Bu gün Rusiya xüsusi təyinatlıları Dağıstanın Mahaçqala şəhərinin ətrafında yerləşən Səməndər qəsəbəsində milliyyətcə rus olan vəhabiyə qarşı əməliyyat keçirib.
Virtualaz.org-un xəbərinə görə, xüsusi xidmət orqanlarına məlum olub ki, ötən ay Volqoqrad şəhərində sərnişin avtobusunu partladan intiharçı-terrorçu qadının əri, Şimali Qafqazda fəaliyyət göstərən yaraqlı qruplaşmasının üzvü Dmitri Sokolov qəsəbədəki evlərdən birində gizlənir.
Evi mühasirəyə alan xüsusi təyinatlılar Sokolovla danışıqlara başlayıblar. Lakin o təslim olmaqdan imtina edb. Daha sonra Sokolovun anasını onunla danışıqlara cəlb ediblər. Anası onu təslim olmağa çağırsa da Sokolov bundan imtina edib, ancaq evdəki qadını və azyaşlı uşağı buraxmağa razılaşıb. Qadını evdəki yaraqlılardan birinin arvadı olduğu bildirilir. Qadın və uşaq evi tərk edəndən sonra Sokolov və onunla birgə evdə gizlənən yaraqlılar xüsusi təyinatlılarla atışmaya girib.
Bir neçə saat çəkən atışmadan sonra yaraqlılar zərərsizləşdirilib. Hüquq-mühafizə orqanları Sokolovla birlikdə evdə gizlənən yaraqlıların hamısının öldürüldüyünü açıqlayıb, onların 3-5 nəfər olduqları bildirilir. Məlumata görə danışıqlar zamanı Sokolov Volqoqradda sərnişin avtobusunun partladılmasını şəxsən təşkil etdiyini təsdiqləyib, bildirib ki, terror aktını törətmək üçün arvadına partlayıcı qurğunu da şəxsən hazırlayıb.
Oktyabrın 21-də Volqoqradda avtobusun partladılması zamanı 6 sərnişin həlak olub. Terror aktını 30 yaşlı Dağıstan sakini Naida Asiyalovanın törətdiyi məlum olub. Bildirilir ki, N.Asiyalovanı terrorçu qruplaşmaya cəlb edən A.Sokolov olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?