GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Yəni Lotu Bəxtiyarın tutduğu yol düz deyildi?.." - Türmə

"Yəni Lotu Bəxtiyarın tutduğu yol düz deyildi?.." - Türmə

Tarix: 28-10-2014, 12:28 Bölmə :Ölkə Baxış: 1 824
FAİQ BALABƏYLİ
“Məhbəs xatirələri” layihəsində: Zaur

"Yəni Lotu Bəxtiyarın tutduğu yol düz deyildi?.." - Türmə
Zaur əslən lənkəranlı olsa da, Bakıda Alatava qəsəbəsində doğulub böyümüşdü. Dediyinə görə, gözünü açıb ətrafda nəşəxor, cibgir, qumarbaz, kriminal aləmə bağlı adamlar görmüşdü. Həm də onların məhlələrində dərslərini yaxşı oxuyana pis baxırmışlar.

O da tay-tuşları arasında “yaxşılığa” tərəf fərqlənmək istəyib. Ona görə də dərsdən yayınıb, pis vərdişlərə aludə olub. Əvvəlcə siqaret çəkib ki, özünü böyüklər arasında “qərib hiss etməsin”. Bir müddətdən sonra nəşəyə keçib. İynəyə isə birmənalı olaraq “yox” deyib.

İstəmirdim narkoman olam

Zaur hər dəfə ötənləri yada salanda belə deyərdi:

- Nəşəyə baxma, bu heç də narkomanlıq deyil. Heroin iyləmək, tiryək atmaq, iynə vurmaq adamlıqdan çıxmaqdır. Mən istəmirdim narkoman olam. Allaha şükür olmadım da.

Zaurla biz Bayılda, birinci korpusun 25-ci kamerasında tanış olmuşduq. Mən ora gələndə o, artıq iki aydan çox idi ki, özünün məhkumluq həyatını yaşayırdı. Açığı, “xatada” o, o qədər də sevilmirdi. Dikbaş idi. Özünü oğru dünyasına hazır olan bir adam kimi görürdü. Kamerada olan köhnə “koterjanlar” onun bu iddiasına ikrahla yanaşırdılar. Onun həmyerlisi, köhnə gömrük işçisi olmuş Füzuli deyirdi ki, Zaurun boynu qoltuqaltı görməyib. O, hələ bilmir ki, bu dünyanın sakini olmaq üçün nə qədər yol keçməlidir.

Anan səni doğub əski üstünə qoyanda…

Elə Xanlar kişi də Zaura sözarası ağıllı olmağı tövsiyə edirdi:

- A bala, anan yazıqdır. Səni doğub əski üstünə qoyanda, layla çalanda, p…-büsürünü təmizləyəndə heç də arzulamamışdı ki, gedib oğurluq edəsən, adam öldürəsən. Sən nə qədər gec deyil, cəzanı çək, qayıt düz yola.

Belə anlarda Zaur əsəbləşərdi:

- Xanlar kişi, nə demək istəyirsən? Yəni Batyanın (Lotu Bəxtiyar), Sabirabadlı Hikmətin, Masallı Mamedin, rəhmətlik olmuş böyük qardaşların tutduqları yol düz yol deyildi?

Bala, səndən oğru omaz, oğurçu olar

Xanlar kişi onun bu cavabından udqunar, siqaret yandırıb aramla deyərdi:

- Bala, səndən oğru omaz, oğurçu olar amma. Sən “uf” demədən adanı baqaja qoyar, “prokladka” qurub, “pod atkoz” qoyarsan. Oğru dünyası bunu sevmir. Olarınsa yolu düz yoldur. Sən düz yolda yeriyə bilmirsən axı…

Məndən təxminən 10-12 yaş kiçik olan bu adamın tökmə bədəni, güclü, əzələli qolları vardı. İsti havalar olduğu üçün o da bəzilərimiz kimi çox vaxt canlıqda (mayka) oturardı. Boynundan qara, möhkəm iplə xırda Quran asılmışdı. Bəzən kamerada “ağsaqqallıq” etmək iddiası da hiss olunurdu. Və içəridən başqa kamerada olan Bayılın “smotriyaşi”sinə - “Canavara” “malyovka”lar göndərərdi. Bu da heç kəsə xoş gəlməzdi.

