GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Təhsilimiz: Etmədiklərimiz və “etdiklərimiz”

Təhsilimiz: Etmədiklərimiz və “etdiklərimiz”

Tarix: 23-10-2014, 11:54 Bölmə :Ölkə Baxış: 824
(Və ya son 15 ilin “ümidsizlik yaddaşı”ndan bəzi qeydlər)

Təhsilimiz: Etmədiklərimiz və “etdiklərimiz”
Nadir İSRAFiLOV: "Geriyə nəzər salmadan irəliyə doğru hamar yol yoxdur"

15 il bundan qabaq, daha dəqiq desək 15 iyun 1999- cu ildə Dövlət komissiyası tərəfindən hazırlanmış və ölkə başçısının 168 № -li Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı” işıq üzü gorəndə, çoxlarında təhsilimizin gələcəyi ilə bağlı xoş təsəlli hissi yaranmışdı. Bu da əsassız deyildi, çünki Proqrama islahatın əsas məqsədlərindən biri kimi “bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması” barədə müddəa daxil edilmişdi.

Proqramda təsbit olunmuş “təhsil sahəsində hazırlanan normativ və hüquqi aktların layihələrinin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunmasının təmin edilməsi“və “təhsil sahəsində qəbul olunmuş normativ-hüquqi aktların icrasına ictimai nəzarət sisteminin yaradılması”barədə tələblər isə, ən pessimist dairələrin belə düşüncəsində təhsilimizin gələcəyinə yönəlik ümid qığılcımı yaradırdı. Çünki bu,bir vətəndaş olaraq onlara da təhsildə gedən proseslərin bərabərhüquqlu subyektinə çevrilmək imkanı verirdi.

Ən başlıcası isə “məktəbəqədər, orta , ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ –hüquqi bazanı yaratmaq, Azərbaycan Respublikası Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş tələbləri, cəmiyyətin siyasi, iqtisadi və sosial həyatının demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirmək” islahat Proqramının əsas məqsədi kimi müəyyənləşdirilmişdi. Buna görə də Proqramda təhsil sistemində idarəetmənin demokratikləşmə prosesinə uyğun qurulması, onun yeni məzmun və formalarda tətbiq olunması, təhsil müəsisələrinin inkişaf strategiyası və məqsədlərinin müəyyən edilməsində, müvafiq qərarların çıxarılmasında və s. müstəqilliyə aparan yeni idarəetmə mexanizminin yaradılması kimi tələblər də irəli sürülürdü.

Proqramdakı “təhsil sisteminin hüquqi tənzimlənməsi”, “əsas hədəfin təhsil verənə və alana yönəldilməsi”, “idarəetmənin dövlət-ictimai xarakterinin güclləndirilməsi”, “təhsil sisteminin idarə olunmasında səlahiyyətlərin bölüşdürülməsi”, “funksiyalarin yuxarıdan aşağıya paylanması”, “təhsil sisteminin idarə olunmasının inhisarsızlaşdırılması” kimi prinsiplər isə təhsilimizin heç də uzaq olmayan perspektivlərindən xəbər verirdi.
Bu gün, həmın Poqramın qəbul edilməsindən 15 ildən də artıq bir müddət kecməsinə baxmayaraq, istər –istəməz coxsaylı suallara cavab axtarmalı oluruq :


-Təhsil sahəsində uzun illərdən bəri toplanmış potensial qorunub saxlanıldımı?
-Təhsil sistemini tənzimləyən müvafiq normativ-hüquqı baza yaradıldımı?
-Bütün proseslərin bu bazaya istinadən tənzimlənməsi prioritet istiqamət kimi ön plana çəkildimi?
-Təhsil sisteminin idarə olunmasinda inzibati-amirlik prinsipləri aradan qaldırıldımı?
-İdarəetmənin dövlət-ictimai xarakteri gücləndirildimi?
-İdarəetmə funksiyaları yeni məzmun və yeni formada tətbiq olundumu?
-Təhsil sisteminin idarə olunmasında səlahiyyətlər bölüşdürüldümü?
-Funksiyaların yuxaridan aşağıya paylanması prosesi reallaşdımı?
-Ağırlıq mərkəzi aparatdan yerlərə keçirildimi?
-Əsas hədəf təhsil verənə və alana yönəldimi?
-Pedaqoji prosesin bütün iştirakçıları bərabərhüquqlu subyektlərə çevrildimi?
-Layihələrin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunması barədə müddəa həyata keçirildimi?
-Normativ-hüquqi aktların icrasına ictimai nəzarət sistemini yaratmaq tələbi təmin edildimi?
-Təhsilin inhisarsızlaşdırılması baş verdimi?
Sualların sayını nə qədər artırsaq belə, nəticə etibarı ilə bir cavab alınacaq; Təhsil sahəsində dövlətin təsdiq etdiyi Proqramı bir kənara qoyub, əsasını subyektiv mülahizələr, fərziyələr və ehtimallar təşkil edən hansısa təşəbbüsü, ideyanı, yaxud da istiqaməti məlum olmadan atilan bir addımı fetışləşdirərək, islahatçılıq hərəkatı kimi qələmə verib, bu dərin və ümidverici məfhumu arxivə göndərmişik
Bu məqamda istər-istəməz məşhur ingilis mütəfəkkiri Tomas Karleylin bir aforzmi ilə razılaşmamaq olmur : “ Mənəviyyətdən savayı istənilən islahat əhəmiyyətsizdir”
Halbuki, məhz bu Proqramda islahat yolu ilə təhsilimizin forma və məzmunca yeniləşməsi üçün milli, mənəvi, bəşəri dəyrlərə istinad etməyə xüsusi önəm verilirdi .

Islahat Proqramının qüvvədə olduğu son 15 il kəsiyində təhsilimizdə baş verən aşağıda sadalayacağım aşınmalar, yaynmalar və digər ziddiyətli proseslər, hansısa fərdin subyektiv fikirləri kimi deyil, son illərdə cəmiyyətdə formalaşan ictimai rəyin təzahürü kimi qiymətlləndirilməlidir. Qənaətə gəldiymiz bəzi faktları konkretləşdirməyə çalışaq.
Beləliklə:

Dövlət komissiyası tərəfindən hazırlanmış Təhsil sahəsində İslahat Proqramını imitasiya predmetinə çevirərək, təhsilimizin məzmununu sarsıtmış, formasını bayağılaşdırmış, təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı qoruyub saxlamaq və inkişaf etdirmək əvəzinə olan qalanını da dağıtmışıq;

Məna və mahiyyət etibarı ilə “təhsil proqramı” anlamına gələn əcnəbi mənşəli, cəlbedici “kurikulum” ifadəsini “milli təhsil konsepsiyası” səviyyəsinə qaldırıb, bu sahədə “köklü islahat” aparılması barədə görüntü yaradaraq, ölkənin “Baş İslahat prqramından” diqqəti yayındırmışıq;.
Proteksiya və regionçuluq mövqeyindən faydalanaraq, dövlətçilık maraqlarinı aşmaqla, bir çox pedaqoji və rəhbər vəzifələrin təhsillə hər hansı bir əlaqəsi və ya bu sahədə heç bir göstəricisi və səriştəsi olmayan naşı adamların əlinə keçməsinə dəstək vermişik;

Uşaq bağşaları və körpələr evlərini kütləvi surətdə özəlləşdirməyə çıxararaq, onların təyinatı üzrə profilinin dəyişməsinə göz yumub, erkən yaşlı uşaqların məktəbəqədər hazırlq imkanlarını məhdudlaşdırmıs, valideynləri yeni bağçaların nə vaxtsa tikiləcəyini gözləmək ümidinə qoymuşuq;

Məktəb, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin ərazilərini hərraca qoyaraq, yerlərində şadlıq sarayları, gözəllik salonları, digər iaşə obyektləri və göydələnlər tikilməsinə şərait yaratmaqla, bu təlim tərbiyə ocaqlarını idman meydançalarından, həyətyanı sahələrindən məhrum etmişik;

Məktəb təhsilimizdə repetitorluğun çiçəklənməsinə rəvac verərək, şagirdlərin məktəbdən yayınmasınin kütləvi hal almasına, nəticə olaraq məktəb mühitinin dağılmasına şərait yaratmış, pedaqoji terminologiyamıza bunker repetitoru kimi yeni anlayış gətirmişik;
Təhsilin keyfiyyətini prioritet elan edib, milləti keyfiyyətli təhsilin yeganə “məbədgah”ına cevrilən, ildən-ilə yağışdan sonra göbələk kimi artmaqda olan, qanuni və ya qanunsuz fəaliyyət göstərən hazirlıq kurslarına pənah aparmaq zərurəti qarşısında qoymuşuq;
Təhsilin keyfiyyətinin ildən ilə aşağı düşməsi fonunda, Təhsil Qanununun “keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi” maddəsini heç bir halda tətbiq etməməklə, istər təhsil alanların istərsə də, təhsil verənlərin hüquq və vəzifələrinə etinasızlq göstərməklə onları məsuliyyət hissindən azad etmişik;
Tədris planlarinda cüzi yerdəyişmələr aparmaqla, orta ümumtəhsil məktəblərinin istiqamətini dəyişdirmiş, onları litsey və gimnaziyalara çevirərək, ən yaxşı müəllim və şagirdlərı bu müəssisələrə cəmləşdirib, təhsilverən və təhsilalanlar arasinda çeşidləmə aparmışıq;
Yeni yaradilmş litsey və gimnaziyalara “elitar”, “erudit”, “klassik”, “ıdrak”,”intellekt”, ”Avropa”, “Ankara” və s.bu kimi cəlbedici və təmtəraqlı yarlıqlar yapışdıraraq, sanki şəxsi “obyektlərimizi” millətimizin balalarının üzünə bağlamışıq;
Orta ümumtəhsil məktəblərində şagirdlərimizə imla, inşa, ifadə yazmağı yadırğatmaqla, onların yazı savadına sarsıdıcı zərbə vurmuş, hər testə beş- altı sual qoyaraq, onlara nəzəri bilikləri mexaniki əzbərləmək vərdişləri aşılamış, qramatika, orfoqrafiya, terminologiya kimi anlayışlardan məhrum etmişik;
Şagird gündəliyini “məktəbli kitabçası”, şagird dəftərini “iş dəftəri” halına salıb onu dəyərindən qat-qat baha qiymətə satılmasına şərait yaratmış, onlardan eyni zamanda reklam vasitəsi kimi istifadə edilməsinə yol verərək, tədris vəsaitlərimizi kommersiya maraqlarının girovuna cevirmişık;
Adi “5” ballıq klassık qiymətləndirmədə belə, problemlər yaşayan müəllimlərimizi 9 ballıq qiymətləndirməni sınaqdan çıxarmağa macal tapmamış, diaqnostik, formativ, summativ adı ilə “milli qiymətləndirmə” tətbiq etməyə vadar etmiş, onların başını bəlaya salmışıq;

Peşələrin ən şərəflisi hesab etdiyimiz peşə sahibləri olan müəllimləri işə götürərkən, çox pilləli və məntiqsiz müsabiqə və imtahana çəkməklə, onlara universitetlərdə illərlə hədər vaxt keçirdik lərini və aldiqları diplomların lazımsız kağız parçasindan başqa bir şey olmadığını anlatmışıq;
Cavablandırilan sualları faizə çevirərək, imtahandan “üzüağ” çıxanları paytaxtın mərkəzində, “ortababları” ətraf və ucqarlarda cəmləşdirmiş, “üzüqaraları” isə çıxdaş edib, ildən ilə minlərlə süni vakant yerlər yaratmaqla regionların inkişafına öz “layiqli töhfəmizi” vermişik;
Pərakəndəliyi aradan qaldırmaq əvəzinə, zəruri madi-texniki bazası, elmi, pedaqoji, kadr potensiali və digər infrastrukturları nəzərə almadan, bütün institutları ucdantutma universitetlərə və akademiyalara çevirmiş, tam fərqli statuslara malik olan bu elm və təhsil müəssisələrıni eyniləşdirmişık;
İnstitutlara da, əlavə təhsil proqramları həyata keçirmək, fundamental və tətbiqi elmi tədqiqatlar aparmaq və digər çox spektrli sahələrlə məşğul olmaq kimi səlahiyyətlər verməklə, onları birbaşa funksiyalarından- konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazilamaq vəzifəsindən yayındırmışıq;
Özəl təhsil muəssisələrinin sayinı və dövlət ali təhsil müəssisələrində ödənişli təhsilin xüsusi çəkisini artiraraq, ölkə üzrə təhsil alan hər üç tələbədən ikisini ödənişə cəlb etməklə, Təhsil Qanununun “Azərbaycan Respublikasında dövlət təhsil müəssisələrı bilavasitə mənfəət əldə etmək məqsədi güdmür” maddəsini şübhə altinda qoymuşuq;
2006-cı ildənBolonya prosesinə qoşulmaqla, Avropa təhsilinə inteqrasiya etmək, təhsilimizi beynəlxalq standatlara uyğunlaşdirmaq əvəzinə, onun tövsiyə və şərtlərini özününkiləşdirərək, tələbələr üçün əlavə problemlər yaratmış, etiraz və aksiyaların keçirilməsini qaçılmaz etmişik;
Əhalinin sosial durumu və universitetlərin verdiyi təhsilin keyfiyyəti nəzərə alınmadan, təhsil haqlarının ödənişini dəfələrlə qaldırmış, təhsil kreditlərinin sayını ilbəil artırmiş, “Təhsil krediti haqqinda” Qanunun qəbulunu bu günədək ərsəyə gətirə bilməmişik;
Abituriyentlərə bir neçə ixtisas və bir neçə ali məktəb seçmək hüququ verməklə, həkim olmaq istəyənı bioloqa , hüguqşünas olmaq istəyəni tarixçiyə, tarixçi olmaq istəyəni kitabxanaçıya çevirib, çarəsiz ”zorən” diplomçular ordusu yaratmışıq;
Biloqu tibb fakultəsinə kitabxanaçını hüquqa köçürməklə, təhsilimizin qara ləkəsi olan qanunsuz tələbə köçürmələrinin kütləvi hal almasna rəvac vermiş, ali məktəblərə daxil olanlarla bitirənlər arasında kəskin fərq yaranmasna syrçi münasibət bəsləmişik;.
Yüksək çinli təhsil məmurlarının da, qatıldıqı saxta diplom yarışında bir para işbazların at oynatmasına göz yumub, qeyri-qanuni diplomçularla təhsilin dəyərinin aşağı düşməsinə onun əsaslarının aşılanmasına səbəb olmuş, həm də bəzi saxtakarların mühüm postlarda özlərinə isti yuva qurmasına şərait yaratmışiq;
Hüquqşünas, diplomat, polis, həkim, müəllim, mühəndis, aqronom və s bu kimi ixtisaslara tam fərqli keçid balı tətbiq etməklə, gələcək mütəxəssislərimizə qabaqcadan hansı peşənın gəlirli hansınınsa gəlirsiz olması hisslərini aşılamış, bəzi peşələri və peşə sahiblərini yüksəldərək, digərlərini aşağılamışıq;
Bir sıra ixtisaslara keçid balını 150-yə endirməklə, klassik qiymtləndirmədə “2” –yə bərabər tutulanları ali məktəb tələbəsi etmiş, səviyyəsiz universitetlərin qəbul planını doldurmaqla yanaşı, həmin ixtisaslara və bu ixtisası seçənlərə bəri başdan “perspektivsiz” damğasını vurmuşuq;
Kəskin sıçrayışlar edərək, mövcud realliqlari nəzərə almadan ixtisas qrupları üzrə qəbul planı və daxil olan ərizələrin sayı arasnda qeyri tarazlıq yaratmış, bunun nəticəsi kimi yüzlərlə plan yerləri vakant qalmiş, çıxış yolunu bəzi ixtisaslara qəbulu imtahansız, yalnız attestat qiymətləri ilə aparmaqda görmüşük;
Stımullaşdırma anlayışını çoxdan unudub, bu vacib prinsipə etinasızlıq və biganəlik nümayiş etdirərək peşə və ixtisasları prestijli və prestijsiz kateqoriyalarina bölərək, bir sira peşə və ixtisasların yaxın gələcəkdə tarixə qovuşacağına bu başdan etibarlı zəmanət vermişik;

Mövcud texnikumları ləğv edib, aludəçiliyə qapılaraq, tələb-təklif pinsipini belə nəzərə almadan, kolleclərin sayını o həddə çatdırdıq ki, nəticədə onların fəaliyyətinə nəzarəti itirib vəziyyətdən çıxiş yolunu Baş Prokuror yanında Korrupsiya idarəsinin köməyinə bel bağlamaqda görürük;
Qeyri -şəffaf tender-müsabiqələr keçirərək, TN nin yedək qurumu olan DQŞ-nin xeyir-duasını almaqla, məktəbdən ümumiyyətlə pedaqogikadan xəbərsiz olan bir para adamları dərslik müəllifi edib, bu vacib prioritet sahəni intriqa meydanına çevirmiş, dərsliklərimizi istifadəyə yararsız hala salmışiq;
2009-cu ildən bəri qəbul olunan Təhsil Qanununu çərçivə qanunu kimi təqdim edib, ardınca məktəbəqədər təhsil, orta umumtəhsil məktəbi, texniki peşə təhsili, ali təhsil və elm siyasəti haqqında ayrıca sahə qanunlarının qəbul ediləcəyi barədə vədlər verib, təhsil ictimaiyətini ümidləndirmişık.

Nə isə, çalışaq pessimizmə qapılmayaq. Atalarımizın müdrik sözünü yadımıza salıb, keçənə güzəşt deyiblər kəlamı ilə razılaşaq. Nəzərə alaq ki, Azərbaycan Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiysı təsdiq olunub. Strategiyada Respublikamızda təhsilin vəziyyəti təhlil olunmaqla yanaşı, təhsilimizin başlıca vəzifələri də müəyyənləşdirilib.Bir sözlə, Strategiyanın qəbulu ilə təhsilin inkişafında yeni mərhələyə qədəm qoymuşuq.
Beləliklə strategiyamız var - hədəflərimiz müəyyənləşdirilib, məqsədimiz dəqiqləşib.
Naməlum qalan isə, taktikamzdır – hədəfə necə və nə vaxt catmamğımızın yolları və zamanı
Ümidimiz strategiyanın icrasını təmin edən effektiv icra mexanizmini formalaşdırmalı olan Fəaliyyət planınadır. 5 ay müddətinə hazırlanıb təhvil verilməsi nəzərdə tutulan Dövlət Strategiyasının həyata keçirilməsi üzrə fəaliyyət planının layihəsi isə hələ ki ortalıqda yoxdur İı isə artıq başa çatmaq üzrədir. Nə olar bir az da gözləyək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müəllimlər İnstitunun Gəncə filialının fəaliyyəti dayandırıldı

    Müəllimlər İnstitunun Gəncə filialının fəaliyyəti ...

    23-09-2014, 00:37

  • 
  • Ödənişli təhsil üzrə qəbul planı ləğv ediləcək

    Ödənişli təhsil üzrə qəbul planı ləğv ediləcək ...

    25-10-2013, 11:01

  • 
  • Ictimai müzakirələrdən niyə çəkinirik?

    Ictimai müzakirələrdən niyə çəkinirik? ...

    26-11-2015, 15:39

  • 
  • Rayon Təhsil Şöbələri ləğv edildi

    Rayon Təhsil Şöbələri ləğv edildi ...

    26-07-2014, 12:54

  • 
  • Zakir Qaralova yeni müavin verildi, Mikayıl Cabbarovun səlahiyyəti genişləndi - 4 sərəncam

    Zakir Qaralova yeni müavin verildi, Mikayıl ...

    26-07-2014, 12:52


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu