ANS PRESS-in məlumatına görə, hadisə oktyabrın 23-də saat 23:30 radələrində, Sahil qəsəbəsi B.Əliyev küçəsində yerləşən "Xəzri" sadlıq evinin qarşısında baş verib.
Belə ki, Qobustan qəsəbə sakinləri - 1960-cı il təvəllüdlü Azər Arif oğlu Veysəlov, 1988-ci il təvəllüdlü oğlu Nacif və digər 2-3 nəfər şəxs xuliqanlıq zəminində biri-birilərini döyüblər.
Həmin vaxt hadisə yerinə gələn 38-ci polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı, 1981-ci il təvəllüdlü Zahir Qətilağa oğlu Qiyasov, Polis Patrul Xidmətinin polis serjantları. 1988-ci il təvəllüdlü Anar Elşad oğlu Azayev, 1993-cü il təvəllüdlü Sahil Şümşət oğlu Süleymanlı və 1987-ci il təvəllüdlü Ramin Mirzəhüseyn oğlu Abbasov həmin şəxsləri nizam-intizama dəvət ediblər.
Lakin onlar polis əməkdaşlarının qanunu tələblərinə məhəl qoymayaraq müqavimət göstəriblər. Nəticədə Ramin Abbasovun geyim formasını qismən cırıblar. Material rayon prokurorluğuna göndərilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?