Mühafizəçi silahlıların onu maşında apardıqlarını deyib Daxili İşlər Nazirliyi "Beynəlxalq Bank”-a məxsus bankomatın partladılması barədə məlumat yayıb. DİN-dən ANS PRESS-ə verilən məlumata görə, oktyabrın 10-da saat 05 radələrində DİN-in "102 Zəng Mərkəzi"nə Sabunçu rayonu Bilgəh qəsəbəsinin ərazisində partlayış səsinin eşidilməsi barədə məlumat daxil olub.
Araşdırmalar zamanı Ü.Hacıbəyov küçəsində yerləşən mağazanın önündə “Beynəlxalq Bank”-a məxsus bankomatın partladılması və içərisindəki pul olan qutunun aparılması müəyyən edilib.
Mağazanın mühafizəçisi İkram Mirzəyev izahatında 3 maskalı şəxsin avtomat silahla onu hədələyərək əl-ayağını yapışqanlı lentlə bağlayıb “VAZ-2107” markalı avtomobilin yük yerində aparmalarını və bir neçə dəqiqədən sonra yenidən mağazanın qarşısında düşürmələrini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?