İcra başçısı ilə Haci Mazan arasında problem yaranıb, münaqişədə Əhəd Abıyevin də adı hallanır Masallı rayonunda yeni gərginlik ocağı yaranıb. Belə ki, Masallının icra başçısı Rafil Hüseynov Şeyxin qudası Hacı Mazanla üz-üzə gəlib. Qeyd edək ki, Masallının icra başçısı Rafil Hüseynov sözügedən rayona gəldiyi ilk gündən hər kəsə rayonda əsas söz sahiblərindən biri olan Əhəd Abıyevin klanına meydan oxudu. Lakin sonradan ümumi «sülh» əldə olundu. Beləcə, Masallıya gələnə qədər Prezident Administrasiyasında Ağcabədi rayonu üzrə kurator postunu tutan Rafil Hüseynov bununla da rayonda güc olduğunu qismən də olsa, Masallının qocaman nüfuz sahiblərinə qəbul etdirmiş oldu. Baş verənlərlə bağlı pia.az-a daxil olan məlumatda bildirilir ki, Rafil Hüseynov Şeyxin qudasının üzərinə yürüş edib. Bu isə Əhəd Abıyevlə Rafil Hüseynov arasında nisbi sakitliyi daha gücləndirən faktorlardan birinə çevrilməkdədir. Çünki Əhəd Abıyevin əzəli düşmənlərindən birinin Hacı Mazan olduğunu ölkədə bilməyən yoxdur. Mənbə bildirir ki, öz nüfuz dairəsini genişləndirməyə çalışan Rafil Hüseynov əslində Əhəd Abıyevin əlinə oynayır. Çünki Hacı Mazanın zəiflədiyi təqdirdə Abıyevləri bütün regionda güclənməsi qaçınılmaz olacaq. Bu isə prezident seçkiləri ərəfəsində tərəflər arasında böyük savaşın başlanğıcı anlamına gələ bilər. Məlumata əsasən hətta kifayət qədər nüfuzlu hesab olunan, Masallının keçmiş, Astaranın indiki icra başçısı Qəzənfər Ağayevin belə rayondakı obyektlərinə əl qoyan Rafil Hüseynov bununla da Masallıdakı bir çox dairələri yerində oturtmağa gücü çatdığını göstərdi. Çünki Qəzənfər Ağayev o şəxs idi ki, onunla hətta hazırda Daşkəsənə rəhbərlik edən keçmiş deputat Əhəd Abıyev belə bacarmamışdı. İndi isə Rafil Hüseynovun şeyxin qudası və regionda müəyyən nüfuz sahibi olan Hacı Mazana qarşı cəbhə açmaqla öz mövqelərini daha da gücləndirməyə cəhd edir. Bilgili qaynaqlardan sızan informasiyaya görə, hal hazırda Rafil Hüseynov Masallıdan olan Şeyxin qudası Hacı Mazanla münasibətlərində əməlli-başlı problem yaşayır: «Bu problem get-gedə şiddətlənməkdədir. Hətta tərəflər bir-birilərinin əleyhinə «yuxarıya» ünvanlanmış «donos»lar da ötürməkdədirlər. Vəziyyət elə bir həddədir ki, Hacı Mazan icra başçısının oğlunu belə həbs etdirmək planı üzərində işləyir». Mənbəmiz iddia edir ki, bu günlərdə baş vermiş bir insident başçı ilə Şeyxin qudasının həlleidici döyüşə çıxacağını da istisna etmir: «Çünki hər iki tərəfə görə, Masallıda onlardan biri qalmalıdır».
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?