Sentyabr 27-də Müsavat Partiyası 8-ci qurultayını keçirdi. Sentyabrın 29-da Müsavat başqanının müavini Gülağa Aslanlı “Media forum” saytına deyib ki, partiya qurultay üçün icarəyə götürdüyü saraya (Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına mədəniyyət sarayı) 1980 manat ödəyib: “Digər xərcləri isə müxtəlif adamlar ödəyib”.
Gülağa Aslanlı qeyd edib ki, qurultaya çəkilən xərclərin ümumi məbləği hələ dəqiq müəyyənləşməyib: “Amma bu məbləğin təqribən 4 min manat civarında olduğunu düşünürəm”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?