Vaşinqton Azərbaycanda QHT-lər haqqında qanunvericiliyə yeni düzəlişlərdən və bu ölkədə həyata keçirilən Amerika layihələrinə bunun necə təsir edəcəyindən narahatdır. ABŞ-dakı rəsmi mənbə bildirib ki, “amerikalı diplomatlar son iki ayda dəfələrlə prezident Əliyevi düzəlişləri parlamentə qaytarmağa, QHT-lərin fəaliyyətini və maliyyələşdirilməsini tənzimləyən qanunları ölkənin götürdüyü beynəlxalq standartlara uyğunlaşdırmağa çağırıblar”.
Düzdür, Dövlət Departamenti indiyədək bununla bağlı açıq bəyanat verməyib, lakin diplomatlar və analitiklər şəxsi söhbətlər zamanı bununla bağlı narahatlıqlarını bildiriblər.
“Biz bu yaxınlarda qəbul edilmiş düzəlişlərlə bağlı çox narahatıq, bunlar ölkədə QHT-lərin fəaliyyəti üçün mənfi nəticələrə səbəb olacaq”, - Human Rights Watch təşkilatının baş elmi əməkdaşı Giori Qogiya bildirib.
“Biz bu düzəlişləri hakimiyyəti tənqid edən vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırılması üzrə hökumətin razılaşdırılmış səylərinin bir hissəsi sayırıq”, - o əlavə edib.
Xatırladaq ki, QHT-lərin maliyyələşdirilməsini məhdudlaşdıran düzəlişlər ötən ilin sonlarında Milli Məclis tərəfindən təqdir edilib və ötən həftə prezident İlham Əliyev onları təsdiqləyib.
Ekspertlər bildirirlər ki, bu düzəlişlər yerli və xarici QHT-lərin fəaliyyətinə yeni məhdudiyyətlər gətirir və cəza cərimələrini (onların fəaliyyətinin dayandırılması da daxil olmaqla) müəyyən edir.
Qogiyanın fikrincə, qanunvericiliyə dəyişiklik vətəndaş cəmiyyəti və fəalların birləşmə azadlığı hüququnun reallaşmasını maksimum məhdudlaşdırmaqla onları qanundan kənarda qoyur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?