Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Gülər Əhmədovanın növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmədə Sevinc Babayevanın bacısı Vəfa Babayeva ifadə verib. O da digər bacıları kimi Sevincin Gülər Əhmədova tərəfindən zəhərlənərək öldürüldüyünü iddia edib. Hakim ondan G. Əhmədova və S. Babayevanın münasibətləri barədə soruşub. V. Babayeva bildirib ki, onlar yaxın rəfiqə olublar: “Bacım Türkiyəyə gedəndən sonra onunla telefonla danışdım. Dedim ki, bizi niyə biyabır etmisən? O isə dedi ki, bu bir oyundur, düşmüşəm. Mənim arxamda Gülər dayanıb. O toxunulmazdır. Heç kim mənə heç nə edə bilməz”.
Hakim V. Babayevadan Gülərin onun atasının dəfnində niyə iştirak etməməsinin səbəbini soruşub. V. Babayeva deyib ki, həmin vaxt G. Əhmədova onun anasına zəng edərək deyib ki, dəfnə niyə gəlmədiyimin səbəbini bilirsən: “Çünki, Sevinc mənim arxamca danışmışdı, mən də onu kabinetimdə basıb döydüm”.
V. Babayeva onu da deyib ki, sentyabrın 2-də Sevincə zəng gəlib və ondan soruşublar ki, pul necə oldu. O isə cavab verib ki, “Gülərə demişəm, pulu qaytaracaq”.
İclasda V. Babayevanın ilkin istintaqa verdiyi ifadə səsləndirilib və o bu ifadəni təsdiq edib. İfadəsində V. Babayeva deyib ki, S. Babayeva xəstəxanada olduğu müddətdə G. Əhmədovaya dəfələrlə zəng edib amma Gülərə zəng çatmayıb: “Sevinc də Gülərin onun zəhərlədiyini deyirdi. O Elşadın pulunu Gülərə verdiyini və yeganə şahid olduğunu bildirirdi. Sevinc son vaxtlar hər şeydən qorxurdu. Gecələr işığı söndürüb bizi şam işığında oturmağa məcbur edirdi. Deyirdi danışsam məni öldürəcəklər. O Elşada və Gülərə qarğış edirdi ki, məni bu günə onlar saldılar”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?