GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Masallıda icra başçısının müavini iş adamından 30 min manatı niyə alıb?

Masallıda icra başçısının müavini iş adamından 30 min manatı niyə alıb?

Tarix: 14-10-2014, 12:38 Bölmə :Ölkə Baxış: 1 066
İcra nümayəndəsi olmaq istəyən Ərkivan sakini Anar Rəcəbova verilən vəd yerinə yetirilməyib, onu bələdiyyə sədri edəcəklər

Masallıda icra başçısının müavini iş adamından 30 min manatı niyə alıb?

Xəbər verdiyimiz kimi, dünən Masallı rayonunda etiraz aksiyası keçirilib. gundemxeber.az JAM.AZ-a istinadla xəbər verir ki, İsgəndərli sakinləri yolların bərbad vəziyyətdə olması səbəbindən küçələrə çıxaraq, vəziyyətin aradan qaldırılmasını tələb ediblər.
Bu əsnada daxil olan yeni məlumatlara görə, həmin vaxt qəsəbə sakinləri icra başçısı Rafil Hüseynovun əraziyə gəlməsini istəyiblər. Lakin başçı onlarla görüşə gəlməkdən imtina edib, əvəzində isə ora müavinini və Masallı «meri»ni göndərib. Onlarsa əhali ilə hədə-qorxu dilində danışmağa başlayıblar.
Daxil olan məlumata görə, əhalinin toplaşdığı yerlərə icra başçısı Rafil Hüseynovun getməməsinin əsas səbəbi onun başının tamam başqa işlərə qarışması ilə bağlıdır. Əldə etdiyimiz məlumata görə, bu ilin sonlarında keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar əl-haya düşmüş icra başçısını prosesi sakit yola verməklə yanaşı, həm də ondan qazanclı çıxmaq düşündürür.
Rayon sakinlərinin verdiyi məlumata görə, əvvəlki illərdən fərqli olaraq, bu il bələdiyyə üzvləri və sədrlərin kimliyi Masallıda artıq məlumdur. Amma ortada nə seçki var, nə də namizəd. Qeyd edilir ki, icra başçısının göstərişi ilə kəndlərdə əsasən ali təhsilli gənclərdən komanda hazırlanır. Komandalara isə iş prosesini bilən köhnə bələdiyyə üzvləri cəlb edilir. Amma bu ilki bələdiyyə heyətində hər bir kənd üzrə bir qadın bələdiyyə üzvünün də olacağı qətiləşdirilib.
Məlumata görə, artıq indidən kəndlər və qəsəbələr üzrə bələdiyyə sədrlərinin kim olacağı isə məlumdur. Onların təmənnasız bu postlara gətiriləcəyinə gəldikdə isə mənbələr bunu mümkünsüz hesab ediblər. Hətta bunun üçün konkret misal belə çəkiblər.
Məlumatda deyilir ki, 16 minə yaxın əhalisi olan Masallının Ərkivan qəsəbə bələdiyyəsinin sədri artıq məlumdur. Rayonun ən böyük qəsəbəsi olan, habelə yetərli qədər imkanlı şəxslərin yaşadığı bu məntəqədə bələdiyyə sədri olmaq çoxlarının arzusudur. Elə bu səbəbdəndir ki, bəziləri icra başçısı və onun müavinlərinin «toruna» asanlıqla düşə bilirlər. JAM.AZ-a verilən məlumata görə, Ərkivan qəsəbə bələdiyyəsinin sədri postuna artıq Anar Rəcəbovun gətirilməsi qətiləşib. Mənbə bildirir ki, bu məsələ hələ iki il əvvəl həllini tapıb. Amma bir qədər fərqli formada…
Anar Rəcəbov hələ iki il əvvəl Ərkivan qəsəbə İcra Nümayəndəliyinin rəhbəri olmaq üçün Masallı İcra Hakimiyyətinin məsul şəxsləri ilə, daha doğrusu, müavinlərdən biri ilə (adı bizə məlumdur, lakin hələlik açıqlamırıq-red.) danışıqlar aparır. Qısa müddətdə razılıq əldə olunur. Həmin razılığa əsasən Anar Rəcəbov icra başçısına çatacağı adıylı müavininə 30 min manat verir. Lakin bu arzusu baş tutmur. Çünki qəsəbədə daha imkanlı adamlarla yanaşı, yerli sakinlər başqa birinin icra nümayəndəsi olmasını tələb edirlər və onların istəyi keçir.
Bundan sonra müavinlə Rəcəbov arasında 30 min manatın «razborkası» başlayır. Amma Masallı icra başçısının müavini birtəhər Ərkivan sakinini ələ alaraq, ona yeni vəd verir. Bu vəd isə Ərkivan qəsəbə bələdiyyəsinin sədri postu olur. JAM.AZ-a məlumat verən şəxslər deyirlər ki, Anar Rəcəbov artıq Ərkivanın bələdiyyə sədri kimi çıxış edir. Hətta ona o da deyilib ki, hazırda bələdiyyə sədri işləyən İsrail Tağıyev protokol işlərində səriştəli olduğundan Anar Rəcəovun müavini gətiriləcək.
Qeyd edək ki, Rəcəbov qəsəbədə sahibkar kimi tanınır. Nüfuzsuz da ada sayılmır.
Bu əsnada başqa bir maraqlı məlumat isə Ərkivan bələdiyyəsinə 5 ildə ayrılmış 116 min manatın hara xərclənməsi ilə bağlıdır. JAM.AZ xəbər verir ki, bu ilin 1 oktyabrında Ərkivan Qəsəbə Bələdiyyəsinin 5 illik hesabat yığıncağı keçirilib. Həmin yığıncaqda bələdiyyə sədri İsrail Tağıyev çıxışında deyib ki, bu müddət ərzində onlara 116 min manat pul ayrılıb. Həmin puldan cəmi 870 manatı qəsəbənin abadlaşdırılmasına sərf olunub. Yerdə qalan hissə isə sədr, müavin və katibin əmək haqqı qismində sərf olunub.
Məlumata görə, bu çıxışından narazı qalan icra başçısı Rafil Hüseynov bələdiyyə sədri İsrail Tağıyevi bərk danlayıb.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Masallıda icra başçısının əleyhinə etiraz aksiyası keçirilir-FOTOLAR

    Masallıda icra başçısının əleyhinə etiraz ...

    21-01-2014, 17:09

  • 
  • Rafil Hüseynovun oğlu gecə klubunda çılpaq qızlarla yaxalandı -FOTO

    Rafil Hüseynovun oğlu gecə klubunda çılpaq ...

    12-11-2015, 12:33

  • 
  • İcra başçısı jurnalistin rayona gəlişinə qadağa qoydu

    İcra başçısı jurnalistin rayona gəlişinə qadağa ...

    1-12-2015, 13:05

  • 
  • İcra başçısının qəbulunda intihara cəhd?

    İcra başçısının qəbulunda intihara cəhd? ...

    18-09-2013, 14:26

  • 
  • Şeyxin Masallı problemi

    Şeyxin Masallı problemi ...

    14-05-2013, 20:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu