Hər şey içki məclisindən qaynaqlanıb. Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 41 ünvanında baş verən hadisə zamanı 21 yaşlı Vadim Naumov tanışı Rauf Hacıyevlə binanın qarşısındakı istirahət güşəsində kef məclisi təşkil ediblər və bu vaxt Rauf müasir gənclərin timsalında Vadimi danlayıb. O, iradlarını, hətta nalayiq ifadələr şəklində bildirib.
Vadim Naumov tanışının bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirdiyindən, o elə yerindəcə keçinib. Bundan sonra o, birbaşa polisə üz tutub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaq davam edir. (ans)
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?