GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Misir Mərdanov-Məleykə Abbaszadə arasında dərslik davası

Misir Mərdanov-Məleykə Abbaszadə arasında dərslik davası

Tarix: 22-01-2013, 09:50 Bölmə :Ölkə Baxış: 1 046
Misir Mərdanov-Məleykə Abbaszadə arasında dərslik davası

Təhsil Nazirliyi TQDK-ya “xox” gəlir?

“Fikrimcə, TQDK monitorinqi dərsliklərdən səhvlərin yığışdırılması, dərsliklərimizin cilalanmasına xidmət edən bir tədbir kimi həyata kecirməlidir. Bir-birimizdə məqsədli şəkildə eyib axtarmağa qalası olsa, nə qədər desən eyib tapmaq olar”. Bu fikri bir həftə öncə qəzetinin müxbirinə Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyib. Mənə görə, Şahbazlının TQDK-ya qarşı işlətdiyi bu ultimativ sözlər təsadüfi deyil. Fikrimə aydınlıq gətirmək üçün bir az keçmişə ekskurs etmək istərdim…
Diqqətli oxucuların yadındadırsa, TQDK sədri Məleykə Abbaszadə 2010-cu ilin sonlarında keçirdiyi mətbuat konfranslarının birində orta məktəb dərsliklərində ciddi səhvlərin olduğunu söyləmiş və bildirmişdi ki, “Abituriyent” jurnalında onların düzəlişi veriləcək. Göründüyü kimi, burada kiminsə xətrinə dəyə biləcək bir şey yox idi. Amma, nədənsə, Şahbazlı sədrin xoşniyyətli sözlərini top-tüfənglə qarşıladı: “Dərslikdəki səhvlər və onların düzəlişi. Belə də başlıq olar?! Bu nə başlıqdır? Bu, etik cəhətdən doğru deyil … Bəyəm, TQDK-nın özündə problemlər yoxdur? Hamıda problem var”… Düşünmək olardı ki, bu bir təsadüfdür, Şahbazlı TQDK sədrini yaxşı anlamayıb və isterikaya düşərəkdən bu sözləri deyib…
Aradan bir il keçdi. TQDK sədri başqa bir tədbirdə vurğuladı ki, dərsliklərimizdəki nöqsanlar qəbul imtahanları zamanı abituriyentlərin çalışmaları səhv yerinə yetirmələrinə gətirib çıxarır. Komissiya sədrinin bu haqlı iradını eşidər-eşitməz, Şahbazlı yenə mindi cin atına: “Səhvləri demək olar. Amma bunu niyə belə şişirtmək lazımdır, başa düşmürəm. Bunlar xırda səhvlərdir. TQDK tələbə qəbulu ilə məşğul olmalıdır. Onlar bizim dərsliklərdən istifadə edib “şparqalka” hazırlayırlar. Uşaqları ətraflı (?! – N.İ.) elmdən uzaqlaşdırırlar”. Faiq müəllimin bu “qəhrəmanlığı” ildırım sürətilə cəmiyyət arasında yayılmağa başladı. Hamı düşündü ki, bugünlük, sabahlıqdır, yəqin tezliklə onu bayıra atacaqlar ki, niyə başından yekə hərəkətlər edirsən. Atalar demişkən, “sən saydığını say, gör fələk nə sayır”. Əksinə, onun bu hərəkətləri Mərdanova o qədər xoş gəldi ki, mətbuatın yazdığına görə, az qaldı onu özünə müavin təyin edə…
Xeyli vaxt da ötdü. Keçən il aprel ayının 19-da ölkə başçısının fərmanı ilə dərsliklərin monitorinqi Təhsil Nazirliyindən alınıb TQDK-ya verildi. Bu, bəzi işbazları narahat etməyə başladı. Dərhal Şahbazlıdan təskinlik xəbəri gəldi ki, narahat olmayın “biz yenə də əvvəlki qaydada işlərimizi davam etdirəcəyik… TQDK əvvəllər dərsliklərlə bağlı rəyini bildirirdi, indi, sadəcə, rəsmi olaraq bildirəcək”…
Nəhayət, ötən ilin oktyabrı gəldi. TQDK-da dərsliklərin monitorinqinə start verildi. Seminar seminarın ardınca keçirilməyə başladı. Dərslik dəllallarının kürkünə birə düşdü ki, ay aman, “sevimli” dərsliklərimiz sıradan çıxacaq. Alver predmetinə çevrilmiş bu “dərsliklərin” paxırı üzə çıxdıqca Şahbazlının kefinə soğan doğranırdı. Buna dözməyərək o, mətbuat vasitəsilə TQDK-ya mesaj göndərdi ki, fikrinizdən daşının: “dərs ilinin başa çatmasına 5 ay qalıb, sınaqdan keçmədən dərsliklərin monitorinqini aparmaq düzgün deyil”. Bundan da bir şey çıxmadığını görən Şahbazlı başladı TQDK-nın qiymətləndirmə modeli üzərinə hücuma keçməyə ki, “TQDK Təhsil Nazirliyinin qiymətləndirməsini hörmətdən salmaq üçün yeni qiymətləndirmə modeli yaradır”. Bu da onun karına gəlmədikdə yeni uydurma ilə çıxış etdi ki, “TQDK dərsliklərin monitorinqi zamanı Təhsil Nazirliyindən narazı adamlardan daha çox istifadə edir”. Nə isə…
İndi qayıdaq sözümüzün əvvəlinə – Şahbazlının dediklərinə. Şəxsən mən onun dediklərini belə başa düşürəm: Əgər TQDK dərslik məsələsində dərinə getsə, biz də onun eyiblərini açıb tökəcəyik. Bildiyimiz kimi, dərsliklərin monitorinqini aparmaq, loru dildə desək, onlardakı eyibləri axtarmaq, TQDK-nın bilavasitə işidir. Bəs Şahbazlının dediklərinin adı nədir? Hesab edirəm ki, bunun bircə adı var: boyundan hündür tullanmaq. Yaxşı olardı ki, o, bu cür sözləri deməmişdən öncə öz nazirinin müşgü-ənbər qoxuyan “hərə öz işi ilə məşğul olsa, yaxşıdır” kəlamını yadına salaydı.

P.S. Yuxarıda deyilənlərdən bir nəticə də hasil olur: Ya Şahbazlıya bu sözləri Mərdanov dedizdirir, ya da Şahbazlı Mərdanovu saymır!..

Nadir İSRAFİLOV,
təhsil ekspert
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • QDK ləğv olunur, Məleykə Abbaszadə havada...

    QDK ləğv olunur, Məleykə Abbaszadə havada... ...

    22-09-2015, 21:50

  • 
  • Misir Mərdanov-Məleykə Abbaszadə qarşıdurması

    Misir Mərdanov-Məleykə Abbaszadə qarşıdurması ...

    5-03-2013, 10:21

  • 
  • TQDK və Təhsil Nazirliyi arasında Misir Mərdanov dönəmi...

    TQDK və Təhsil Nazirliyi arasında Misir Mərdanov ...

    2-04-2016, 01:56

  • 
  • Misir Mərdanovun böyük qüsuru

    Misir Mərdanovun böyük qüsuru ...

    21-12-2012, 12:23

  • 
  • TQDK-nın şok maxinasiyası üzə çıxdı

    TQDK-nın şok maxinasiyası üzə çıxdı ...

    29-07-2013, 18:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu