GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Azərsu"da idarə rəisi olmaq 200 min manatdır - Qorxmaz Hüseynov, müavinləri və idarə rəislərinin adı kriminal olayda!

"Azərsu"da idarə rəisi olmaq 200 min manatdır - Qorxmaz Hüseynov, müavinləri və idarə rəislərinin adı kriminal olayda!

Tarix: 13-10-2014, 18:10 Bölmə :Ölkə Baxış: 9 193
"Azərsu"da idarə rəisi olmaq 200 min manatdır - Qorxmaz Hüseynov, müavinləri və idarə rəislərinin adı kriminal olayda!
Qorxmaz Hüseynovun müavininə 320 manatlıq dəri çanta, idarə rəisinə isə qızıl saat hədiyyəsi və başqa faktlar
Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyevin adı keçən qalmaqallı cinayət işi ilə bağlı yeni faktlar ortaya çıxıb. Daha dəqiqi Həsən Əliyevə vəzifəyə düzəlmək üçün 600 min manat verdiyini bildirən iş adamı Ramazan Səlimovun istintaqa ifadəsi yayılıb.
Xatırladaq ki, hazırda Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işinin materiallarına görə Həsən Əliyev Ramazan Səlimova vəzifədə olan tanışları vasitəsilə onu 1 milyon dollar müqabilində icra başçısı təyin etdirəcəyinə dair vəd verib. Həmin pulun 600 min manatını da ondan alıb, lakin vədini yerinə yetirməyib. Ramazan Səlimov Həsən Əliyevin dələduzluq yolu ilə onun pullarını mənimsədiyi barədə hüquq-mühafizə orqanlarına müraciət edib.
Bundan sonra Həsən Əliyevin hakimlik fəaliyyətinə xitam verilib və barəsində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddələrilə ittiham olunur. Lakin keçmiş hakim həbs olunmayıb. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Hazırda bu iş məhkəmə istintaqı mərhələsindədir. Bu hadisənin başqa bir iştirakçısı da var: Elman Məmmədov. Həsən Əliyevdən fərqli olaraq Elman Məmmədov həbs olunub. Ondan əlavə Həsən Əliyevlə əlaqdə olan daha bir nəfər – Taleh Süleymanov barəsində isə həbs-qətimkan tədbiri seçilib
Bu işlə bağlı həmçinin Nərimanov rayon prokuroru Fikrət Mahmudov və prokuror müavini Cavid Quliyev tutduqları vəzifədən azad edilib, rayon prokurorunun köməkçisi Samir Məmmədov isə prokurorluq orqanlarından xaric olunub. Baş prokuror Zakir Qaralov mətbuata açıqlamasında prokurorluq işcilərinin də cinayət məsuliyyətinə cəlb olunacağını istisna etməyib. İndisə keçək yeni təfərrüatlara. «Azadlıq” qəzetnin əldə etdiyi istintaq materiallarından bəlli olur ki, Həsən Əliyevə Ramazan Səlimovu işə düzəltmək üçün xeyli məmurla görüşdürüb.

«İşin həll olunanda nə verərsən-verərsən”

"Azərsu"da idarə rəisi olmaq 200 min manatdır - Qorxmaz Hüseynov, müavinləri və idarə rəislərinin adı kriminal olayda!

Ramazan Səlimov

Ramazan Səlimov daha sonra bildirir ki, Həsən Əliyev ona növbəti dəfə zəng vuraraq «Fəvvarələr meydanı”na gəlməsini və saat 14.00-da Nizami adına Ədəbiyyat Institutunun qarşısında bir həkimlə görüşməyi tapşırıb: «Omənə həmin həkimin indi unutduğum mobil telefon nömrəsini də verərək qeyd olunan şəxsin yüksək vəzifələrdə işləyən şəxslərlə geniş əlaqələrinin olduğunu və mənim icra başçısı təyin olunma məsələmi həll edəcəyini söylədi. Mən həmin həkimə zəng vurdum və onunla ”Fəvvarələr meydanı”nda görüşdüm. Onun adını unutmuşam. O, Bakı şəhərində hansısa özəl tibb mərkəzində işlədiyini, əslinin Şabran rayonundan olduğunu, Şabran rayon icra hakimiyyətinin başçısı vəzifəsində işləmiş qadının qardaşı olduğunu bildirdi. Dedi ki, Həsən müəllimin xahişi ilə başçı təyinatımın həlli məqsədilə məni lazımi adamlarla görüşdürəcək və bu işdə hər hansı marağı yoxdur. Əlavə etdi ki, işin həll olunanda nə verərsən-verərsən. O, məni bir nəfərlə görüşdürəcəyini vəd edib iki saat ərzində həmin şəxsə zəng vursa da, görüş baş tutmadı. Onunla sağollaşıb ayrıldım və piyada Həsən Əliyevin iş yerinə gəldim.Məhkəmənin qarşısında Həsən Əliyevin qara rəngli 003 qeydiyyat nişanlı «Range Rover” markalı avtomaşınına mindik və Tbilisi prospektində yerləşən adını bilmədiyim restorana girdik. Bu görüşdə Həsənə işimin həlli ilə əlaqədar nəticə olmadığını dedim və bildirdim ki, əgər belə olacaqsa ümumiyyətlə mənə iş lazım deyil”.
Oxucuların diqqətinə çatdıraq ki, Şabranın qadın icra başçısı Sündüz Babayeva olub. O, 1995-ci ildən 2007-ci ilə qədər bu vəzifədə işləyib. Sündüz Babayevanın Altay Babayev adlı qardaşı keçmiş polis rəisi olub. Ramazan Səlimovla görüşən həkimin həqiqətən də Sündüz Babayevanın qardaşı olduğunu söyləyə bilmərik.

Həsən Əliyev iş adamına hansısa fonda yarım milyon köçürməyin vacib olduğunu deyib

"Azərsu"da idarə rəisi olmaq 200 min manatdır - Qorxmaz Hüseynov, müavinləri və idarə rəislərinin adı kriminal olayda!

1FG-300x224Ramazan Səlimov daha sonra bildirir ki, Həsən Əliyev ona hansısa fonda pul köçürməyin vacib olduğunu deyib. Onun sözlərinə görə, bunu keçmiş hakimə işlə bağlı görüşdüyü şəxslər deyib. Ramazan Səlimov söhbətin hansı fonddan getdiyini bilməyib: «O, söhbəti konkretləşdirib mənim icra başçısı təyinatım üçün razılaşdığımız məğbləğin yarısının, yəni 500.000 dolların fonda köçürülməsi üçün verməyimi israrla tələb etdi. Həsən məni o qədər nüfuzlu, yüksək vəzifəli şəxslərlə görüşdürdüyündən ona inanırdım. Bu səbəbdən ona dedim ki, 500.000 dollar yox, 300.000 manat verə bilərəm. 21.12.2011-ci ilə kimi Həsən hər gün mənə zəng vurub bu pulu tələb etdi, mənə deyirdi ki, lazımi adamlar bizi gözləyir, hətta narazılıq etməyə başladı ki, əgər pul verməyəcəkdinsə niyə məni bu işə qoşdun, mən sən işin üçün elə adamlara ağız açmışam ki, indi dala dursaq lap biabırçılıq olacaq, mənim öz hakimlik işim də düzəlməyəcək. Nəhayət 21.12.2011-ci ildə günortadan sonra onunla görüşüb ”Kişmiş” restoranında çörək yedik, Həsən 300.000 manat pulun bu gün verilməli olduğunu bildirdi. Mən əlacsız qalıb həyat yoldaşıma zəng vurdum və ona dedim ki, əmanətdən 3 dənə gətirib bizə çatdır. O əvvəlcə etiraz etsə də, onu inandıra bildim. Yoldaşımın restorana gəlməməsi üçün ona Atatürk prospektində yerləşən "Azərsu"da idarə rəisi olmaq 200 min manatdır - Qorxmaz Hüseynov, müavinləri və idarə rəislərinin adı kriminal olayda!«Samsung” mağazasının qarşısına gəlməsini tapşırdım. Orada onun gətirdiyi 300.000 manat pulu alıb Həsənin maşınına qayıtdım. Pullar qara rəngli «kleyok”un içində olmaqla 30 ədəd 100-lük bağlamalarda idi. Həsən bağlamaları saydı, bağlamaların içindəki əskinasları saymadı. Özünün maşınında olan iş qovluğunu və şəxsiyyət vəsiqəsini çıxartdı, mənə qəbz yazıb verdi ki, məndən 300.000 manat pulu borc kimi alıb. Qeyd edim ki, mənim ondan qəbz almaq barədə heç fikrim də olmayıb. Sonra dedi ki. maksimum 2012-ci ilin yanvarın axırı, fevralın əvvəlində səni çağıracaqlar. Daha sonra o mənə tövsiyyələr verməyə başladı, dedi ki, toylara getmə, səni izləyəcəklər, yoxlayacaqlar, narahat adamlarla görüşmə, telefon danışıqlarına fikir ver, sənin danışıqlarına qulaq asa bilərlər, 180 dərəcə dəyiş, dövlətçiliyə aid kitablar oxu. Mən ona söz verdim və ondan ayrılıb evə gəldim”.

İdarə rəisinə 1100 manatlıq nərdtaxta

"Azərsu"da idarə rəisi olmaq 200 min manatdır - Qorxmaz Hüseynov, müavinləri və idarə rəislərinin adı kriminal olayda!

Lakin Həsən Əliyev daha sonra Ramazan Səlimova zəng vuraraq ona deyib ki, «Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Bakı sukanal idarəsinin rəisi Habil Quliyevlə görüşməyi tapşırıb: «Dedi ki, Habil müəllim səni gözləyir, onunla görüş, səni Bakı şəhərinin rayonlarından birinə idarə rəisi qoyacaq. Mən pul, hədiyyə məsələsini üstüörtülü soruşanda Həsən dedi ki, o məsələ açılan kimi deyərsən ki, həmin məsələləri Həsən müəllim həll edəcək, o işlərə qarışmırsan. Həsən mənə Habilin yaxşı nərd oynayan olduğunu dediyi üçün yenə də Həsənin tapşırığına əsasən Habilə vermək üçün internet vasitəsilə 1100 manata sədəfli nərdtaxta aldım. Onu da götürüb Bakı Sukanal Baş Idarəsinə gəldim və soyadını bilmədiyim Habil müəllim adlı şəxslə görüşdüm. Habil müəllim deyilən şəxs yaşlı kök adamdır, Həsən mənə demişdi ki, o əvvəllər Dövlət Neft Şirkətində həmkarlarda işləyib. Hədiyyəmi ona təqdim etdim və Habil məni yaxşı qarşıladı, söhbətlərimiz bir-birimizin xoşuna gəldi, mənə çox razı qaldığını dedi. Söhbət zamanı Habil mənə dedi ki, o Həsən Əliyevi tanımır, məni qəbul etməyi və iş məsələmi həll etməyi ondan Nazirlər Kabinetində hansısa şöbənin rəisi vəzifəsində işləyən, soyadını bilmədiyim Mübariz adlı şəxs xahiş edib. Habillə aramızda pul söhbəti olmadı, o mənə onu dedi ki, özü birbaşa müdir vəzifəsinə işçi götürə bilmir. Bunu mütləq ”Azərsu” ASC-nin sədri ilə razılaşdırmalıdır. O, söhbət əsnasında mənə Nəsimi və Xətai rayonlarının sukanal idarəsinin rəisi vəzifəsini təklif etdi, mən də Xətai rayonunu seçdim. Onun yanından çıxıb, söhbətin nəticəsini Həsənə zəng vurub dedim. Bir müddət gözləsəm də, hər hansı xəbər çıxmadı”.