Onun həbs səbəbi isə heç kəsə xoş gəlmirdi. Zaur gənc bir qızın boynundan qızıl zəncirini qırıb qaçarkən izlənilib həbs edilmişdi. Nə qədər dikbaşlıq etsə də, həbsinin nəyə və nə üçün olması ona az da olsa utanc gətirirdi. Mən bunu hiss etmişdim.

Buranın nə oğraş qanunları var

Zaurla mənim ilk tanışlığım inisidentsiz ötüşməmişdi. İlk günlər o mənimlə söhbət edir, türmə qanunlarını danışır, məni bu qanunlara hörmətlə yanaşmağa çağırırdı. Danışdıqlarının çoxu da çıxarılan qərarlar, özünü yaxşı aparmayanlar üçün verilən qorxunc hökmlər idi. Belə söhbətlərin birində özüm də bilmədən:

- Buranın nə oğraş qanunları var, - dedim.

Dedim və hiss etdim ki, səhvə yol verdim. Zaur sözümü ağzımdaca tutdu:

- Sən nə danışırsan, oğru qanunları haqda belə sözlər deyirsən?!. – deyib, yaxama əl atdı. Onun biləngindən tutub möhkəm sıxdım:

- Əlini çək, sənin düşüncən bura qədərdir, mən oğru qanunlarını deyil, buranın – türmənin qanun-qaydasını nəzərdə tuturam, - deyib, onun biləngini daha möhkəm sıxdım.

Zaur tutduğunu buraxmaq istəmirdi. Sol əli ilə biləngindən tutduğum əlimdən yapışdı. Əsəbi halda ona:

- Əlini yığışdır, yoxsa qolunu kəsib elə bir yerinə soxaram ki, ömrü boyu başıaşağı gəzərsən...

O, hər kəsdə bir “çp”, qüsur axtarır

Söhbətə kamera yoldaşlarımız da kurs oldu. Hər birimiz “qardaşlıq xatası”nın tələbinə uyğun fikrimizi səsləndirdik. “Bratva” bu qənaətə gəldi:

- Zaur Faiqin dediklərini səhv anlayıb. Yoxsa şairə nə düşüb ki, ağrımayan başına yaş dəsmal bağlasın. Zaur söhbətdə diqqətli olmayıb və o, hər kəsdə bir “çp”, qüsur axtarır.

Zaur “prav” idi

Bu söhbət belə də gömüldü. Ancaq bir dəfə gəzinti zamanı Xanlar kişi mənə yavaşca dedi:

- Şair, mən sizin söhbətə qulaq asırdım. Zaur “prav” idi. Sadəcə o, kameranın sirlərini dağıtdığına görə onu dəstəkləmədik. Sən isə fərqinə varmadan belə danışdın.

Mən Xanlar kişiyə də əvvəlki sözümü dedim:

- Yox, mən oğru qanunlarını nəzərdə tutmamışdım.

Ehtiyatlı olmaq lazım idi. Cəmi 7-8 gün idi ki, burada idim. Heç kəsi tanımırdım və heç kəsə də güvənə bilməzdim. Əslində, kamerada hər gün idman edib, gəzinti zamanı trüklər etməyim də kamera yoldaşlarıma özümün fiziki cəhətdən də hazırlıqlı olduğumu göstərmək idi. Bunu isə elə edirdim ki, heç kəs başa düşməsin. Müxtəlif oyunlar adı ilə, fiziki durumumun yerində olmasını isbatlayırdım.

Baxmaram jurnalistsən…

Bir müddətdən sonra isə Zaurla dostlaşa bildik. Bir dəfə səhər vaxtları kamerada “şmon” oldu. Qəfildən qapı açıldı. Türmənin rəis müavini Ağəmməd, korpusun starşinası, Xeyrulla və bir neçə nəzarətçi içəri daxil oldu. Hər kəs oyaq olsa da, Zaur “şponka”nın (çarpayı) üst qatında yatırdı. Ağamməd onu sürüyüb yerə saldı və təpikləməyə başladı. Çox pis söyüşlərlə söydü. Boynundan asılan Quranı qırdı. Fərqinə varmadan yerə atdı və yenə də söydü. Zaur müqavimət belə göstərə bilmədi. Özüm də bilmədən:

- Cənab podpolkovnik, yazıq öldü ki, - dedim.

Ağamməd mənə tərəf dönüb:

- Baxmaram jurnalistsən, salaram karsa. Səndən, bunlardan artıqdır bu …. oğlu? Yazdığı molyavkalardan xəbəriniz var? Burada qara qanunlar yaratmaq istəyirsiz? – bu dəfə kameradakılara üzünü tutdu. Sonra da nəzarətçilərə əmr verdi:

- Axtarın, görün nələri var.

Bizi isə gəzinti meydanına apardılar. Zaurun qanını sildim, yaralarını bağlamaq üçün Makarın (Ağdamlı İlqar) əynindən çıxardığı maykadan tənzif kimi istifadə etdik. O, zarısa da, özünü möhkəm tuturdu. Bir saat sonra kameraya qayıdanda hər şey ortalıqda idi. “Krıtı”da olanlar üçün topladığımız siqaretlər, ərzaqlar, alt paltarları da ortalğa səpələnmişdi.

Ay bala, bu, hələ o qoltuqaltı deyil

Zaur həmin günün axşamı məni yuxudan oyatdı. Çay hazırlamışdı. Bir qədər söhbət etdik. Mənə təşəkkür etdi:
- Görmürdüm, başımı tutmuşdum ki, təpik dəyməsin. Amma eşitdim ki, sənə çımxırdı. Sən məni müdafiə etdin. Gərək yox idi. Səni qaralayacaqlar.

Amma məni qaralamadılar. Zaurun isə bu hadisədən sonra axara düşməsinin şahidi olduq. Xanlar kişi hərdən zarafata salıb deyirdi:

- Ay bala, bu, hələ bizim dediyimiz qoltuqaltı deyil. Cavansan, gözləyənin var…

Məktubu azad olsan, oxuma

Təxminən iki aydan sonra mən sonuncu dəfə məhkəməyə çıxdım. Bununla da kamera yoldaşlarımdan ayrılacaqdım. Səhər kameradan çıxanda Zaur mənə bir məktub Verdi:

- Bu məktubu azad olsan, oxuma, cır at. Yox, əgər iş versələr, oxuyarsan, - dedi.

Həmin gün hakim hər kəsin gözlədiyinin əksi olaraq mənə azadlıqdan məhrum olunma haqda hökm çıxartdı. Elə məktubu ordaca oxudum. Zaur yazırdı ki, sən yaxşı kişisən, amma heç kəsə güvənmə. Burda çox qalsaydın, sənə “proklatka” qurulacaqdı. Oxuyursansa, demək, sən azadlıqda deyilsən. Ona görə yazdım ki, bu “qniloyları” tanıyasan…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Heç kimdən qorxmuram"

    "Heç kimdən qorxmuram" ...

    23-07-2016, 13:22

  • 
  • Peyğəmbərin (s) Həzrət Əliyə (ə) vəsiyyətləri

    Peyğəmbərin (s) Həzrət Əliyə (ə) vəsiyyətləri ...

    23-07-2016, 21:01

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Qarabağ qazisi Zaur Həsənov torpağa tapşırıldı

    Qarabağ qazisi Zaur Həsənov torpağa tapşırıldı ...

    29-12-2013, 15:02


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu