Azərbaycan Dövlət Neft Şirkətinin N.Nərimanov adına Neft Qazçıxarma İdarəsində (NQÇİ) bədbəxt hadisə baş verib.
SOCAR-dan Oxu.Az-a verilən məlumata görə, noyabrın 6-da saat 16:00 radələrində “Azneft” İstehsalat Birliyinin N.Nərimanov NQÇİ-nin ərazisində yerləşən 310 və 312 saylı meydançalar arasındakı təqribən 60 metrlik estakadada uçqun baş verib, nəticədə estakadanın üzərindən keçən 250 mm diametlik neft xətti qırılıb.
Qəzanın daha böyük miqyas almaması məqsədi ilə NQÇİ-nin ərazidə olan 5 nəfər işçisi 307 saylı meydançaya gedərək oradakı qazpaylayıcı batareyanın siyirtmələrini bağlayıb, beləliklə, yanğının və neftin dənizə axma təhlükəsinin qarşısı alıblar.
Lakin geri dönərkən onların üzərində olduqları qəzalı meydança da uçmuş və onlar dənizə düşüblər.
Operativ xilasetmə tədbirləri nəticəsində 4 nəfər dənizdən çıxarılıb. Onlardan 1 nəfəri dünyasını dəyişib. Dənizə düşməsi ehtimal edilən 1 nəfərin axtarış işləri davam etdirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?