Bakı şəhərinin Nərimanov rayonu ərazisində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Ziya Bünyadov prospektində, "Həyat" mebel slonunun qarşısında 1987-ci il təvəllüdlü Əzizağa Heydərov idarə etdiyi "BMW 320" markalı avtomobillə yolu keçən Əsgərov Ramil Ramiz oğlunu vurub. Piyada ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Qeyd edək ki, qəzanı törədən Ə.Heydərov Nəsimi rayon Məhkəməsində icra məmuru vəzifəsində çalışır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?