GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azərbaycanda uşağın qiyməti nədir? - ARAŞDIRMA

Azərbaycanda uşağın qiyməti nədir? - ARAŞDIRMA

Tarix: 1-08-2013, 17:20 Bölmə :Maraqlı Baxış: 730
Azərbaycanda uşağın qiyməti nədir? - ARAŞDIRMA
Azərbaycanda hər doğulan uşağa 82 manat 50 qəpik birdəfəlik müavinət verilir. Ailədə xəstə uşaq varsa, həmin uşaq 18 yaşına çatana qədər 60 manat əlavə müavinət alır.

“azadqadın” saytı bu sahədə başqa ölkələrdəki vəziyyəti araşdırıb və məlum olub ki, post-sovet məkanı ölkələrindəki vəziyyət Azərbaycandan yaxşıdır.

Belə ki, Rusiyada bir uşaq üçün müavinət 400 dollardan artıqdır. Hər bir uşaq 18 yaşına qədər bu pulu ala bilir. Ailədə uşaqların sayı artdıqca həmin pulun həcmi də artır.

Ermənistanda əgər birinci və ikinci uşaq üçün 135 dollar müavinət verilirsə, üçüncü uşağın doğulması ilə məbləğ 1200 dollara çatır. 18 yaşına çatana qədər hər bir uşaq dövlətdən ayda 95 dollar alır.

Qeyd edək ki, bu ölkədə yaşayış minimumu 70 dollar təşkil edir. Digər MDB ölkələrində Azərbaycanla müqayisədə vəziyyət xeyli fərqlidir.

Ukraynada ailədəki birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar müavinət nəzərdə tutulub.

Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 714 dollar məbləğində müavinət ödəyir.

Belarusda isə birinci uşağa görə yaşayış minimumun ən yüksək həddinin beş misli, digər uşaqlara görə isə yeddi misli qədər müavinət verilir. Bu ölkədə hətta övladlığa götürülən uşağa görə də dövlət müavinət nəzərdə tutub. Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir.

Avropaya doğru getdikcə…

Avropaya doğru getdikcə ölkəmizdəki qiymətlərlə başqa ölkələrin əhali artımına verdiyi dəyər fərqi də böyüyür.

Məsələn, keçmiş sovet respublikası olan Latviyada hər doğulan uşağa görə ailəyə 560 avro müavinət verilir.

Avstriyada ailələrdə uşaqların sayı artdıqca dövlət də öz köməyini artırır. Burada ilk doğulan körpənin 10 yaşına çatana qədər ailəsi 130 avro, 19 yaşına qədər 153 avro alır. Dünyaya gələn ikinci uşağa görə müvafiq olaraq 144 və 165 avro, üçüncü uşağa görə 166 və 188 avro, dördüncü uşağa görə isə 181 və 203 avro müavinət alır. Uşaq ali məktəbə qəbul olunduğu halda müavinət 27 yaşa qədər ödənir.

Almaniyada üç yaşına qədər hər bir uşağa ayda 270 avro pul verilir. Uşağın bir yaşında ailəsinə onun adına ipoteka krediti sənədləşdirmək imkanı verilir.

Fransada hətta uşaq dünyaya gəlməmiş anası ona görə müavinət alır. Belə ki, birinci hamiləliyin 5-ci ayından uşağın 3 aylığına qədər 109 avro, ikinci uşağı gözləyən anaya isə 130 avro müavinət verilir. Əgər ailədə üçüncü uşağın doğulması gözlənilirsə, onda hamiləliyin dördüncü ayından uşağın 3 yaşına qədər ailə dövlətdən 975 avro pul alır. Bundan əlavə, hər bir uşaq 18 yaşına qədər dövlətdən müavinət alır. İki uşaq üçün bu, 680 avro, üç uşaq üçün 1550, dörd uşaq üçün 2420, beş uşaq üçün 3300 avro təşkil edir. Əgər uşaqların sayı altıdan çoxdursa, onların hər birinə görə 870 avro ödənilir. 10 yaşdan 15 yaşa qədər olan uşaqların hər biri üçün əlavə 192 avro, 15 yaşdan yuxarı uşaqlar üçün isə əlavə 339 avro pul ödənir.

ABŞ-da hər uşağa görə aylıq müavinət təxminən 680 dollar təşkil edir. Hər ştatda bu göstərici bir qədər fərqli ola bilər.
Böyük Britaniyada isə uşağa görə müavinət 500 funt sterlinqdən artıqdır.

İsveç hökuməti isə hər uşağa görə 185 dollar müavinət ödəyir. Bu müavinət uşağın 18 yaşına qədər ödənir. Üçdən artıq uşağı olan ailələr üçün əlavə müavinət də nəzərdə tutulub.

İsrail dövləti isə birinci uşağa görə 325 dollar, əkizlərə görə 1600 dollar birdəfəlik müavinət ödəyir. Əgər uşaqlar üçəm olsa, bu məbləğ 2500 dollara qədər artır. Hər uşağa görə isə ayda 180 dollar müavinət verilir. Boşanmış ailələrdə bu göstərici 725 dollar təşkil edir.

Finlandiyada hər doğulan uşağa görə anaya bir neçə yüz avroluq paket təqdim edilir. Bu paket bir yaşına qədər uşağın bütün xərclərini ödəyir.

Polşada uşağın 18 yaşına qədər dövlət ailəyə 125 dollar pul, İsveçrədə isə 345 dollar verir.

Avstraliyada isə hər bir uşaq 18 yaşına qədər dövlətdən 540 dollar pul alır.

Sosial tələblərə görə üsyanların baş verdiyi ərəb ölkələrində də vəziyyət Azərbaycanla müqayisədə xeyli yaxşıdır. Tunisdə 400 dollardan aşağı müavinət yoxdur. Liviyada isə hər doğulan uşağa görə dövlət 7000 dollar pul ödəyir. Birləşmiş Ərəb Əmirliyi isə bu göstəriciyə görə dünyada hamıdan öndədir. Bu ölkədə 20 min dollardan aşağı müavinət yoxdur.

Nazirlikdə deyil, Milli Məclisdə həll olunur…

Bütün bu rəqəmlərlə müqayisədə Azərbaycan ailəsinin aldığı 82.6 manat müavinət çox kiçik görünür. Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyində də rəqəmin kiçik olduğunu etiraf edirlər. Lakin bu məsələnin Nazirlikdə deyil, Milli Məclisdə həll olunduğu qənaətindədirlər.

Müstəqil ekspert Qubad İbadoğlu da bu fikirdədir ki, dövlət uşaqlarla bağlı sosial siyasətini yenidən dəyərləndirməlidir. Qubad İbadoğlu AzNews.az-a açıqlamasında bildirib ki, onlar bu qənaətə 2012-ci ildə İqtisadi Tədqiqatlar Mərkəzində büdcədən uşaqlara yönələn xərclərin təhlilindən sonra gəlib. Əslində, uşaqlarla bağlı sosial siyasətin uğursuzluğu uşaqların sayında da özünü göstərib. Belə ki, tədqiqatlar son on ildə uşaqların sayının azaldığını da göstərib. Bu da dövlət qayğısının az olması ilə əlaqələndirilir: “2012-ci ildə dövlət büdcəsindən uşaqlara 2.2 milyard manat vəsait ayrılıb. Həmin vəsaitin cəmi 11 faizi uşaqların sosial müdafiəsinə yönəldilib.

Xərcləmələri üst-üstə götürəndə də, ortaya çıxan məbləğ əhəmiyyətli rəqəm olmur

Uşaqlara birdəfəlik müavinətdən başqa çoxuşaqlı ailələrə 10.80 AZN ünvanlı sosial yardım verilir. Yetim və valideyn himayəsindən məhrum olan uşaqların qəyyumlarına 45 manat ödənilir. Q.İbadoğlunun sözlərinə görə, hətta bütün bu xərcləmələri üst-üstə götürəndə də, ortaya çıxan məbləğ əhəmiyyətli rəqəm olmur.

İqtisadi Tədqiqatlar Mərkəzi 0-14 yaş qrupunda olan uşaqların bir aylıq minimum yaşayış səbətini də hesablayıb və məlum olub ki, uşaqların minimum yaşayışını təmin etmək üçün 210 manat tələb olunur. Bu isə deməkdir ki, real xərclərlə dövlətin ödədiyi vəsait arasında böyük fərq var. Bu da son nəticədə uşaqların sayının azalmasına səbəb olur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Çoxuşaqlı ailələrə pul veriləcək

    Çoxuşaqlı ailələrə pul veriləcək ...

    20-10-2014, 12:57

  • 
  • Azərbaycanda 8 ildə 200 minə yaxın uşaq nikahdan kənar doğulub

    Azərbaycanda 8 ildə 200 minə yaxın uşaq nikahdan ...

    27-12-2013, 17:12

  • 
  • İki aylıq uşaq internetlə satışa çıxarıldı

    İki aylıq uşaq internetlə satışa çıxarıldı ...

    6-08-2013, 12:03

  • 
  • 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

    1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür ...

    1-06-2013, 00:35

  • 
  • Azərbaycanda 30 min uşaq təhsildən yayınıb

    Azərbaycanda 30 min uşaq təhsildən yayınıb ...

    10-02-2014, 00:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu