GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Human Rights Watch”un bəyanatına hökumətdən - Reaksiya

“Human Rights Watch”un bəyanatına hökumətdən - Reaksiya

Tarix: 29-09-2014, 16:46 Bölmə :Ölkə Baxış: 666
Azərbaycan Prezident Administrasiyası (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Human RightsWatch” təşkilatının Azərbaycanla bağlı yaydığı növbəti hesabata münasibət bildirib.

“Human Rights Watch”un bəyanatına hökumətdən - Reaksiya
PA-nın şöbə müdiri Ə.Həsənov Publika.az-a açıqlamasında deyib ki, Azərbaycanfundamentaldemokratik dəyərlərə sadiq, vətəndaş cəmiyyətinin inkişaf etdiyi və bütün azadlıqların qorunduğu bir ölkədir.

Onun sözlərinə görə, indi Azərbaycanda yüzlərlə qeyri-hökumət təşkilatı, kütləvi informasiya vasitəsi qanun çərçivəsində, heç bir məhdudiyyətlə üzləşmədən, sərbəst fəaliyyət göstərir:

"İnsanlar öz fikirlərini azad şəkildə ifadə edirlər, vətəndaş cəmiyyəti institutlarının, medianın inkişafına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Buna görə də insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı Azərbaycan cəmiyyətinin, QHT sektorunun, yüzlərlə KİV-in ümumi rəyi nəzərə alınmadan, 3-5 nəfərin sifarişli məlumatı əsasında hazırlanmış belə açıqlamalar, bəyanatlar və sənədlər qərəzlidir, əsassızdır və subyektiv xarakter daşıyır”.

Ə.Həsənov qeyd edib ki, xarici fondlardan maliyyələşən bəzi yerli QHT-lər uzun illər ərzində qeyri-şəffaf fəaliyyət göstərib, qanunların tələblərinə məhəl qoymayaraq aidiyyəti dövlət orqanlarına heç bir hesabat verməyiblər:

"Hazırda Qərbin demokratik standartlarına uyğun olaraq, QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara edilən müvafiq düzəlişlər və qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə həyata keçirilən tədbirlər vətəndaş cəmiyyəti institutlarının şəffaf fəaliyyətinin, onların hesabatlılığının təmin edilməsi, busahədə mövcud pozuntuların aradan qaldırılması məqsədi daşıyır. Hesab edirik ki, istənilən sahədə şəffaflığın olmaması korrupsiya və digər qanun pozuntularına birbaşa yol açan başlıcasəbəblərdən biridir. Təbii ki, qanunları pozmaqda şübhəli bilinən təşkilatların fəaliyyəti araşdırılır və faktlar təsdiqini tapdıqca müvafiq ölçü götürülür. Bu isə, öz növbəsində, xaricdən aldıqları milyonlarla qrant vəsaitini şübhəli məqsədlərə yönəldən və dövlət orqanlarının qanuni tələblərini qulaqardına vuran ayrı-ayrı təşkilatları, xüsusilə də onların "demokratiya carçısı” kimi çıxış edən xarici havadarlarını qane etmir. Belə demək mümkündürsə, "5-ci kolon” öz missiyasını yerinə yetirmək imkanlarından məhrum edilir ki, bu da nəticə etibarilə mövcud mexanizmləri yaradan dairələrin Azərbaycana təzyiq rıçaqlarını zəiflədir. Hazırda bəzi xarici dairələrin və onların nəzarətində olan təşkilatların, medianın həddini aşan fəallığı da məhz bu amillə bağlıdır.

Təəssüf ki, müəyyən xarici dairələr insan hüquqları ilə bağlı təhrif olunmuş ayrı-ayrı halları ümumiləşdirərək müstəqil ölkələrbarədə mənfi rəy formalaşdırmaq praktikasından geniş şəkildə yararlanırlar. Bu, düzgün yanaşma deyil. ABŞ Dövlət Departamentinin nümayəndəsi avqustun əvvəllərində Missuri ştatının Ferqyuson şəhərində vətəndaşların haqlı etirazlarına sərt şəkildə müdaxiləni, fövqəladə vəziyyətin elan olunmasını, silahdan istifadə, insan ölümləri,mediavə vətəndaş cəmiyyəti fəallarının hüquqlarının kobud şəkildə məhdudlaşdırılması hallarını ABŞ-ın daxili işi kimi xarakterizə etmişdi. Həmçinin ayrı-ayrı ekspertlər hökumətin həyata keçirdiyi sərt tədbirləri ictimai sabitliyi, cəmiyyətin təhlükəsizliyini təmin etməsi kimi qələmə vermişdilər. Ancaq bir gün öncə Nyu-Yorkda BMT-nin mənzil-qərargahı qarşısında humanitar xarakterli dinc aksiyanın qəddarcasına dağıdılmasının da ictimai təhlükəsizliklə əlaqəli olduğuna inanmaq çətindir. Həmçinin ABŞ və Avropanın inkişaf etmiş ölkələrində jurnalistlərin təqib olunması, informasiya resurslarının izlənməsi, bloqqerlərin həbsi və digər hüquq pozuntuları ilə bağlı kifayət qədər faktlar mövcuddur. Əlbəttə, bütün bu hallar ümumiləşdirilərsə, dünyanın ən inkişaf etmiş ölkələrində belə demokratiyadan əsər-əlamət olmadığı iddia edilə bilər. Sual olunur: Nəyə görə Azərbaycanı tənqid edən məlum dairələr bu faktları ümumiləşdirərək həmin ölkələrdə demokratiyanın durumuna münasibət bildirmirlər? Təəssüf ki, bu ikili standartlar Qərbin bəzi dairələrinin həttaregionölkələrinə münasibətində də özünü açıq şəkildə büruzə verir.

Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, Avropa Parlamentinin bir neçə gün öncə qəbul etdiyi qətnamə, ABŞ-ın ATƏT-dəkı və Avropa Parlamentindəki nümayəndələri tərəfindən düzgün məlumatlandırılmayan Prezident Barak Obamanın Klinton Qlobal Təşəbbüsünün illik toplantısında Azərbaycanla bağlı ifadə etdiyi fikir, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Varşavada keçirilən illik hesabat toplantısında səsləndirilən mülahizələr, habelə "Human Rights Watch”, "Freedom House”və digər bu kimi xarici təşkilatların iddiaları obyektiv deyil və dövlətimizin müstəqil siyasətinə təzyiq göstərmək cəhdi kimi qiymətləndirilməlidir.

Həmin dairələrin nəzərinə çatdırmaq istərdik ki, hər bir hakimiyyətin, o cümlədən Azərbaycan iqtidarının qarşısında duran başlıca vəzifə xalqın milli maraqlarını, cəmiyyətin davamlı inkişafını və təhlükəsizliyini, ölkədə ictimai-siyasi sabitliyi, əmin-amanlığı təmin etməkdən ibarətdir. Azərbaycan müstəqil ölkədir, öz daxili və xarici siyasətini xalqın milli maraqlarına uyğun şəkildə həyata keçirir və heç bir halda tutduğu yoldan geri çəkilmək və kimlərinsə istəyinə uyğun hərəkət etməkniyyətində deyil”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Human Rights Watch"un nümayəndəsi Bakı aeroportunda saxlandı

    "Human Rights Watch"un nümayəndəsi Bakı ...

    31-03-2015, 20:31

  • 
  • “Human Rights Watch”dan Azərbaycanla bağlı sərt- Hesabat

    “Human Rights Watch”dan Azərbaycanla bağlı sərt- ...

    14-05-2014, 15:06

  • 
  • "Human Rights Watch"dan Azərbaycanla bağlı 100 səhifəlik hesabat -ŞOK TƏNQİD/VİDEO

    "Human Rights Watch"dan Azərbaycanla ...

    2-09-2013, 13:27

  • 
  • Human Rights Watch hakimiyyəti yenə tənqid etdi

    Human Rights Watch hakimiyyəti yenə tənqid etdi ...

    6-05-2013, 21:42

  • 
  • HRW : “Azərbaycanda vətəndaş cəmiyyəti qanundan kənardır”

    HRW : “Azərbaycanda vətəndaş cəmiyyəti qanundan ...

    10-02-2014, 15:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu