Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlimata görə, Əliyusif Nərimanovun yaxınları polisə onun özünə qəsd etdiyini bildiriblər.
Onlar izahatlarında bildiriblər ki, evdə ailədaxili münaqişə baş verib. Münaqişə zamanı əsəblərini cilovlaya bilməyən 61 yaşlı Əliyusif Nərimanov bıçağı öz ürəyinə sancıb. Faktla əlaqədar Sabunçu rayon prokurorluğunda ilkin olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Lakin istintaqçılar qətl versiyasını da nəzərdən keçirirlər. Araşdırmalar davam edir.
***
01.09
Bakıda qətl hadisəsi törədilib.
APA-nın məlumatına görə, hadisə Sabunçu rayonunda, Ramana qəsəbəsində vaş verib. Qəsəbənin "8-ci mədən" adlandırılan ərazisində yaşayış evlərindən birində 1953-cü il təvəllüdlü Nərimanov Əliyusif Əlihəsən oğlu bıçaqla qətlə yetirilib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Hadisənin təfərrüatları dəqiqləşdirilrir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?