ABŞ-ın Texas ştatı dünyanın yeganə məkanıdır k, polis asayişi qorumaq üçün müstəsna səlahiyyətlərə malikdir. Burada yerli şerif istənilən vaxt sürücünü maşınından düşürüb, maşını istədiyi yerə sürə bilər.
Dünən Bakıda da bu cür hadisə baş verib.
Facebook-da "Sancaq" səhifəsi məlumat yayıb ki, 16 oktyabr tarixində çox maraqlı bir hadisə baş verib.
Belə ki, bir yol polisi işçisi Əhmədli tərəfdə qaydanı pozan (qırmızı işıqda keçən) 57 nömrəli sərnişin avtobusunu saxladıb. Sürücünün sənədlərini yoxlayarkən görüb ki, onun heç sürücülük vəsiqəsi yoxdur. Sürücü bildirib ki, guya 57 nömrəli marşrutun nəzarətçisi vəsiqəsiz işləməyə bunlara icazə verir.
Polis isə öz növbəsində sürücünü düşürdüb, özü oturub sükan arxasına. O, sərnişinlərə deyib ki, "Siz mənə yolu göstərin, hamınızı haraya lazımdır, oraya çatdıracam. Bircə mən gedim çıxım bu avtobusun sonuncu dayanacağına, görüm bunların nəzarətçisi kimdir belə".
Sərnişinlər yol polisinə yolu göstəriblər, hamı rahatca evinə çatıb, üstəlik, polis onlardan gediş haqqını almayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?