«İdarə rəisi təyin olunmağımın 100-200.000 manat xərci olacağını dedi”

"Azərsu"da idarə rəisi olmaq 200 min manatdır - Qorxmaz Hüseynov, müavinləri və idarə rəislərinin adı kriminal olayda!

Ramazan Səlimov deyir ki, bundan sonra Həsən Əliyevin tapşırığı ilə Birləşmiş Sukanal Idarəsinin (Ramazan Səlimov bu qurumun adını Rayonlararası Sukanal Idarəsi kimi qeyd edib) rəisi Etibar Məmmədovun qəbuluna gedib: «Əvvəlki ifadəmdə mən onun adını səhvən Ərəstun kimi göstərmişəm. Əslində Ərəstun Etibar müəllimin köməkçisidir və mən qəbulla bağlı onun yanında olmuşdum. Bu səbəbdən adları qarışıq salmışam. Həsən Əliyev mənə dedi ki, Etibar müəllimlə danışılıb, səni ya Abşeron, ya da Sumqayıtın sukanal idarəsinə rəis təyin edəcəklər. Yenə də mənə işarə etdi ki, hər hansı pul söhbəti etmə, soruşsalar de ki, o məsələləri Həsən müəllim həll edəcək. Həsənin tapşırığına əsasən Mərkəzi Univermağın ikinci mərtəbəsindəki mağazadan brillyant qaşlı ”Polyot” markalı qol saatını Etibara vermək üçün hədiyyə kimi 1350 manata satın aldım və soyadını bilmədiyim, Həsənin dediyinə görə Dövlət Neft Şirkətinin rəhbərinin yaxın qohumlarından olan Etibarın qəbuluna getdim və hədiyyəmi ona təqdim etdim. Sonuncu mənimlə söhbətində Sumqayıt şəhərinə idarə rəisi təyin olunmağımın 100-200.000 manat xərci olacağını dedi. Mən ona bu məsələlərə qarışmadığımı və bu işləri Həsən müəllimin həll edəcəyini deyəndə, o, təəccüblə məndən Həsənin kim olduğunu soruşdu.

Nazirlər Kabinetində işləyən Mübariz adlı şəxs kimdir?

Mən ona Həsənin məni onun yanına göndərən şəxs olduğunu dedim. O yenə də təəccüblə mənə dedi ki, səni mənim yanıma Nazirlər Kabinetində işləyən Mübariz adlı şəxs göndərib və mənim yanımda Mübarizə zəng etdi. Ona dedi ki, həmin yoldaş yanıma gəlib, hansısa Həsənin adını çəkir. Bu nə məsələdir? Mübarizin ona nə deməsini eşitmədim, ancaq bu danışıqdan sonra Etibar narazı tərzdə mənə dedi ki, o Həsən adlı hakim tanımır, məni Mübariz müəllimin xahişi ilə qəbul edibdir və özünün Vəli Həsənov soyadlı müavinini otağına çağırtdıraraq ona mənim sənədlərini qaydaya salmağı tapşırdı. Həmin müavin «Qaçqınkom”un sədri Əli Həsənovun qardaşı idi və mənə anket verib doldurmağı tapşırdı. Mən anketi doldurduqdan sonra mənimlə əlaqə saxlayacaqlarını dedi. Onların yanından çıxan kimi görüş barədə Həsənə zəng vurub məlumat verdim, Həsən mənim üstümə düşdü ki, sən niyə mənim adımı çəkmisən. Mən dedim ki, axı sən mənə adını çəkməməyi tapşırmamışdın, mən hardan bilim ki, sənin adını çəkmək lazım deyil. Qeyd edim ki, aldığım hədiyyələr barədə Həsənə məlumat vermişdim və onun bunlardan xəbəri var idi. Təxminən 3 gündən sonra, mənə Rayonlararası Su-Kanal Idarəsindən zəng gəldi və bildirildi ki, sənin təqdimatını yazıb göndərmişik, get «Azərsu” cəmiyyətinə, səni sədrin müavini Teyyub müəllim qəbul edəcək.

