstəxananın əlindən...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıdakı 23 nömrəli poliklinikada özbaşınalıq

    Bakıdakı 23 nömrəli poliklinikada özbaşınalıq ...

    22-09-2014, 12:32

  • 
  • Saatlıda səhiyyə problemi... - NARAZILIQ VAR...

    Saatlıda səhiyyə problemi... - NARAZILIQ VAR... ...

    31-08-2015, 19:15

  • 
  • Ağstafa səhiyyəsində qohumbazlıq sindromu davam edir

    Ağstafa səhiyyəsində qohumbazlıq sindromu davam ...

    8-01-2014, 11:11

  • 
  • Mühafizə rəisi: “Həkimlərin rüşvətxorluğunu kim bilmir ki!”

    Mühafizə rəisi: “Həkimlərin rüşvətxorluğunu kim ...

    21-01-2014, 16:03

  • 
  • Oqtay Şirəliyevin də adamları düzəlmir ki, düzəlmir

    Oqtay Şirəliyevin də adamları düzəlmir ki, ...

    13-05-2014, 10:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu