Bakı şəhəri, Qaradağ rayonu Bakı-Qazax magistral avtomobil yolunun 25-ci kilometrliyində vətəndaşlara məxsus “VAZ” markalı minik avtomobili və “Hundai” markalı mikroavtobus toqquşub, nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb.
gundemxeber.az xəbər verir ki, FHN-nin rəsmi saytının yaydığı məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı avtomobilinin sərnişini Teymur Abdullayev aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə T.Abdullayevin cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 08:34-də başa çatıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?