GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 20 yanvarın sevgi dastanı

20 yanvarın sevgi dastanı

Tarix: 22-01-2013, 09:46 Bölmə :Ölkə Baxış: 1 586
20 yanvarın sevgi dastanı

23 il sonra İlham və Fərizənin ölümünü
anbaan İradə İsaqın təqdimatında


Biz İlham və Fərizənin ölüm hadisəsini anbaan gerçək şəkildə, bütünü şişirmə və təsvirlərdən uzaq, öz əzizlərinin, qohumlarının dilindən danışacağıq. Bu cütlük haqqında hələ çox dastanlar, əfsanələr gəzib dolaşacaq. Bir zaman nağıllarımızda, bədii ədəbiyyatımızda eşitmişdik belə məhəbbəti. Bir tək Şirin öz sevgilisi Xosrov üçün onun yaralandığı yerdən ürəyinə xəncər vuraraq intihar etmişdi ulu Nizaminin qələmində 9 əsr bundan öncə. XX əsrin yaxın son onilliyndə Fərizə bir də bu datsanı yazdı. Hər şey belə başladı.
İlhamın bacısı Gülbəniz Allahverdiyeva: “Hər şey nişanlanandan sonra başladı. Fərizə mənim ilə bir sinifdə oxuyub. İlham əsgər gedib-gələndən sonra oldu hər şey. Əvvəl İlham heç nə demirdi. Biz evləndirmək istəyəndə Fərizənin adnın çəkdi”.
Fərizənin atası Çoban Nəbiyev: “Elçi gələndə dedim qız istəyirsə mən də əleyhinə deyiləm. Dedilər qızın könlü var. Kefin istəyən nişan elədik.”
İlhamın bacısı Gülbəniz Allahverdiyeva: “Nişan mərasimində da maşnın şüşələrinin qırılması, Fərizənin cehizindəki suvenir şəkilin şüşəsinin qırılması, soyuducunun durduğu yerdə xarab olması əlamətləri bizi kədərləndirmişdi”.
İlhamın qardaşı Elxan Allahverdiyev: “Dəvətnamə yazdıq. Toy məclisi 30 iyun, 1989-cu il, saat 18:00-da keçiriləcək. Ünvan: 9-cu mikrarayon, Leyla şadlıq evi. Hörmətlə: Elxan”
Həmin gün İlhamla Fərizə çox xoşbəxt idi. İlham ölümündən 3 gün əvvəl aldığı və yenicə köçdüyü evinə sığmırdı. Çünki yeni ev almasını qeyd etmək üçün ən yaxın qohumları ilk dəfə onlara qonaq gəlmişdi. Bütün yeni evlilər, üstəlik yeni ev alanlar kimi o da olduqca xoşbəxt idi. Bu evin içərisində onlar öz fantaziyalarına uyğun nə qədər dəyişikliklər edəcəkdi. Ona bu evdə yüz belə qonaqlıqlar keçirməyi arzuladılar bəlkə. İlham nələr planlaşdırırdı o gecə kim bilir…
Fərizənin atası Çoban Nəbiyev: “İlham “Gəmi Təmiri Zavodu”nda işləyirdi, ordan almışdı evi. S. Vurğun bağının yanında 4 otaqlı mənzil idi. Ailə üzvləri ilə evdə qonaqlıq edərkən birdən Alatavaya getmək istəyiblər. Qardaşı Elxangilə”
İlhamın bacısı Gülbəniz Allahverdiyeva: “İlham çox gözəlləşmişdi ölümündən qabaq. Hamımız gözümüzü çəkə bilmirdik ondan.”
İlhamın anası Ofeliya Allahverdiyeva: “Biz qızın ailə üzvləri ilə evdə idik. Sabah bazar idi. Elxangilə getdik ”
İlhamın qardaşı Elxan: “İşıqlar kəsildi birdən, telebizora baxırdıq söndü, İlham dostları ilə çıxdılar evdən. İlham əynində qara fəhlə paltarı ilə gəlmişdi. Dedim bu nədi geymisən, dedi heç elə-belə. Tonqalın qırağına çıxacam. O vaxt da möhkəm mitinqlər gedirdi. Camaat gecələr həyətlərinə də yığışıb tonqal qalayırdılar.”
Birdən İlham bayırdan güllə səsləri eşidir. Əslində bu o günlər adi hadisəyə çevrilmişdi. Güllə səslərinə insanlar oyrənmişdi. O günlər mənim də xatirimdədir. Heç birimiz onların əsl güllələr olduğunu düşünmürdük. Hamıya demişdilər ki, bunlar zərərsiz güllələrdir. Heç kim də Sovet güləsinin nə səsindən, nə də morgöz əsgərlərdən qorxmurdu. İlham da həmçinin.
İlhamın qardaşı Elxan: “Qonşumuzda Zakir adlı orqan işçisi vardı. Güllələr yerə düşəndə baxıb dedi ki, bu “boevoy güllələyə” oxşayır. Trasser deyirlər, nə deyirlər, ondandır. Bunlar camaatı qıracaq.”
İlhamın dostu Faiq Qasımov: “Biz keçmiş “İskra” zavodunun yanında rus ordularının qarşısını almaq istəyridik. Güllə atılanda hərəmiz dağılışdıq. O, 20 yanvar metrosuna tərəf getdi.”
İlhamın bacısı Gülbəniz: “Gördük işıqlar söndük. Qardaşımın oğlu da vardı balaca, oynayırdı yerdə. İlham qapıdan çıxanda o uşağı son dəfə öpüb yerə qoydu. Sonra o uşaq da öldü və çox qəribə bir hadisə də oldu. Sizə danışacam. Fərizə narahat oldu. Anama dedi ki: “İlhamı qoymayın getsin”. İlham dedi, dostlara söz vermişəm getməliyəm, narahat olmayin, tez qayıdacam”.
İlhamın qardaşı Elxan: “O mənim oğlumu qucağına götürdü. O uşağa atamın adını qoymuşduq Əjdər. Dedi “dədə, gedirəm, ola bilər, bir də görüşmədik. Öpdü, yerə qoydu. Üstündən xeyli keçmişdi. Saat 1-in yarısı oldu. Anamgil narahat idi. Gördük İlham gəlmir, güllə səsləri çoxalıb. Çıxdıq axtarmağa. Hamı dedi, indi burdaydı, aşağı düşdü. Heç kim gördüm demədi.”
İlhamın anası Ofeliya xala: “Elxan əvvəl məni getməyə qoymadı, əvvəl. Xeyli keçəndın sonra gözlədim. Əliboş gəldi.”
İlhamın qardaşı Elxan: “Evə qayıtdım. Heç kim yatmamışdı. Hava soyuq, içəri isti idi. Sobanın yanında oturdum, məni yuxu apardı, qulağıma İlhamın səsi gəldi. Qəfil oyanıb soruşdum ki, İlham gəlib? Dedilər yox. Hava işıqlaşırdı. Təzədən bu dəfə anamla getdik axtarmağa. 20 yanvara sarı düşdüm. Xəstəxana tərəfdə yerdə qan gördük. Anam qanın yanında dayanıb dedi ki: “can-can, bu hansı anası ölmüşün qandıır? Nə şirin qandır bu?” Getdik Respublika xəstəxanasına. Yerdə işartı gördük şərf idi, dedi bu mənim balamın şarfıdır. Pasportunu da götürmüşdük.Xəstəxanada bir oğlan yaxınlaşdı bizə, pasportdakı şəklinə baxıb dedi ki: “yaralıların içində axtarma”.
İlhamın anası Ofeliya xala: “Elxanı həkimə oxşayan bir oğlan içəri çağırdı. Amma bir azdan Elxan içəridən qara bulud kimi dolu çıxaraq dedi: “İlham içəridə yoxdur, ana”. İlham durub orda, qışqırb ki, silahsız adamları niyə vurursunuz? İlhamı rus əsgərləri güllələyiblər”.
İlhamın qardaşı Elxan: “Dostu Faiqi morqa göndərdim. Meyidlərin bir-ikisnə baxıb tanımadım. Öz sinif yoldaşımı gördüm. Fuad Babayev idi. Onu İlhamla bir yerdə telefon budkasının yanında vurmuşdular. Başqa bir meyiti görüb öpüb qucaqadım. Amma gördüm İlham deyil, onun bığı yox idi. Faiq dedi qabaqdadır İlham. Onu gördüm”.
Həkim: “İlhamı əməliyyat edəndə işıqlar sönmüşdü. Əməliyyat vaxtı qaraciyərinin parçalandığını gördük. Narkozu qaranlıqda vurduq. Qarın boşluğu qanla dolu idi. Qaraciyəri imkan daxilində qemostatik tədbirlər görməklə, tompanada etməklə reanimasiyaya verdik. Amma 5-6 saatdan sonra xəbər verdilər ki, xəstə keçinib”.
İlhamın anası Ofeliya xala: “7 gün keçdi. Getdim həkimin yanına ki, bəlkə onun son sözü olub. Tibb bacısı dedi ki, elə hey “anamı çağırın” deyib. Məni yandıran odur ki, balamın bəlkə mən son sözü vardı”
İlhamın qardaşı Elxan: “Çox pis tikmişdilər. Qaranlıq olub, qan çatışmayıb, öz qanını filtirasiya edib özünə vurublar. Hər yeri dağıdan güllə vurmuşdular ona. Güllə qabaqdan dəymişdi. Bədənindəki tikiş deşiklərdən şlanq sallanırdı. Meyidi yoldaşımın dayısı Ramiz dayı ilə maşına qoyduq, qanaxması vardı. Maşına qoya bilmirdik. O vaxt Alatavada yaşayırdıq. Evə apara bilmədik. Dedim anamın ürəyi partlar belə qanlı halda meyidi görsə, aparaq məscidə”.
İlhamın anası Ofeliya xala: “Elxan mən pis olmayım deyə meyidi yuduzdurub gətirdi”.
İlhamın qardaşı Elxan: “Meyidi saxlamaq istədilər. Rusları görüb söydüm. Əsgərin biri mənə güllə tuşladı. Yanındakı əli ilə vurdu. Güllə alnımı yaladı”.
Fərizənin atası Çoban Nəbiyev: “Saat 6-da Fərizə bizə gəlib dedi İlham yoxdur. Dedim, pis olma, bir sən deyilsən ki, bu vəziyyətdə olan. Dedi ata, mən papaq deyiləm ki, başdan-başa qoyulam. Key kimi idi. Bunları deyib qapıdan çıxdı. Mən də onun dalınca evdən çıxdım”.
Fərizənin anası Bağda Nəbiyeva: “Fərizə meyidi aparanda Biləcəri yoluna qədər ayaqyalın qaçdı, nə qədər saxlamaq istəsək də, dedi qoymasanız da özümü ona çatdıracam.”
İlhamın qardaşı Elxan: “İlhamın ilk məzarı Xırdalanda oldu. Heç qəbirqazan da tapmırdıq. Maşın işığında dəfn elədik. Atamın yanına, Ağdama aparmaq istədim. Yarasından qan axdığına görə molla qoymadı. Amma sonra o məzardan İlhamı çıxaranda sonra məzar boş qaldı. Boş məzar da uğursuzluq gətirir. Bunu ilk dəfə sizə danışıram. O məzarda mənim oğlum, İlhamın üzündən öpüb çıxdığı balamı dəfn edəsi olduq.”
İlhamın anası Ofeliya xala: “Atası-anası onunla bacarmırdı. Mənim başım qarışıq idi. Qonaqları mən qəbul edirdim. Qardaşının yoldaşı Fəridə dedi ki, Fərizə özünü öldürmək istəyir”.
Fərizənin qardaşı arvadı Fəridə Nəbiyeva: “Gördüm narahatdır, nəsə əlində gizlətmək istəyirdi. Mənə dedi: “get su gətir”. Qayıdanda gördüm ki, qapı bağlıdır. Zorla açdım ki, üstünə neft töküb. Ona nişanda zərli yaylıq gətirmişdilər. Onu da başına bağlamışdı. İçəri girdim ki, kibriti çəkmək istəyir. Əlindən aldım, adamları çağırdım”.
İlhamın qardaşı Elxan: “Fərizəyə gəlib yalvardım ki, sənə əlimdən gələni edəcəm, yaxşı bacam, bizi peşman etmə. Öz qardaşı Zakirin sinəsindən itələdi ki, mənə heç kim lazım deyil, İlhamdan başqa”.
Fərizənin ilk intihar cəhdi uğursuz oldu. Amma o, öz yarına qovuşmalı idi. Fərizə səhər tezdən intihar edir. Çünki bilirdi ki, İlham səhər tezdən məzardan çıxarılacaq.
İlhamın anası Ofeliya xala: “Mənim qaynanam səhər tezdən durub görüb inilti səsi gəlir, gəlib ki, Fərizə yerdə inildəyir. Deyib nə olub? O da deyib ki, zəhər içmişəm. Arvadın qışqırtısına çıxmışıq. “Semaşko”ya çatdırdıq. Orda canını tapşırdı.”
İlhamın bacısı Gülbəniz: “İlhamın geyimlərini, şəkillərini düzmüşdü stola. O, kiçik məktub yazmışdı. Tamamlaya bilməmişdi. O, məktubu polislər aparsa da mənim dəqiq yadımdadır.”
Fərizənin məktubundakı sözlər: “Ana, məni ağlama. Heç biriniz ağlamayın. Mən İlhamsız yaşaya bilmərəm. Onsuz da ....” Bundan sonra heç bir söz yazılmayıb.
Fərizənin anası Bağda xala: “Bütün uksusu içib biirmişdi. Mədəsi yığılmışdı. Qatıq kömək edə bilmədi. Maşın da tapa bilmirdik. Bir maşının farası yox idi, o biri maşının farasının işığında getdik. Xəstəxana qabağında əsgərlər bizi qoymaq istəmirdi. Mən maşından düşüb rusca dedim: “otpusi umiraet, otpusti”. Əsgər silahını çıxarsa da, mənə ianandı: “Nu ladno, mamaşa” dedi. Maşında həkimə çatmamış ayağını cütləyib öldü Fərizə”.
İlhamın qardaşı Elxan: “Ölülərindən sonra İlham və Fərizənin evlərini də qaytardıq getdi”.
Fərizə intihar edərkən İlhamdan başqa heç kimi düşünməmişdi. Nə əzizlərinin kədərlənəcəyini, nə cavan ömrünü puç etdiyini, nə də bətnindəki 2 aylıq körpəsini. Bəlkə çoxları bilmir. Amma Fərizə intihar edərkən onun bətnində 2 aylıq körpə vardı. Çoxları bilmirdi, amma özü bilirdi.
İlhamın bacısı Gülbəniz: “Fərziə ölümündən qabaq demişdi ki, “ürəyim şirniyyat, tort istəyir, Bacım gülüb dedi: “deyəsən, torbada pişik var”. Fərizə tort hazır olanda dedi: “heç kimi qoymayacam dadsın. Özüm yeyəcəm hamısını. Deyəsən orda uşaqla bağlı bacıma demişdi.
Fərizənin anası Bağda xala: “Ölümündən sonra Əhmədlidə bir arvadın gözünə görünüb Fərizə. Yuxuda yox, gözünə görünüb. Ağ gəlin paltarında o yan-bu yana gedərək deyib: “Xala, and verirəm səni Allaha, get anama-qaynama de ki, mən o, gəlin paltarından doymadım. Onu məzarımın üstünə gətirib qoysunlar”. Arvad bizi çətinlikə tapıb. Deyir, gördüm tapa bilmirəm sizi istədim gəlməyəm evdə oturam, əl çəkmədi məndən Fərizə. Biz də qara xonçalar tutub, Fərizənin gəlin, İlhamın bəy köynəyini götürərək apardıq, qoyduq qəbir üstünə. Elxan səhər gedib görüb ki, yoxdur paltarlar. Kimsə götürüb yəqin”.
İlhamın bacısı Gülbəniz: “Bəlkə bizə elə gəlir ki, Fərizənin bəxti gətirmədi. Amma bəlkə indi o yarına qovuşub xoşbəxtdir.”
Beləcə, bu sevgi dastanına nöqtə qoyuldu. Qoyuldu ki, yenidən oxunsun. Və qəribə bir fakt da var. Şəhidlərimizin önündə yarı üşçün özünəqəsd edən cəsur Azərbaycan xanımı durur.
İlhamın qardaşı Elxan: “Şəhidlər Xiyabanında birinci İlhamla Fərizəni dəfn etdilər. Adət-ənənəyə görə, İlham birinci, Fərizə ikinci dəfn olunmalı idi. Amma dedilər iki kişinin arasında olmasın Fərizə. İndi Şəhidlər Xiyabanında birinci cəsəd Fərizənindir.”
Deyirlər, o şey üçün ölürlər ki, onun üçün yaşamağa dəyər. Bu gənclər də yaşamağa dəyən bir vətən, bir sevgi üçün canlarından keçdilər. Bu gün Şəhidlər xiyabanında dəfn olunmuş ilk cəsəd Fərizənindir. Yəqin ki, bu da təsdüfi deyil. Bütün Şəhidlərimizin önündə yarı üçün özünə qəsd edən dəyanətli bir azərbaycan xanımı durur. Bəlkə hamımıza örnək olsun deyə bu ilahi bir siqnaldır.
Müasir dövrdə gənc oğlan və qızların gerçək sevgiyə ümidinin itdiyi zamanda Fərizə sübut etdi ki, saf, ülvi hisslər hələ yaşayır. Məhz bu vəfalı Azərbaycan qadının canına etdiyi qəsdlə vətəni yolunda canına qurban verən İlham digər şəhidlərdən bir neçə addım qabağa keçdi və Şəhidlər Xiyabanının birinci şəhidinə çevrildi. Bu məzar müqəddəslik, saflıq rəmzinə çevrildi. Deyirlər, Tanrı insanın intiharını bəyənmir əslində. Amma əminəm ki, bu qəlbləri titrədən sevgi dastanının qarşısında ulu Tanrı da susur. Tarixdə iz qoyacaq bu məzar öz müqəddəsliyi ilə bizim sözlərimizə də nöqtə qoyur. Ruhları şad olsun. Necə ki, bir yerdə şaddırlar.
Press24.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham və Fərizənin məzarını təhqir edən şəxs "iş başında" tutuldu - YENİLƏNİB

    İlham və Fərizənin məzarını təhqir edən şəxs ...

    24-09-2014, 14:33

  • 
  • Milli Sevgililər Günü

    Milli Sevgililər Günü ...

    30-06-2015, 07:02

  • 
  • Bu gün milli Sevgililər Günüdür

    Bu gün milli Sevgililər Günüdür ...

    30-06-2016, 11:41

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Peyğəmbərin (s) Həzrət Əliyə (ə) vəsiyyətləri

    Peyğəmbərin (s) Həzrət Əliyə (ə) vəsiyyətləri ...

    23-07-2016, 21:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (488)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu