Bakı-Quba avtomobil yolunun 49-cu km-də “İveco” markalı yük avtomobili ilə “Tofaş” markalı minik avtomobili toqquşub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüb və avtomobildə sıxılmış vəziyyətdə qalıblar.
Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyitləri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Baş Dövlət Yol Polisi İdarəsindən isə APA-ya bildirilib ki, yol qəzası Bakı-Quba yolunun 49-cu kilometrliyində qeydə alınıb.
1987-ci il təvəllüdlü İntiqam Cəmşid oğlu Mehrəliyevin idarə etdiyi “İveco” markalı yük avtomobili ilə 1980-ci il təvəllüdlü Rahat Əmənulla oğlu Muradovun idarə etdiyi “Tofaş” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində R. Muradov və sərnişini, 1985-ci il təvəllüdlü Emil Tahir oğlu Əsgərov hadisə yerində ölüblər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Moderator.az-a bəlli olub ki, qəzada həlak olanlar hərbçilərdir. Rahat Muradov gizirdir, həm də tağım komandiridir, Emil Əsgərov isə kapitandır və bölük komandiridir. Hər ikisi Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qulluq edirmişlər. Allah rəhmət eləsin!
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?