""Azərsu” sədrinin müavininə hədiyyəmi təqdim etdim”

"Azərsu"da idarə rəisi olmaq 200 min manatdır - Qorxmaz Hüseynov, müavinləri və idarə rəislərinin adı kriminal olayda!
Bu barədə Həsən Əliyevə zəng vurub dedim, o tapşırdı ki, həmin şəxsə bir dənə dəri materialdan əl çantası al və hədiyyə apar. Mən Mərkəzi Univermağın yanındakı türk dəftərxana mağazasına girib 320 manata əl çantası və 80 manatlıq müxtəlif qələmlər alıb qablaşdırdım və «Azərsu” ASC-yə gəldim. ASC-nin sədr müavini işləyən şəxsin ikinci mərtəbədəki otağına girdim və hədiyyəmi ona təqdim etdim.Onun mənim gəlişimdən məlumatı var idi, məni çox yaxşı qəbul etdi, Abşeron rayon Sukanal Idarəsinə rəis vəzifəsinə təyin olunmağım barədə təqdimatın verildiyini dedi, işimin əsas sahələrini, strukturunu təmkinlə, savadlı surətdə izah edərək bir azdan ASC-nin sədri Qorxmaz Hüseynovun qəbuluna gedəcəyimizi dedi. Ancaq gözləsək də Qorxmaz Hüseynov işə gəlmədi, məlum oldu ki, sədr təcili surətdə Qobustan rayonuna getməli olub.
Bir müddət sonra mən yenə «Azərsu” ASC-yə gəldim, ancaq bəlli oldu ki, Teyyub müəllim Cənubi Koreyaya ezamiyyətə gedib və iki həftədən sonra olacaq. Mən Etibarın müavini Vəli Həsənova zəng vurdum, ona dedim ki, bəlkə Etibar müəllim özü Qorxmaz Hüseynova zəng vursun və sonuncu məni qəbul etsin. Ancaq Həsənov mənə dedi ki, səni ancaq Teyyub müəllim Qorxmaz Hüseynova təqdim edə bilər.Bütün baş verənlər barədə Həsən Əliyevə zəng vurub dərhal məlumat verirdim. Həsən hər dəfə danışanda mənə deyirdi ki, o məsələ həll olunub, narahat olma. 2012-ci ilin yanvar ayında Teyyub müəllimlə telefonla danışdım və sonuncu mənə 20 yanvardan sonra gəlməyi tapşırdı. 24.01.2012-ci ildə bazar ertəsi gün onun qəbuluna getdim, mənə dedi ki, Qorxmaz Hüseynov sənin təyinatına razıdır, ancaq Abşeron rayon və Sumqayıt şəhər Sukanal idarələrinin rəislərinin işdən çıxarılması 1-2 ay çəkəcək ona görə də məsləhətdir ki, bir az gözləyəsən. Mənə Quba, Qusar rayonlarını təklif etdi, ancaq mən imtina etdim”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Qohumlarımın mülkünü satıb vəzifə almaq istəyirdim...”

    “Qohumlarımın mülkünü satıb vəzifə almaq ...

    4-11-2014, 11:41

  • 
  • Keçmiş hakim məhkəmə zalında həbs edildi

    Keçmiş hakim məhkəmə zalında həbs edildi ...

    1-04-2015, 22:11

  • 
  • Qərib Məmmədov 600 minlik cinayət işinə cəlb ediləcək

    Qərib Məmmədov 600 minlik cinayət işinə cəlb ...

    21-02-2015, 12:33

  • 
  • Prezident tanınmış hakimin səlahiyyətlərini vaxtından əvvəl əlindən aldı

    Prezident tanınmış hakimin səlahiyyətlərini ...

    11-02-2014, 21:28

  • 
  • Qərib Məmmədovun adı prokurorları bitirən qalmaqallı cinayət işində!

    Qərib Məmmədovun adı prokurorları bitirən ...

    18-09-2014, 16:11


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu